Məhkəmə qərarları › İş №2(003)-135/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-135/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-135/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh 01 fevral 2008-ci il tarixli 88 nömrəli kredit müqaviləsinə üzrə 4834 (dörd min səkkiz yüz otuz dörd) manat əsas borc, 2,134 (iki min yüz otuz dörd manat 06 qəpik) faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2,886.36 (iki min səkkiz yüz səksən altı) manat faiz borcu, cəmi 9,854.42 (doqquz min səkkiz yüz əlli dörd manat 42 qəpik) manat , 30 (otuz manat) dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Tofaş “Şahin” markalı (Tip: sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2008-ci il tarixli 88 nömrəli kredit müqaviləsinə əsasən Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 5034 (beş min otuz dörd) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Tofaş Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 01.02.2008-ci il tarixli, 88 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunmasına barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 01 fevral 2008-ci il tarixli 88 nömrəli kredit müqaviləsinə əsasən 27 may 2021-ci il tarixə 4834 (dörd min səkkiz yüz otuz dörd) manat əsas borc, 2134,06 (İki min yüz otuz dörd manat 06 qəpik) faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2886.36 (iki min səkkiz yüz səksən altı) manat faiz borcu, cəmi 9854.42 (doqquz min səkkiz yüz əlli dörd manat 42 qəpik) təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsində göstərilmiş ünvan üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, toplanmış sənədləri tədqiq edərək və araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01.02.2008-ci il tarixli, 88 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban- NM413B**********, rəngi qara) ** BN *** dövlət qeydiyyat nişanlı abtomobilin alınması məqsədi ilə 18 ay müddətinə illik 28 faiz olmaqla 5034 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01.02.2008-ci il tarixli, 88 nömrəli ipoteka müqaviləsindən görünür ki, 01.02.2008-ci il tarixli kredit müqaviləsinin təminatlı olaraq, Cavabdeh mülkiyyətində olan ** BN *** dövlət qeydiyyat nömrəli Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27.05.2021-ci il tarixli **********402 nömrəli maliyyə arayışından görünür ki, 04.02.2008-ci il tarixli 1-62370-20 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 4834 manat əsas, 2134 manat faiz borcu, gecikdirilmiş vaxt üçün faiz borcu 2886,36 manat olmaqla, ümumilkdə 9854,42 manatdır. İş materiallarında olan LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 15.07.2021-ci il tarixli ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borc barədə xəbərdar edilmişdir. İş materiallarında olan LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16.07.2021-ci il tarixli **********652 nömrəli ərizədən görünür ki, Cavabdeh mülkiyyətində olan ** BN *** dövlət qeydiyyat nömrəli Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) avtomobilə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması ilə bağlı ərizə ilə DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş və ərizə 23.07.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş BN seriyalı, 057706 nömrəli, 02.02.2008-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BN *** dövlət qeydiyyat nişanlı, Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) avtomobilin sahibi Cavabdehdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, , LPO İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2008-ci il tarixli 88 nömrəli kredit müqaviləsinə əsasən Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 5034 (beş min otuz dörd) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Tofaş Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 01.02.2008-ci il tarixli, 88 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kreditin qaytarılması üçün qrafik tərtib edilmiş və hər ay ödəniləcək kreditin miqdarı müəyyən edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına və təqdim olunan sənədlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi borcun tutulması hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Sadalanan normalara və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsaslanaraq məhkəmə belə hesab edir ki, tələb borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi və satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçının iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2886,36 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə də münasibətdə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyindən iddia təmin edilməli, Cavabdeh 01 fevral 2008-ci il tarixli 88 nömrəli kredit müqaviləsi üzrə 4834 (dörd min səkkiz yüz otuz dörd) manat əsas borc, 2134,06 (iki min yüz otuz dörd manat 06 qəpik) faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2886,36 (iki min səkkiz yüz səksən altı) manat faiz borcu, cəmi 9854,42 (doqquz min səkkiz yüz əlli dörd manat 42 qəpik) manat iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ** BN *** dövlət qeydiyyat nömrəli Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) avtomobilə yönəldərək açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş 29.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01 fevral 2008-ci il tarixli 88 nömrəli kredit müqaviləsi üzrə 4834 (dörd min səkkiz yüz otuz dörd) manat əsas borc, 2134,06 (iki min yüz otuz dörd manat 06 qəpik) faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2886,36 (iki min səkkiz yüz səksən altı) manat faiz borcu, cəmi 9854,42 (doqquz min səkkiz yüz əlli dörd manat 42 qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 9884,82 (doqquz min səkkiz yüz səksən dörd manat 82 qəpik) iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ** BN *** dövlət qeydiyyat nömrəli Tofaş “Şahin” markalı (Tip:sedan, Buraxılış ili-2004, Ban-NM413B**********, rəngi qara) avtomobilə yönəldərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsait LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh tutularaq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar