Məhkəmə qərarları › İş №2(003)-129/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-129/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-129/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 22 701 manat, faiz borcuna görə 3039,19 manat, cərimə borcuna görə 10 000 manat olmaqla borcun cəmi məbləğində 35 740,19 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evinə və 0,07634 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsi üzrə cəmi 35 740,19 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evinə və 0,07634 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evindən çıxarılması və 0,07634 ha torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF 5626 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 22701 manat, faiz borcuna görə 6398,78 manat, cərimə borcuna görə 10000 manat olmaqla borcun cəmi məbləğində 39099,78 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evinə ve 0,07634 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF-5626 sayl Baş kredit müqaviləsi üzrə cəmi 39099,78 manat və 61 (altmış bir) mana dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evinə və 0,07634 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evindən çıxarılması və 0,07634 ha torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 22701 manat, müqavilənin bitmə tarixinə olan faiz borcu 966,38 manat, müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 1085,05 manat, cərimə borcuna görə 10000 manat olmaqla borcun cəmi məbləğində 34752,43 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evinə və 0,07634 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsi üzrə cəmi 34752,43 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evinə və 0,07634 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evindən çıxarılması və 0,07634 ha torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsinə əsasən illik 24 (iyirmi dörd) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. 29.01.2018-ci 11 tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 22701 manat, faiz borcuna görə 3039,19 manat, cərimə borcuna görə 10000 manat olmaqla borcun cəmi məbləğində 35740,19 manat pul təşkil edir. 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı fərdi yaşayış evivə 0,07634 ha torpaq sahəsi İddiaçı ASC qarşısında 29.01.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdig edilmiş və dövlət qeydiyyataalınmışdır. Tərəflər arasında bağlanmış 29.01.2018-ci il tarixli, RBYF-5626 saylı Baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 29.01.2018-ci il tarixli RBYF-5626 saylı baş kredit razılaşmasından görünür ki, İddiaçı ASC-nin Yasamal filialı ilə kredit alan Cavabdeh1 arasında 24 ay müddətinə illik 24 faiz olmaqla 50000 manat məbləğində kredit müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC-nin ilə Cavabdeh1 arasında bağlanmış 29.01.2018-ci il tarixli «xxxx»ndən görünür ki, İddiaçı ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış baş kredit razılaşmasının və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqavilələri üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 90000 manat məbləğində qiymətləndirilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, ev 4 və mülkiyyətdə olan 0,07634 kv.m torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12.01.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağanmış 29.01.2018-ci il tarixli RBYF-5626 saylı krediti müqaviləsi üzrə 29.01.2020-ci il tarixə 22701 manat əsas borcu, 966,38 manat faiz borcu, müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 1085,05 manat və 10000 manat cərimə borcu, cəmi 34752,43 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* saylı çıxarışların surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, ev 4 Cavabdeh1 xüsusi mülkiyyətindədir və İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12.05.2020-ci il tarixli **********42 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, ev 4 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı evin ipotekaya yönəldilməsinə etirazı yoxdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Şahhüseyn Kamil oğlu ilə X3 ilə nikaha daxil olmuş, bu barədə Əzizbəyov rayon Qeydiyyat şöbəsində 03.09.2004-cü il tarixdə 535 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 19.06.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 (otuz) manat məbləğində rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş «xxxx» MMC-nin 05.03.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı evin hazırki dövrə olan orta bazar qiyməti 122000 manat təşkil edir. İş materiallarından görünür ki, «xxxx» MMC tərəfindən keçirilmiş qiymətləndirmənin dəyəri cəmi 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Eyni zamanda zamində əsas borclu tərəfindən öhdəliklərin yerinə yetirilməməsi halı üçün bank qarşısında onunla birgə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Eyni zamanda həmin hissədə Cavabdeh1 da iddia tələbini etiraf etmişdir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyrimütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 22701 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 10000 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 500 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddiaçının müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi oalaraq 1085,05 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 726,68 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı evə yönəldilməsi, ipoteka predmeti olan göstərilən mənzilin məcburi qaydada boşaldılması hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında məhkəmə tərəfindən 122000 manat manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evdən çıxarılması, mənzilin boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlaklar ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 22701 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə 966,38 manat məbləğində faiz borcu, müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 1085,05 manat, 500 manat məbləğində cərimə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 25313,38 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı evə yönəldilməli və ilkin satış qiyməti 122000 manat olmaqla açıq hərracdan satılmalı, həmin yaşayış sahələrinə tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmalı və həmin yaşayış sahəsi və 0,07634 ha. torpaq sahəsi boşaldılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh1 qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat Cavabdeh1 alınaraq İddiaçı ASCyə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə ipoteka predmetinin qiymətlənidirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 22701 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə 966,38 manat məbləğində faiz borcu, müqavilə bitdikdən sonra illik 5 faiz dərəcəsi 1085,05 manat, 500 manat məbləğində cərimə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 25313,38 (iyirmi beş min üç yüz on üç manat 38 qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb ipoteka premeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı evə yönəldilsin və ilkin satış qiyməti 122000 (yüz iyirmi iki min) manat olmaqla açıq hərracdan satılsın. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 4, 4 saylı evə tutma yönəldildikdə və satıldıqdan sonra, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə həmin yaşayış sahəsindən çıxarılsınlar və həmin yaşayış sahəsi və həmin yaşayış sahəsi və 0,07634 ha. torpaq sahəsi boşaldılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdeh X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ cavabdeh X5 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat alınaraq «xxxx» MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar