Məhkəmə qərarları › İş №2(003)-1441/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1441/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1441/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun ipoteka predmetinə yönəldilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yerləşən 2 saylı evin 31-ci mənzilinə tutma yönəldilməsi, mənzilin hərracdan satılması və kredit müqaviləsi üzrə 30000 (otuz min) ABŞ dolları məbləğinə borc verilmiş pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsümunun ipoteka predmetinin dəyərindən onun xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yerləşən 2 saylı evin 31-ci mənzilinə cavabdehlər tərəfindən 1 ay ərzində tərk etmədiyi halda həmin mənzildən məcburi qaydada çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən, iddia ərizələri baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yerləşən 2 saylı evin 31-ci mənzilinə tutmanın yönəldilməsi, mənzilin hərracdan satılması və kredit müqaviləsi üzrə 30000 (otuz min) ABŞ dolları məbləğinə borc verilmiş pulun, 30 manat məbləğində ödənilmiş dövlət rüsümunun ipoteka predmetinin dəyərindən onun xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yerləşən 2 saylı evin 31-ci mənzilinə cavabdehlər tərəfindən 1 ay ərzində tərk etmədiyi halda həmin mənzildən məcburi qaydada çıxarılmaları tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar