Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1304/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4586,8 manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın, ödənilmiş 65,87 manat məbləğində dövlət rüsumunun tutularaq BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə göstərdi ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx"xxxx" QSC-yə keçmişdir. "‘Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 60 ay müddətinə 39500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh bank qarşısında öhdəliklərini lazımınca icra etməmişdir. Bununla bağlı iddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir və Nəsimi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 10148,05 manat məbləğində kredit borcunun, ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutulması, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Volkswagen Touareg” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və əldə edilən vəsaiti kredit borcuna müvafiq şəkildə iddiaçıya ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə tutulan kredit borcu hissəsində dəyişdirilərək 3334,42 manat müəyyən edilmişdir. Cavabeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4586,8 manat məbləğində gecikdirilmiş borc hesablanmışdır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında göstərmişdir ki, iddia tələbi əsassızdır, iddiaçı BOKT İddiaçı QSC tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə BOKT İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini icra etmişdir. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 10148,05 manat məbləğində kredit borcu və ödənilmiş 120,44 manat məbləğində dövlət rüsumu alınaraq BOKT İddiaçı QSC-yə ödənilməsi, Cavabdeh məxsus ipoteka predmeti olan “Volkswagen Touareg” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılması və əldə edilən vəsaiti kredit borcuna müvafiq şəkildə BOKT İddiaçı QSC-yə ödənilməsi, Cavabdeh 100 manat məbləğində ekspertiza xərcinin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh BOKT İddiaçı QSC-nin xeyrinə tutulan kredit borcu hissəsində dəyişdirilərək 3334,42 manat müəyyən edilməsi, Cavabdeh 50 manat məbləğində ekspertiza xərcinin tutulması qət edilmişdir. İş materiallarına daxil olan Xəzər rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh icra sənədində qeyd olunan tələbləri tam şəkildə icra etdiyi üçün icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh üzərinə qoyulan tələbləri xx.xx.2024-cü il tarixdə tam icra etdiyi üçün Xəzər rayon İcra Şöbəsi tərəfindən icraata xitam verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt 10 il yox, 1 ildir və gecikdirilmiş məbləğə illik beş faizi 1 il üçün yəni 166,72 manat (3334,42 AZN × 5% = 166,72 AZN) müəyyən edilməlidir və cavabdehdən tutulmalıdır. İş materiallarına əlavə edilmiş ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 65,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 65,87 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 166,72 (yüz altmış altı manat yetmiş iki qəpik) manat gecikdirilmiş faiz borcu və ödənilmiş 65,87 manat alınaraq iddiaçı BOKT İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1304/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1304/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver