Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1273/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs qismində Maraqlı şəxs* nümayəndəsi X* iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında bacısı Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.*969-cu il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev *7 ünvanında qeydiyyatda olan bacısı Maraqlı şəxs2 20*6-ci ilin avqust ayından xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və göstərdi ki, bacısı Maraqlı şəxs2 faktiki nikahda olmuşdur, daha sonra ayrılmışdır və uşağı yoxdur. Ayrılandan sonra harda yaşadığı onlara məlum olmamışdır. 20*6-ci ilin avqust ayından bacısı haqqında məlumat ala bilmirlər. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Bacısı Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi faktı onlara vərəsəliklə bağlı lazım olduğunu və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində Maraqlı şəxs* nümayəndəsi X2 göstərdi ki, sistemlə Maraqlı şəxs2 məlumatlarını yoxlayıblar. Sistemdə Maraqlı şəxs2 uşaqları olduğu, özünün şəxsiyyət vəsiqəsinin aktiv olduğu görünür. Onlara ölüm haqqında şəhadətnamə, qəbirin şəkli və ya digər sənədlər Ərizəçi tərəfindən təqdim edilməmişdir. Buna görə də ərizəyə münasibət bildirə bilmir. İş materiallarında olan EMİS-dən çıxarışın surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.*969cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, şəxsiyyət vəsiqəsini 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən *4.02.202*-ci il tarixdə almışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət İdarəsinə göndərilən sorğuya cavab məktubundan görsənir ki, Maraqlı şəxs2 2*.07.202*-ci il tarixdə dövlət sərhədindən çıxışı qeydə alınmışdır. İş materiallarına daxil olan Şağan qəsəbə ərazi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilən sorğuya cavab məktubundan görsənir ki, Maraqlı şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev *7 ünvanında qeydiyyatda olsa da, hal-hazırda həmin ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilən sorğuya cavab məktubundan görsənir ki, Maraqlı şəxs2 xəbərsiz itkin düşməsi ilə bağlı onlara məlumat daxil olmamışdır, həmçinin Maraqlı şəxs2 *4.02.202*-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən şəxsiyyət vəsiqəsi almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.*-ci maddəsinə əsasən fiziki şəxsin olduğu yer məlum deyilsə və iki il ərzində yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 3*3-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. İş materiallarında olan sənədlərdən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatından müəyyən edilmişdir ki, Maraqlı şəxs2 *4.02.202*-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindən şəxsiyyət vəsiqəsi almışdır. 2*.07.202*-ci il tarixdə dövlət sərhədindən çıxışı qeydə alınmışdır. Həmçinin, Maraqlı şəxs2 xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud ölüm təhlükəsi qarşısında olmasını güman etməyə əsas verən hallar müəyyən olunmamışdır. Ərizəçinin irəli sürdüyü tələbinə münasibətdə məhkəmə iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, ərizə əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi bacısı Maraqlı şəxs2 xəbərsiz itkin düşmüş hesab edilməsi tələbinə dair ərizə əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1273/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1273/2025
20.05.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver