Məhkəmə qərarları › İş №2(003)-130/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-130/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-130/2023 27.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-FM- *** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı avtomobilinə **-JH-*** dövlət qeydiyyat nişanlı “X4” markalı avtonəqliyyat vasitəsi tərəfindən dəymiş 2285.00 (iki min iki yüz səksən beş) AZN məbləğində ziyanın Cavabdehndən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022 tarixdə mənə məxsus **- FM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı avtomobil saat 19:10-da Bəhruz- 2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus X4 markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən arxadan vurulmuşdur. X9 əməkdaşları və sığorta şirkəti gəlməmiş, hadisəni törədən avtobus özbaşına hadisə yerini tərk edərək çıxıb getmişdir. Təxminən 40 dəqiqə sonra həmin avtobus başqa yəni, **-JH-*** dövlət qeydiyyat nişanı ilə gəlmişdir. Siğorta şirkəti avtobusun şassisi ilə dövlət qeydiyyat nişanı arasında uyğunsuzluq olduğundan sığorta ödənişindən imtina etmişdir. Hadisəni törədən sürücü isə gizlədilərək başqa sürücü ilə əvəz edilərək sənədləşdirilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hadisəni törədən sürücünün sənədləri qaydasında olmamış, əmək müqaviləsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Belə ki, saxta sənədləşdirilən sürücü ilə telefon danışıqları zamanı əmək müqaviləsinin olmadığı və işin sonunda əldən nağd şəkildə əmək haqqı aldığını etiraf etmişdir. Mənə məxsus Mercedes Viano”markalı avtomobil isə tərəfimdən maliyyələşdirilərək təmir edilmiş və 2285.00 (iki min iki yüz səksən beş) AZN məbləğində pul xərclənmişdir. Hadisəni törədən avtonəqliyyat vasitəsinin sığorta sənədləri qaydasında olmadığından bizə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** FM *** qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan DYP portal çıxarışından görünür ki, ** JH *** qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nə məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** JH *** qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nə məxsusdur. İşdə olan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “İddiaçı tərəfindən etibarnamə ilə etibar edilmiş ** FM *** qeydiyyat nişanlı avtomobil X2 idarə edilməsi üçün verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 19:10-da Balaxanı yolu ərazisində “Mercedes Viano” markalı avtomobil X5 markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən arxa hissəsindən əzilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:10-da X6 markalı 99JH489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.7, 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 16/22 saylı xx.xx.2022-ci il tarixli AKT 02-dən görünür ki, xx.xx.2022-ci il tarixdə keçirlimiş baxışa əsasən təyin olunub ki, **-FM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı avtomobilə 2285 manat maddi zərər dəyib. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7963 saylı nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrinin qiymətləri nəzərə alınmaqla **-FM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı avtomobilin təmir –bərpa xərci hadisə baş verən tarixə təxminən 2285 manat məyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022 tarixdə İddiaçı məxsus **-FM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı avtomobilə Cavabdehnə məxsus X4 markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən arxadan vurulması nəticəsində dəymiş zərərin təqribi dəyəri 2285 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş maddi zərər əvəzi olaraq 2285 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh MMC-dən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 2285 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. **-FM-*** dövlət qeydiyyat nişanlı “Mercedes Viano” markalı avtomobilə **-JH-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtonəqliyyat vasitəsi tərəfindən dəymiş 2285.00 (iki min iki yüz səksən beş) manat məbləğində ziyan Cavabdehndən tutulub İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdeh Bəhruz-2002” MMC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar