Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1330/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, notariat qaydasında təsdiqlənmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 8000 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti aylıq 300 manat olmaq şərti ilə xx.xx.2022-ci il tarixinədək borc verənə qayarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ona pula ehtiyacı olduğunu bildirərək öz adına kredit verilmədiyini və bu səbəbdən bankdan kredit götürərək ona verməsini istəmişdir. İddiaçı da "xxxx" ASC-dən kredit götürərək 8000 manatı cavabdehə borc olaraq vermişdir. Cavabdeh tərəfindən indiyədək 500 manat ödəniş edilmişdir və hal-hazırda borcu 7500 manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə notariat qaydasında təsdiqlənmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsinə əsasən iddiaçı ona 8000 manat məbləğində borc pul vermişdir. Həmin vaxtlar pula ehtiyacı olduğundan və heç bir bank tərəfindən ona kredit verilmədiyindən iddiaçıdan ona borc pul verməyi xahiş etmişdir. Daha sonra isə maddi vəziyyəti yaxşı olmadığına görə iddiaçının borcunu vaxtlı-vaxtında qaytara bilməmişdir. Borcundan indiyədək təxminən 500 manat ödəniş etmişdir. İddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edərək iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 8000 manat məbləğində pul borc verməyi, borcalan isə krediti aylıq 300 manat olmaq şərti ilə xx.xx.2022-ci il tarixədək borverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli X/O 211/20 saylı məktuba əsasən müqavilə üzrə 8000 manat xüsusi notarius X1 depozit hesabına köçürülmüşdür. Kredit müqaviləsinin 8-ci bəndindən müəyyən olunur ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş məktubdan görünür ki, borcluya öhdəliyi barədə məlumat verilmiş və öhdəliyin icra edilməməsi nəticəsində məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən borcundan 500 manat ödəniş edildiyinə həmin məbləğ əsas borc məbləğindən çıxılmalıdır. Beləliklə, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 7500 manat borc pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 7500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 100 manat olmaqla, ümumilikdə 7600 (yeddi min altı yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1330/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1330/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver