Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-136/2021 15.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X3 oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış hesablanmış 6435,0 manat məbləğində dəymiş ziyanın və 30,0 manat dövlət rüsumu olmaqla 6465,0 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 oğlu məhkəməyə iddia tələbinin azaldılımasına dair ərizə təqdim edərək Cavabdeh 4585,80 manat məbləğində dəymiş ziyanın və 30,0 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hazırki iddia tələbi üzrə eyni əsas və eyni predmet təşkil edən mülki mübahisə barəsində Bakı şəhər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 405/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcüddur. Ona görədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırara hesab edir ki, hazırkı mülki iddia üzrə işin işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 4591,52 manat məbləğində əsas borcun və 30,0 manat məbləğində dövlət rusumu olmaqla ümumilikdə 4621,52 manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-405/2019 saylı qətnamə ilə İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 4591,52 manat borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 405/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin sayğacı üzrə borcuna dair çıxarış (gasrepdən məlumatlar) məlumatlarından görünür ki, abonentin ümumilikdə borcu 4585,8 manat təşkil edir ki, həmin məbləğdə abonentin qazdan qeyri-qanuni istifadəsinə görə iddiaçı təşkilat tərəfindən 2018-ci ilin noyabr ayınadək hesablanmış məbləğdən ibarətdir. Göründüyü kimi, 2018-ci ilin oktyabr ayı üçün Cavabdeh iddiaçıya təbii qazdan istifadəyə görə yaranmış borcu 4585,8 manat təşkil etmiş, bu tarixdən sonra cavabdehə hər-hansı borc hesablanmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-405/2019 saylı qətnaməsi ilə həmin borca, yəni 4591,52 manat iddia tələbinə hüquqi qiymət verilmiş və iddiaçının iddia tələbi təmin edilməmişdir. Qeyd olunur ki, ilkin iddia tələbi ilə hazırki mülki işdə olan iddia tələbi arasında 5,72 manat (4591,52- 4585,8) fərq vardır ki, həmin fərqdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-405/2019 saylı qətnaməsindən sonra cavabdehin ödədiyi məbləğdən borca görə tutulmaların aparılmasından yaranmışdır. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında hazırki iddia tələbi üzrə eyni əsas və eyni predmet təşkil edən mülki mübahisə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcüddur. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-405/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan 2(003)-136/2021 saylı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(003)-136/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi təqdim olunduğu gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-136/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-136/2021
15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver