Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1275/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı BOKT Aqrarkredit QSC-nin nümayəndəsi X1, Cavabdeh iştiakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 8430.61 (səkkiz min dörd yüz otuz ABŞ dolları, 61 sent) ABŞ dolları, faiz borcu üzrə 2816.67 (iki min səkkiz yüz on altı ABŞ dolları, 67 sent) ABŞ dolları olmaqla, cəmi 11247.28 (on bir min iki yüz qırx yeddi ABŞ dolları, 28 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 147.36 (bir yüz qırx yeddi manat, 36 qəpik) manat və müvəqqəti təminat tədbirinə dair ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-ST-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban — LBB7624S11DL018764, rəngi — ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1018 saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1867 saylı, 10 yanvar 2018ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx.xx.2013-cü il tarixdə, No 01320 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 ?o tətbiq edilməklə, 60 ay müddətinə 10.930 (on min doqquz yüz otuz) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-ST-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban — LBB7624S1DLO18764, rəngi — ağ) avtomobil xx.xx.2013-cü il tarixdə, 1320 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-ci il tarixli, AA seriyalı, 110865 nömrəli İpoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 10.930 (on min doqquz yüz otuz) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2 bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3.bəndi) “Borcalan”a verilən vəsaitdən istifadə müddəti 60 (altımış) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 8430.61 (səkkiz min dörd yüz otuz ABŞ dolları, 61 sent) ABŞ dolları, faiz borcu üzrə 2816.67 (iki min səkkiz yüz on altı ABŞ dolları, 67 sent) ABŞ dolları olmaqla, cəmi 11247.28 (on bir min iki yüz qırx yeddi ABŞ dolları, 28 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmi. Və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd edilən öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçinin nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh borcunun olduğunu etitaf etmiş, lakin borcun birdəfəlik ödəməyə maddi imkanın olmadığı bildimişvə hissə-hissə olamqla ayda iki yüz manat ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01320 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında avtomobilin satın alınması üçün 60 ay müddətinə, illik 18% ödəmək şərti ilə, 10930 ABŞ dolları məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 1320 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 13688 ABŞ dolları məbləğində qiymətləndirilmiş, **-ST-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban — LBB7624S1DLO18764, rəngi — ağ) avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "‘Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh na dair sənədlər S-AVK-1867 saylı, xx.xx.2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş materiallarından görünür ki, tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə cavabdehə bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AC № 074867 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ST *** dövlət qeydiyyat nişanlı, «GEELY MK» minik markalı avtomobilin sahibi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, 1320 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AA № 110865 saylı çıxarış verilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında xx.xx.2022-ci il tarixli 473 nömrəli ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2018-ci il tarixə Cavabdeh kredit müqaviləsi üzrə 8957,38 ABŞ dolları əsas borcu, 2816,67 ABŞ dolları faiz borcu, cəmi 35744,63 ABŞ dolları borcu mövcuddur. İş materiallarından görünür ki, Quliyev İslam Rəşid oğluna kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsinə notariat qaydasında razılaşmanın təsdiq edilməsi və bu razılaşma əsasında ipoteka predmetini açıq bazarda sataraq əldə olunan vəsaitin öhdəliyin icrasına yönəldilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məhkəmə mühasibatlıq ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixə Cavabdeh xx.xx.2013-cü il tarixli 01320 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 8263,91 ABŞ dolları, faiz borcu 5425,26 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məhkəmə əmttəşünaslıq ekspert rəyində qeyd edilmişdir ki, “GEELY MK” markalı 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlaılmış istifadəyə yararlı avtomobilin likvid dəyəri 5000 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İş üzrə təyin edilmiş məhkəmə mühasibatıq ekspertizasının nəticəsi olaraq xx.xx.2018-ci il tarixə Cavabdeh xx.xx.2013-cü il tarixli 01320 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 8263,91 ABŞ dolları, faiz borcu 5425,26 ABŞ dolları təşkil edildiyi müəyyən edilsə də, məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq məbləğ iddiaçının tələbi üzrə təmin edilməli və cavabdehdən əsas borc üzrə 8430.61 (səkkiz min dörd yüz otuz ABŞ dolları, 61 sent) ABŞ dolları, faiz borcu üzrə 2816.67 (iki min səkkiz yüz on altı ABŞ dolları, 67 sent) ABŞ dolları olmaqla, cəmi 11247.28 (on bir min iki yüz qırx yeddi ABŞ dolları, 28 sent) ABŞ dolları məbləğində kredit borcu tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, krediti müqaviləsi əsasında cavabdeh avtomobil almaq üçün bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq cavabdeh özünə məxsus olan ** ST *** dövlət qeydiyyat nişanlı, «GEELY MK» minik markalı avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Həmçinin məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslı ekspertizasının nəticəsi olaraq müəyyən edilmişdir ki, “GEELY MK” markalı 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlaılmış istifadəyə yararlı avtomobilin likvid dəyəri 5000 manat müəyyən olunur. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka ptredmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Hazırki işdə cavabdeh iştirak etmədiyindən, məhkəmə tərəfindən ipoteka predmeti olan avtomobilin likvid qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin edilmişdir, “GEELY MK” markalı 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlaılmış istifadəyə yararlı avtomobilin likvid dəyəri 5000 manat müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin likvid dəyəri 5000 manat müəyyən edilməli, ipoteka predmeti olan ** ST *** dövlət qeydiyyat nişanlı, «GEELY MK» minik markalı avtomobil açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, göstərilənlər qətnamənin icrası zamanı həll edilməli məsələ olduğundan, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 147,36 və müvvəqəti təminat tədbiri barədə ərizənin verilməsi iləqadar ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edirki, iddia qismən təmin edilməli, Cavabdeh 8430,61 ABŞ dolları əsas borc, 2816,67 ABŞ dolları faiz borcu ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 197,36 manat alınaraq iddiaçı BOKT Aqrarkredit QSC-yə ödənilməli, tələb Cavabdeh məxsus olan və Cavabdeh mülkiyyətində olan **-ST-*** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban — LBB7624S11DL018764, rəngi — ağ) avtomobilə yönəldilməli və ilkin satış qiyməti 5000 manat (likvid) olmaqla açıq hərracdan satılmalı, avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh BOKT Aqrarkredit QSC-yə olan borcu ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8430,61 ABŞ dolları əsas borc, 2816,67 ABŞ dolları faiz borcu, cəmi 11247,28 (on bir min iki yüz qırx yeddi ABŞ dollar 28 sent ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 197,36 manat alınaraq iddiaçı BOKT Aqrarkredit QSC-yə ödənilsin. Tələb cavabdeh Quliyev İslam Rəşid oğlu məxsus olan və xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan **-ST- *** dövlət qeydiyyat nömrəli “GEELY MK” minik markalı (buraxılış ili 2013, ban — LBB7624S11DL018764, rəngi — ağ) avtomobilə yönəldilsin və ilkin satış qiyməti 5000 manat (likvid) olmaqla açıq hərracdan satılsın, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh BOKT Aqrarkredit QSC-yə olan borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1275/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1275/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver