Məhkəmə qərarları › İş №2(003)-141/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-141/2024

30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-141/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsirli hərəkəti və hərəkətsizliyi nəticəsində ona dəymiş 1600 (min altı yüz) manat maddi ziyanın və 36 (otuz altı) manat məhkəmə rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 05 aprel 2016-cı ildə, Binə qəsəbəsinin yaxınlığında yerləşən, Hövsan südçülük sovxozu ərazisində olan 0.025 ha Torpaq sahəsinin icarə hüququnu alqı-satqı yolu ilə X1 almışdır. Seyidov Vüsalın alqı-satqı zamanı ona göstərdiyi, yəni, aldığı torpaq sahəsini 5 daş hündürlüyündə daş hasara almışdır. O zamandan həmin 0.025 ha torpaq sahəsinin faktiki sahibidir. Torpaq əsasən ona məxsusdur. Qonşular da şahiddir. Bu ilin mart ayında torpaq sahəsinin qonşuluğunda yaşayan Sədaqət xanım ona zəng vuraraq torpaq sahəsini satması barədə soruşduqda o, satmadığını bildirmişdir. Sədaqət xanım bildirmişdir ki, bir neçə nəfər tanımadığı şəxs ona məxsus torpaq sahəsinin daş hasarının bir hissəsin digər torpaq sahəsinə birləşdirmək surəti ilə sökmüşlər. Dərhal torpaq sahəsinə getmiş və çatana qədər Cavabdeh ətrafındakı adamları və ustaları ilə onun torpağına məxsus hasarın bir hissəsini yandakı torpaq sahəsinə birləşdirmək surəti ilə söküb qurtarmışdı. O, torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Özbaşına və qanunsuz olaraq hasarını uçurtduğuna görə məsuliyyət daşıdığını söyləmişdir, dərhal hasarı bərpa etməyi tələb etmişdir. Əfqan torpağı 10500 manat ödəyərək Namiqdən aldığını bildirmiş, əlavə demişdir ki, ona məxsus olan sahəni də Namiq ona satıb. Belə ki, guya onun olduğunu bilməmişdir. O, torpağı satmaq istəyirmiş deyə hasarın üzərinə yol tərəfdən telefon nömrəsini qeyd etmişdir. Əfqana hasarın üzərində telefon nömrəsini qeyd etdiyini, gərək zəng edib soruşmamalı olduğunu bildirmişdir. Ciddi şəkildə hasarı bərpa etməsi ilə bağlı tələbindən sonra Əfqan ona bildirmişdir ki, “Namiq onu aldadıb və ona vaxt versin”. Belə ki, Namiqi tapıb pulu geri tələb edəcəyini və pulu geri alacağını bildirmişdir. Pulu geri alandan sonra ona məxsus torpağı da ondan alsın. O, da torpağı satmaq fikirində olduğuna görə onu gözləmişdir. Bir ay keçdikdən sonra Xəzər RPİ 3-cü polis bölməsindən onu dəvət etmişlər. Ona izah etmişlər ki, guya o, kiminsə hasarını uçurtmuş, eyni zamanda həmin şəxsə məxsus qumu, çəni və s. guya oğurlamışdır. Bölmədə izahat vermək üçün gedəndə ona aydın olmuşdur ki, ondan şikayət edən Cavabdehdur. O, hasarın qanunsuz olaraq, özbaşınalıqla Əfqan tərəfindən uçurdulması barədə bildirmiş və ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. Polisin onun tələbinə münasibətdə hərəkətsizliyini görəndən sonra gedib poçt vasitəsi ilə rəsmi şikayət ərizəsi göndərmişdir. Müvafiq müddət keçdikdən sonra bölməyə gedib şikayət ərizəsinə cavab verilməsini tələb etmişdir. Bir neçə dəfə gedib tələb etdikdən sonra Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı X2 onu qəbul etmiş, Cavabdeh şikayətinə əsasən verilmiş 20 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd qərarını ona təqdim etmişdir. Bu işlə bağlı cavabın yalnız bu olacağını bildirmişdir. Cavabdeh təqsirli hərəkətləri və hərəkətsizliyi nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Cavbdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu açıq şəkildə bilinməkdədir. Belə ki, o, Namiqlə əlbir olaraq ona məxsus torpaq sahəsini ələ keçirməyə cəhd etmişdir. Hətta bu işdə polisidə özünə alət etməyə çalışmışdır. Eyni zamanda 36 məhkəmə rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi ona məxsusdur. xx.xx.2023-cü il tarixli **********71 reyestr nömrəsi olan Abşeron Rayonu Hövsan Südçülük Sovxozu ərazisində yerləşən ərazidə ona ayrılmış 0.045 ha torpaq sahəsinə dair verilmiş çıxarış buna sübutdur. İddiaçı verilmiş çıxarışla ona verilmiş çıxarışda nömrələnmə, torpaq sahəsi və s. yazılar fərqlidir. Həmin torpaq sahəsinə 2 maşın daş və qum tökdürmüşdür. Ona məxsus daş və qum “yoxa çıxmışdır”. Orxanın torpaq sahəsi başqa yerdədir. Orxan onun torpaq sahəsində hasar tikdirməyibdir. Bu səbəbdən də iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya və onun nümayəndəsinə, maraqlı şəxsə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh şikayəti əsasında araşdırılma aparılmış İddiaçı əməli mülki-hüquqi xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixli **********38 reyestr nömrəsi olan Abşeron Rayonu Hövsan Südçülük Sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsinin icarə hüququ İddiaçı verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixli **********71 reyestr nömrəsi olan Abşeron Rayonu Hövsan Südçülük Sovxozu ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin icarə hüququ Cavabdeh verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, Abşeron Rayonu Hövsan Südçülük Sovxozu ərazisində yerləşən İddiaçı ayrılmış torpaq sahəsi ilə və Cavabdeh ayrılmış torpaq sahələri ayrı-ayrl torpaq sahələridir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7837 nömrəli 23 may 2024-cü il nömrəli rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,045 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki iş üzrə mübahisənin predmetini Abşeron Rayonu Hövsan Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsində inşa edilmiş hasarın bir hissəsinin sökülməsi ilə bağlı vurulmuş maddi ziyan təşkil edir. İş materiallarında və ekspertiza rəyindən aydın olur ki, hər iki tərəfə çıxarışla icarə hüququ əsasında Abşeron Rayonu Hövsan Südçülük Sovxozu ərazisində yerləşən torpaq sahəsi ayrılmış və həmin torpaq sahələri ayrı-ayrı yerlərdədir. Lakin mübahisə predmetini təşkil edən torpaq sahəsi Cavabdeh ayrılmış torpaq sahəsinin hüdudları daxilində olmaqla onun istifadəsinə verilmişdir. İddiaçı tərəf həmin torpaq səhəsində 5 daş hündürlüyündə hasar çəkdiyini və cavabdeh tərəfindən həmin hasarın bir hissəsinin söküldüyünü iddia edərək ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü iddiaya dair mötəbər sübutlar təqdim etməmiş və iddiasını sübut edə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ekspertiza xərci iddiaçıya aid edilməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar