Məhkəmə qərarları › İş №2(003)-1309/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1309/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1309/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə ilkin, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş 2830.80 manat zərərin, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2860.80 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "Azəriqaz” X5 Pirəli Camal oğlu arasında 05.08.2019-cu il tarixli AKX-0125802/08-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı X8 Departamenti tərəfindən **********02450 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1302AZ**********95 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabvdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmlş qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qonunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar İddiaçı İB-nin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı İddiaçı İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkləri nəticəsində İddiaçı İB-nin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında 11.03.2017-ci il tarixli ******* akt əsasında 3182,40 manat borc olmuşdur. Cavabdeh tərəfindən ödənişlər edildikdən sonra 2830,80 manat borcu qalmaqdadır. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 2830,80 manat pul məbləğinin könülü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və İddiaçı İB-yə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdar edilmişdir. Müqavilə öhdəlilərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün İddiaçı İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də cavabdehdən İddiaçı İB-yə vurulmuş 2830,80 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 2860,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən qanunsuz olaraq hesablanmış 15912 m3 qazın sərfiyyatına görə cari 2835,80 manat məbləğində borcun, eyni zamanda yeni quraşdırılmış sayğacın dəyəri əvəzi olan 235,88 manat məbləğində pulun silinməsi və qanunsuz hesablanmış borca görə ondan tutulmuş 343 manat məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, 13.03.2017-ci il tarixdə yaşadığı ünvan 2 ünvanda quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti İddiaçı əməkdaşları tərəfındən ******* saylı akt tərtib olunaraq istifadələrində olan “İTRON G- 4” markalı 1302AZ**********95 saylı qaz sayğacı çıxarılaraq yoxlanılmış və yenidən yerinə quraşdırılmışdır. Həmin vaxtdan smart qaz kartına qazın sərfıyyatı üçün pul yüklədiyində smart kartına yüklədiyi pulun borca çıxıldığı ona məlum olmuşdur. Məsələnin araşdırılması üçün müraciət etdiyində Azərbaycan Respublikası Dövlət Neft şirkəti İddiaçı Bakı X8 Departamenti tərəfındən tərtib olunmuş aktla “sayğacın sərfıyyata uyğun olmaması, mövcud qaz sayğacının maksimal ölçmə həddi 6 m3/saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatının 28.1 m3/saat olması” səbəbindən dəymiş ziyanın bərpası məqsədilə hesablanan 15912 m3 həcmində itirilmiş təbii qazın dəyərinin ödənilməsi öhdəliyi üzərinə qoyulmuşdur. Sayğaca baxış onun iştirakı ilə keçirilmiş, sayğaca baxış keçirilən zaman heç bir problemin olmaması ona bildirilmiş və sayğac yenidən quraşdırılmışdır. Bundan sonra tərtib olunmuş akta səbəbi bildirilmədən imza etdirilmişdir. Bu qədər borcun sonradan qəflətən yaranması özü-özlüyündə absurdur. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtı-vaxtında sərf etmiş qazın dəyəri qismində pulu ödənilmişdir. Sayğacın normal olduğu da ona İddiaçı İB-in əməkdaşları tərəfindən bildirilmişdir. Lakin yoxlamadan sonra ona bildirilmədən bu həcmdə borcun hesablandığını öyrənməyi onu heyrətləndirmişdir. Qeyd etmək istəyir ki, o, əməkdaşlara fərdi yaşayış evinə məxsus sayğacdan əlavə istixanaya aid sayğacın olduğunu və istixanaya sərf olunan qazın həcminin bu sayğacla hesablandığını bildirmişdir. Lakin buna baxmayaraq, əməkdaşlar yenə də ümumi qaz sərfiyyatını fərdi yaşayış evinə məxsus sayğacın üzərinə yazaraq qanunsuz və əsassız akt tərtib etmişlər. Bundan əlavə 13.03.2017-ci il tarixində sayğac dəyişdirilməsə də, 12.07.2019-cu ildə tərtib olunmuş ******* saylı aktla “İTRON G- 4” markalı 1302AZ**********95 saylı qaz sayğacı çıxarılaraq “İTRON G-4” markalı **********3636 saylı yeni sayğac quraşdırılmış və buna görə də əlavə 235.88 məbləğində borc yazılmışdır. “Abonentin saldosu”ndan da göründüyü kimi onun smart qaz kartına yüklədiyi ödənişlərdən bu günə qədər, ümumilikdə 343 manat məbləğində pul qanunsuz olaraq borca görə tutulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X3 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, Cavabdeh ünvanına qurlaşdırılmış yaşayış evi üçün nəzərdə tutulan sayğac ünvanında olan istixana üçün istifadə etməsi halı aşkar olunmuş və buradə müvafiq akt tərtib edilmiş və 3182.40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda həmin ziyanın bir hissəsi ödənildiyindən qalıq qalmış 2830.80 manat məbləğində pul Cavabdeh tələb olunur. Həmçinin bildirmişdir ki, yeni qurlaşdırılmış sayğacın dəyəri qismində 235.88 manat məbləğində pulun Cavabdeh tələb olunmur. Odur ki, qarşılıqlı iddia tələbini əsassız hesab etməklə rədd olunmasını, ilkin iddia tələbinin isə təmin olunmasın məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini etiraf etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun yaşadığı ünvana Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən 2 sayğac qurlaşdırılmışdır. Bir sayğac yaşadığı ev üçün digər sayğac isə həyətində olan istixana üçün qurlaşdırılmış və bu barədə o, müvafiq müqavilələri məhkəməyə təqdim etmişdir. Ev üçün elektron, yəni smart kart vasitəsilə istifadə edilməsi üçün nəzərdə tutulan sayğac, istixana üçün isə mexaniki sayğac qurlaşdırılmışdır. İstixana üçün qurlaşdırılmış sayğac yalnız 2018-ci ildə yoxlanılması üçün çıxarılmış, yoxlanılandan sonra yenə yerinə gətirib yerləşdirilmişdir. O, hər iki sayğacdan təyinatı üzrə istifadə etmiş və heç vaxt hər hansı bir sayğaca müdaxilə etməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 ilkin iddia tələbini etiraf etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında Cavabdeh yaşadığı ünvanda yaşayış evi və istixana üçün nəzərdə tutulmuş sayğacların olmasını, Cavabdeh tərəfindən hər iki sayğcanın təyinatı üzrə istifadə edilməsini qeyd etməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 11.03.2017-ci il tarixli aktı əsassız hesab olduğunu bildirmiş və həmin akt əsasında hesablanmış 3182.40 manat məbləğində borcdan qalıq qalmış 2835.80 manat məbləğində pulun Cavabdeh abonent hesabından silinməsi və həmin əsassız akta görə hesablanmış borcdan Cavabdeh tərəfindən aparılmış ödənişlərdən tutulmuş 343 manat məbləğində pul onun abonent hesabına geri qaytarılması, qurlaşdırılmış yeni sayğacın dəyəri qismində tələb olunun 235.88 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş satıcı İddiaçı İstehsalat Biriliyinin Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti ilə sifarişçi Cavabdeh arasında bağlanmış 19.10.2016-cı il tarixli 022452 saylı müqavilədən görünür ki, Cavabdeh ünvanına bir ədəd mexaniki tipli G-6 markalı 28257138 nömrəli qaz sayğacının qurlaşdırılması haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 18.04.2017-ci il tarixli, 03/8749 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi və ünvana Smart G-4 markalı 1302AZ**********95 nömrəli sayğacın quraşdırılması haqqında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 05.08.2019-cu il tarixli, AKX-0125802/08-2019 saylı müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi və ünvana Smart G-4 İTRON Gallus Ray markalı **********6 nömrəli sayğacın quraşdırılması haqqında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş “AKT” ******* nömrəli 30.05.2018-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, Cavabdeh ünvanına quraşdırılmış G-6 markalı 28257138 nömrəli qaz sayğacı çıxarılaraq yoxlanılmağa göndərilmiş, qazın verilməsi isə kəsilmişdir. İş materiallarından görünür ki, 11.03.2017-ci il tarixli “AKT” ******* nömrəli akt əsasında qüsur- “sayğac sərfiyyata uyğun deyil (mövcüd qaz sayğacının maksimal ölçmə həddi 6 m3 / saat olduğu təqdirdə, qaz işlədicilərinin maksimal sərfiyyatı 28.1 m3 / saatdır.)” göstərilməklə 15912 m3 itirilmiş qazın miqdarı əsasında Cavabdeh **********02450 saylı abonent hesabına köçürülməklə 3182.40 manat məbləğində pul hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan və “Gasrep” hesabdan çıxarışdan görünür ki, Cavabdeh **********02450 saylı abonent hesabına 3182.40 manat məbləğində borc hesablanmış, həmin borcdan 348 manat məbləğində tutulmalar aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə, iş materiallarına və məhkəmə iclasında araşdırılmış hallara əsaslanmaqla ilkin və qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, ilkin iddia tələbi, Cavabdeh tərəfindən ünvanında quraşdırılmış sayğacdan təyinatı üzrə istifadə edilmədiyindən, yəni yaşayış evi üçün quraşdırılmış sayğacdan istixana üçün istifadə etməsi halı müəyyən olunduğu barədə aktla əsaslandırılsa da həmin halın mövcüdluğu barədə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ünvanında müxtəlif müqavilələr əsasında təyinatı üzrə yaşayış evi üçün nəzərdə tutulan Smart G-4 markalı elektron tipli sayğac və istixana üçün nəzərdə tutulan mexaniki tipli G-6 markalı 28257138 nömrəli qaz sayğacı qurlaşdırılmışdır. Həmin sayğaclardan Cavabdeh tərəfindən təyinatı üzrə istifadə etməməsi halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməklə Cavabdeh abonent hesabına hesablanmış borcdan qalıq qalmış 2835,80 manat məbləğində borc silinməli, hesablanmış borcdan aparılmış tutulmalar qismində 343 manat məbləğində pul onun abonent hesabına geri qaytarılmalıdır. Qarşılıqlı iddianın yeni quraşdırılmış sayğacın dəyəri qismində 235.88 manat məbləğində pulun silinməsi hissəsi isə təmin edilməməlidir. Belə ki, Cavabdeh yeni quraşdırılmış sayğacın dəyəri qismində 235.88 manat məbləğində pulun ondan tələb olunması və ya onun abonent hesabına hesablanması barədə hal müəyyən edilməmiş və bu barədə hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə Cavabdeh **********02450 saylı abonent hesabına hesablanmış borcdan qalıq qalmış 2835.80 manat məbləğində pul silinməli, 343 manat məbləğində pul onun abonent hesabına geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi və tutulmaların geri qaytarılması tələbinə dair qarşılqlı iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh **********02450 saylı abonent hesabına hesablanmış borcdan qalıq qalmış 2835.80 manat məbləğində pul silinsin, 343 manat məbləğində pul onun abonent hesabına geri qaytarılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar