Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1375/2020 15.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyanın əvəzi 10.080 manat və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2016-cı il tarixdə, saat 18:30 radələrində idarə etdiyi “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri H.Əliyev prospekti ilə Mərdəkan istiqamətində saatda 40 km sürətlə hərəkət edərkən qəflətən qarşısında gedən “Nissan X-Trail” markalı ** TV *** dövlət nömrə nişanlı avtomobil öz qarşısında gedən və sürüşüb yolun sol kənarında olan arakəsmə dəmirlərə dəyərək geriyə, onun yoluna atılan Cavabdeh1 idarə etdiyi VAZ- 21123 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək geriyə atılmış və böyrü üstə dönərək onun hərəkət yoluna çıxmışdır. Hadisə qəfildən bir anda baş verdiyinə və həmin vaxt yol buzlu və sürüşkən olduğuna görə əyləci sıxsa da, onun avtomobili sürüşərək qabaq tərəfi ilə “Nissan X-Trail” markalı avtomobilin sol yan qapılarına dəyərək əzilmişdir. Təhqiqatçı yol polis işçiləri tərəfindən aparılan yoxlama zamanı tərtib edilmiş protokollara əsasən hər üçü “Yol Hərəkəti haqqında” Qanunun 50.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinərək İXM-nin 151.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunmuşlar. Hadisənin mexanizmasından göründüyü kimi, qarşıda gedən Cavabdeh1 idarə etdiyi VAZ-21123 markalı 10 BP- 552 dövlət nömrə nişanlı avtomobil “Yol hərəkəti haqqında” Qanunun 50.1ci maddəsinin tələblərini pozaraq, sürüşüb yol kənarında olan dəmir arakəsməyə dəyərək, onun arxasında gedən “Nissan X-Trail” markalı avtomobilin yoluna atılmış, “Nissan X-Trail” markalı avtomobil həmin maşına dəyəndən sonra onun yoluna çıxmış və onun da maşını sürüşüb “Nissan-X-Trail” markalı avtomobilə dəymişdir. Yəni yol nəqliyyat hadisəsinin baş verməsində hər üçünün də təqsiri müəyyən edilmişdir. Hadisə nəticəsində onun avtomobilinin qabaq sol farası, krılosu, buferi, radiatorları, duman farası tamam sınıb istifadəyə yararsız vəziyyətə düşmüş, ikinci farası catlamış, radarları tam sıradan çıxmışdır. Avtomobilinin təmiri ilə əlaqədar aşağıdakı ehtiyat hissələri alınmışdır, işıq 1500 manat, buferi 2000 manat, 2 ədəd radiatorları 950 + 400=1350 manat, radiatorun paneli 600 manat, 1 ədəd duman işıqları 380 manat, qanadı 1050 manat və üzlüyü 400 manat, qanadaltı 350 manat, radarlar və onların düzəldilməsi 400 manat, təmirlə əlaqədar dəmirçiyə 800 manat, rəngsaza 550 manat, çilingərə 400 AZN, armaturçuya isə 300 AZN pul ödəmişdir. Bütün bunların təmir edilib düzəldilməsi və avtomobilinin işlək vəziyyətə gətirilməsi üçün ümumilikdə 10.080 manat məbləğində xərci çıxmışdır. Təbiidir ki, həmin yol hərəkəti hadisəsi nəticəsində həm “Nissan X-Trail” markalı avtomobilə, həm VAZ- 21123 markalı avtomobilə və eləcə də, onun avtomobilinə maddi ziyan dəymişdir. Hadisə baş verən günü güclü qar yağmış, yer buzlu və sürüşkən olmuşdur, yol nəqliyyat hadisəsi bilavasitə qarşıda gedən VAZ-21123 markalı avtomobilin yol hərəkəti haqqında qanunun tələbini pozması nəticəsində baş vermişdir. Məhz ilk anda onun avtomobili yol kənarındakı dəmir arakəsməyə dəyərək yoluna qəfil çıxmış və həmin anda əyləci sıxsa da avtomobili saxlamaq qeyri mümkün olmuşdur. Göstərilən vəziyyətdə onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Mən avttomobili saatda 40 km sürətlə idarə etmişəm,hansı ki, həmin sahədə yol nişanlarında sürət həddi 80 km göstərilirdi,qarşımda gedən “Nissan X-Trail” markalı avtomobillə,maşınların hərəkət intensivliyinə uyğun ciaraq kifayət qədər ara məsafəsi saxlamışam. Hadisə yerin buzlu və sürüşkən olduğundan qəflətən baş verdiyindən onun qarşısını almaq qeyri mümkün oldu. Təhqiqatçının qərarından narazı qalaraq Nəsimi rayon məhkəməsinə verdiyi şikayətə əsasən onun qərarı xx xxxx 2016-cı il tarixdə ləğv edilmiş və avtotexniki ekspertiza təyin edilib təqsirin müəyyənləşdirilməsi barədə göstəriş verilmişdir, lakin təhqiqatçı tərəfindən məhkəmənin bu göstərişinə əməl edilməmiş və əsassız olaraq öz mülahizəsinə əsasən təqsirlərini müəyyənləşdirmişdir. Faktiki olaraq onların avtomobillərinin toqquşması Cavabdeh1 ilk olaraq yol hərəkəti qaydalarını pozmasından irəli gəlmişdir. Avtomobillərinin toqquşmasına onun qanuna zidd hərəkətləri zəmin yaratmışdır. Onlar üçün isə bu hadisə forsmajor yəni qarşısı alınmaz hadisə olmuşdur. Mülki hüquqi təqsirlərinin müəyyənləşdirilməsi üçün iş üzrə avtotexniki ekspertiza təyin edilərək təqsirlərinə uyğun ona dəymiş ziyanın cavabdeh şəxslər tərəfindən ödənilməsi təmin edilməlidir. Ali Məhkəmənin Mülki X1 eyni xarakterli avtoqəza nəticəsində avtomobilinə dəymiş zərər tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin bülletenində dərc edilmiş qərarında xüsusi olaraq göstərilmişdir ki, “törədilmiş avtomobil qəzasına görə həm iddiaçı, həm də cavabdeh təqsirli olduğundan vurulmuş ziyana görə tərəflərin əmlak məsuliyyəti onların hər ikisinin təqsirli olmaları nəzərə alınmaqla müəyyən edilməlidir”. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etməməklə onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşmateriallarındaolan “Sahil” Avto servis firması tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 019 saylı akt arayışından görünür ki, “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobillə dəymiş ziyan 10.080 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə İddiaçı saat 18:50 radələrində “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobilini Bakı şəhəri, H.Əliyev prospektində Mərdəkan istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ bəndinin tələbini pozaraq yol və meteoloji şəraiti nəzərə almayaraq normal sürət həddi seçməyərək eyni istiqamətdə qarşıda hadisə törətmiş Nissan markalıı ** TV *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 3(006)- 502/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı İsmayııl oğlu barəsində Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-nin xx.xx.2016-cı il tarixli KYP/225141 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)- 2323/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 14 406 manat maddi zərər məbləği və 50 manat hüquqi xidmət haqqı, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh2 Əsədilla oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 2934/2017 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-2323/2016 saylı qətnaməsi qismən dəyişdirilərək, maddi zərərin əvəzi olaraq 12.906 manat, hüquqi xidmət xərci olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 12.986 manatın cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-7628/2017 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2934/2017 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 2412/2018 saylı qətnaməsinin surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-2323/2016 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği 1511 manat müəyyən edilməklə dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-1738/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-2412/2018 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, cavabdehlərinbaş vermiş yolnəqliyyat hadisəsinə görə məhz iddiaçıya münasibətdə təqsirli olduğu sübuta yetirilmədiyindən müvafiq olaraq da mülki hüquqi məsuliyyəti də yaranmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, iclasında iddiaçı xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehlərin təqsirindən ona məxsus “X4” minik markalı ** ON *** dövlət nömrə nişanlı avtomobilə ziyan dəyməsini qeyd etsə də, işin bu halı təsdiqini tapmır. Əksinə işdən göründüyü kimi, iddiaçının idarə etdiyi avtomobilin qarşısında olan digər avtomobillə ara məsafəsini saxlamamasına görə dəyməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilmiş, Azərbaycan Respublikasının DİN Bakı şəhər DYPİ-nin xx.xx.2016-cı il tarixli qüvvədə olan inzibati xəta haqqında iş üzrə qərarla İddiaçı həmin yol nəqliyyatı hadisəsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti ötdüyündən iş üzrə icraata xitam verilmişdir. Belə olan halda iddiaçının avtomobilinə dəymiş zərərlə bağlı cavabdehlərdən onun avtomobilinə dəymiş zərərin tələb edilməsi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1375/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1375/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver