Məhkəmə qərarları › İş №2(003)-1425/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1425/2024

22.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1425/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı (Zərxanım) Soltan qızının, Cavabdeh iştirakı ilə, İddiaçı (Zərxanım) Soltan qızının Cavabdeh qarşı "evdən istifadə edilməsinə maneənin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı (Zərxanım) Soltan qızının Cavabdeh qarşı "evdən istifadə edilməsinə maneənin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 3, 18 (Yeni Qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 54-cü Binə, 1-ci döngə, 14) ünvanında yerləşən 0,0917 ha torpaq sahəsinin üzərindəki tikilidən istifadə edilməsinə maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbaov küçəsi, 18 nömrəli ev onun atasının evi olmuşdur. Həmin həyətdə 2006-cı ildə onun qardaşı X8 bir mərtəbəli, 6-7 otaqlı ev tikmişdir. 2021-ci ildə onun qardaşı Heydər, 2022-ci ildə onun qardaşının həyat yoldaşı vəfat etmişdir. Həmin şəxslərin övladları olmadığından onunla birlikdə üç bacıya – X1, X4 və ona vərəsəlik hüququ verilmiş, bu notarius qaydasında təsdiq edilmişdir. Onun bacısı Səkinəxanımın əri Ədalət onun qardaşının tikdiyi evə heç bir hüququ olmadan daxil olub ailə üzvləri ilə birlikdə yaşayır və onu evə buraxmır. Həmin həyətdəki ev onların ata-baba evləridir. O, Binə qəsəbəsində oğlu Elxan və Elxanın ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən həyət onun atası X2 adınadır. Hazırda onun bacısının həyat yoldaşı olan cavabdeh onu atasının evinə buraxmır. Onun və onun oğlunun həmin evin otaqlarının birində əşyaları var. Onlar həmin evdə yaşayırdılar. 2-3 gün əvvəl onların xəbəri olmadan cavabdeh qapı qoymuş, qıfılı dəyişdirmişdir. Cavabdeh onları evə buraxmır. Cavabdeh evin otaqlarının işığını kəsmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı (Zərxanım) Soltan qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahtında bildirmişdir ki, həmin tikilinin çıxarışı yoxdur. İddiaçı (Zərxanım) Soltan qızı həmin tikilinin yerləşdiyi torpaq sahəsindən rahat şəkildə istifadə edir. O, buna heç bir maneə törətmir. İddiaçı (Zərxanım) Soltan qızının mübahisəli tikiliyə he bir hüququ yoxdur. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 22 noyabr 2022-ci il tarixli şəhadətnamədə aşağıdakılar qeyd edilmişdir: X5 vərəsələri: X3, X6, İddiaçı (Zərxanım) Soltan qızıdır və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 3, 18 (Yeni Qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 54-cü Binə, 1-ci döngə, 14) ünvanında yerləşən, ümumi sahəsi 0,0917 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilərək İddiaçı (Zərxanım) Soltan qızının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 3, 18 (Yeni Qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 54-cü Binə, 1-ci döngə, 14) ünvanında yerləşən, ümumi sahəsi 0,0917 ha olan torpaq sahəsinin üzərindəki tikilidən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Beləliklə, bütün yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı (Zərxanım) Soltan qızının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 3, 18 (Yeni Qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 54-cü Binə, 1-ci döngə, 14) ünvanında yerləşən, ümumi sahəsi 0,0917 ha olan torpaq sahəsinin üzərindəki tikilidən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı (Zərxanım) Soltan qızının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, döngə 3, 18 (Yeni Qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 54-cü Binə, 1-ci döngə, 14) ünvanında yerləşən, ümumi sahəsi 0,0917 ha olan torpaq sahəsinin üzərindəki tikilidən istifadə etməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar