Məhkəmə qərarları › İş №2(003)-129/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-129/2022

17.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-129/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması tələbinə dair ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qanunsuz hərəkətlərə son qoyulması və maddi ziyan tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən bağ sahəsinə gedən yol yaxınlığında inşa edilmiş hasarın cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməsi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 754a/10 saylı torpaq sahəsinə gedən keçid yolun tam şəkildə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qanunsuz hərəkətlərə son qoyulması və maddi ziyan tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı qanunsuz hərəkətlərə son qoyulması, 1000 manat maddi, 500 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı iddia tələbi üzrə iş üzrə icraat xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Həmçinin məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiadan imtina etdiklərini və qarşılıqlı iddia üzrə iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında qarşılqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia iddia üzrə iş üzrə icraat xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtinası qəbul edilməklə hazırki iş üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər tərəfindən bağ sahəsinə gedən yol yaxınlığında inşa edilmiş hasarın cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməsi, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 754a/10 saylı torpaq sahəsinə gedən keçid yolun tam şəkildə açılması tələbinə dair ilk və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qanunsuz hərəkətlərə son qoyulması, 1000 manat maddi, 500 manat mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilk və qarşılıqlı iddia üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar