Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1428/2020 27.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdehqarşı kredit müqavilələri üzrə borcun tutulması tələbinədair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 021KK**********01 saylı kredit müqaviləsi üzrə 560,04 manat məbləğində əsas, 899,91 manat məbləğində cərimə borcu, 021A159793087 saylı kredit müqaviləsi üzrə 532,96 manat məbləğində əsas, 135,67 manat məbləğində cərimə borcu olmaqla cəmi 1459 manat məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı X2 xeyrinə tutultutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,4167% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 467,04 manat ödəniş etmiş və onun iddiaçıya 532,96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfındən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1477 gün üçün hesablanmış faiz borcu 135.67 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1477 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 170,12 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla, 900 (doqquz yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 339,96 manat ödəmiş, onun 560,04 manat məbləğində kredit borcu qalmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7-ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2020-ci il tarixə 1477 gün üçün hesablanmış cərimə 899,91 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafıq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı QSC-nin Mərdəkan filialıarasında aylıq 2.4167 % olmaqla 12 ay müddətinə 900 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka xx.xx.2014-cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsi üzrə 560,04 manat məbləğində əsas borc, 56,10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 616,14 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 021A********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə İddiaçı QSC-nin Mərdəkan filialıarasında aylıq 2.4167 % olmaqla 12 ay müddətinə 1000 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka xx.xx.2015-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 532,96 manat məbləğində əsas borc, 22,95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 555,91 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun bankın qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsi üzrə 560,04 manat məbləğində əsas borc və xx.xx.2015-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 532,96 manat əsas borc Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2014-cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsi üzrə 560,04 manat məbləğində əsas borc münasibətdə cavabdehdən 899,91 manat dəbbə (cərimə) pununun tutulması, xx.xx.2015-ci il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 532,96 manat məbləğində əsas borc münasibətdə cavabdehdən 170,12 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsi üzrə 56,10 manat dəbbə (cərimə) pulu və xx.xx.2015-ci il tarixli 021A********** saylı kredit müqaviləsi 22,95 manat dəbbə pulu tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən xx.xx.2014cü il tarixli 021KK**********01 saylı kredit müqaviləsi üzrə 135,67 manat məbləğində fazi borcunun tutulmasını xahiş etsədə, iddiaçının məhkəməyə təqdi etmiş olduğu xx.xx.2020ci il tarixli maıliyyə arayışında faiz borcu 0 olduğu qeyd edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qeyd edilən kredit müqaviləsi üzrə faiz borcu cavabdehdən tutulmamalıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 021KK**********01 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 560,04 manat məbləğində əsas, 56,10 manat məbləğində cərimə borcu, 021A159793087 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 532,96 manat məbləğində əsas, 22,95 manat məbləğində cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 30 manat İddiaçı X2 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 021KK**********01 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 560,04 manat məbləğində əsas, 56,10 manat məbləğində cərimə borcu, 021A159793087 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 532,96 manat məbləğində əsas, 22,95 manat məbləğində cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1202,05 (bir min iki yüz iki manat 05 qəpik) manat məbləğində pul İddiaçı X2 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1428/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1428/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver