Məhkəmə qərarları › İş №2(003)-1379/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1379/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1379/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci il tarixli GARA-1562-20800 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 9071,81 manat əsas borc, 502,78 manat cari faiz borcu və 659,36 manat cari dəbbə pulu borcu olmaqla, cəmi 10233,95 manat kredit borcunun və ödənilmiş 121,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 9071,81 manat əsas borc, 502,78 manat cari faiz borcu və 659,36 manat cari dəbbə pulu borcu olmaqla, cəmi 10233,95 manat kredit borcunun və ödənilmiş 121,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında illik 21 faizlə 36 ay müddətinə 15000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli GARA-1562-20800 saylı kredit müqaviləsi imzalanmış və kreditin aylıq 565 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə GARA- 1562-20800+GARA-2467 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh və əsas borclu olan Cavabdeh1 tərəfindən kredit öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilməmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixə 9071,81 manat əsas borc, 502,78 manat cari faiz borcu və 659,36 manat cari dəbbə pulu olmaqla, cəmi 10233,95 manat borcu yaranmışdır. Bu səbəbdən həmin məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 9071,81 manat əsas borc, 502,78 manat cari faiz borcu və 659,36 manat cari dəbbə pulu olmaqla, cəmi 10233,95 manat borcun və dövlət rüsumuna görə 121,40 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi R.E.Eldarov iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirdi və izahatında göstərdi ki, onunla "xxxx" BOKT MMC arasında illik 21 faizlə 36 ay müddətinə 15000 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli GARA-1562-20800 saylı kredit müqaviləsi imzalanmış və kreditin aylıq 565 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit öhdəliklərinin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə digər cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə GARA- 1562-20800+GARA-2467 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin, o, maddi çətinliklərlə üzləşdiyinə görə borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GARA- 1562-20800 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kredit təşkilatı borcalana təşkilatda aktiv olan kredit borcunun bağlanması və ev təmiri məqsədi ilə 15000 manatı illik 21 faiz olmaqla 36 ay müddətinə kredit alana verməyi, kredit alan isə krediti və faizi ödəniş planına uyğun olaraq təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcverən borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği və dəbbə pulu ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə krediti vaxtında qaytarmadıqda kreditverən hər gecikdirilən gün üçün kreditin və faizinin ödənilməmiş hissəsinə görə, gecikdirilən günlər üçün də faiz hesablanmaqla birgə, kreditin ödənilməli olan lakin ödənilməmiş hissəsinin 1 faiz miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. "xxxx" BOKT MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, kredit təşkilatı ayırdığı kreditə görə 15000 manatı Cavabdeh1 hesabına köçürmüşdür. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GARA- 1562-20800 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən müəyyən olunur ki, borcalan xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər ay 565 manat, xx.xx.2025-ci il tarixdə isə 577,41 manat ödəməyi öhdəsinə götürmüşdür. Kredit verən "xxxx" BOKT MMC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3, borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə GARA-1562-20800+GARA-2467 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 məbləği 15000 manat, müddəti 36 ay olan xx.xx.2022-ci il tarixli GARA-1562-20800 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı bank qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə kredit müqaviləsinin qüvvəyə mindiyi vaxtdan hüquqi qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılma müddəti ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir və bu müqavilə üzrə iddia müddəti kreditin müddətinin bitdiyi gündən hesablanmaqla üç il təşkil edir. "xxxx" BOKT MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2022-ci il tarixli GARA-1562-20800 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 9071,81 manat, faiz borcuna görə 502,78 manat, cərimə borcuna görə 659,36 manat olmaqla cəmi 10233,95 manat borcu vardır. Onun tərəfindən cəmi ödənilmiş məbləğ 10775,57 manat olmaqla bundan 5982,19 manat əsas borc, 3889,48 manat faiz borcu və 957,90 manat dəbbə pulu təşkil edir. "xxxx" BOKT MMC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlardan müəyyən olunur ki, borcverən birgə borclulara borc qaytarılmadığı halda borcun tam həcmdə tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 "xxxx" BOKT MMC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 15000 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə zaminlik müqaviləsi əsasında Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış kredit müqaviləsi üzrə onun təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Qeyd olunan maddələrə əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas, faiz məbləği və dəbbə pulu cavabdehlərdən birgə qaydada tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla birgə borclular olan cavabdehlərin müqavilə öhdəliklərini icra etməmələri nəticəsində borcverənə əsas borca görə 9071,81 manat, faiz borcuna görə 502,78 manat faiz borcu və 659,36 manat cərimə borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının birgə borclulardan müştərək qaydada əsas borca görə 9071,81 manat, faiz borcuna görə 502,78 manat və cəriməyə görə 659,36 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 9071,81 manat, faiz borcuna görə 502,78 manat, cəriməyə görə 659,36 manat və ödənilmiş dövlət rüsumuna görə 121,40 manat olmaqla, cəmi 10233,95 manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar