Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1441/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m üəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X10 ilə 2002-ci ildə nigaha daxil olmuşlar. Birgə nikahdan 04.04.2003-cü il təvəllüdlü X11 və 01.04.2005-ci il təvəllüdlü X8 anadan olmuşdur. Birgə ailə həyatı yaşadıqdan sonra cavabdehlə aralarında münasibətlər pozuldu və sonda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-249/2011 saylı 11.01.2011-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması və birgə nikahından doğulmuş X10 və X3 üçün cavabdehdən hər ay onun əmək haqqının 1/3 hissəsinin tutularaq ona ödənilməsi qət edilmişdir. 2018-ci ildə maddı çətinlikləri və aliment məbləğinin aşağı olması səbəbindən “Aliment məbləğinin artırılmasına dair” iddia ərizəsi ilə həmin birinci instansiya məhkəməsinə müraciət etdim və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-490/2019 saylı 17.01.2019cu il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, aliment məbləği hər ay 154 manat sabit pul məbləğinə artırılaraq cavabdehdən tutulması qət edilmişdir. Hal-hazırda qızının 17 yaşı var, 322 nömrəli tam orta məktəbdə 11-cu sinifdə təhsil alır. Hal-hazırda ali təhsil almaq üçün hazırlığa da gedir. Hazırlığa aya 160,0 manat pul ödəyir. Əlavə olaraq bildirir ki, himayəsində olan 18 yaşı yeni tamam olmuş övladı X12 1-ci qrup əlildir. Bu xəstəliklə mütəmadi müalicəyə ehtiyacı vardır. Gözündə isə zəiflik var, buna görə vaxtaşırı müalicə almalıdır. Bütün bunlar üçün kifayət qədər çox pul lazımdır. Oğlunun müalicəsi üçün hər ay azı 600 manat lazımdır. Bunların bir hissəsini həll etmək üçün iddiaçı əlindən gələni edir, amma tək maddi imkanı çatmır. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş bir uşaq üçün 154 manat aliment məbləği uşağın tələbatının yarısının belə ödənilməsinə çatmır. Uşağın saxlanması üçün daha çox məbləğə ehtiyac duyulur. Maddi durumları çox çətindir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, ona heç bir mənəvi dəstək, valıdeyn olaraq tərbiyəsi ilə məşqul olmur və s. Uşağın bütün qayğısını ehtiyacını tamamilə mən çəkirəm. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək məcburiyyətindədir. Qeyd edir ki, X7 tələbinə uyğun olaraq ilkin mediasiya prosesində iştirak etməklə, 50 manat mediasiya prosesinə dair xərci ödəyib. Ona görə də 01.04.2005-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğdə alimentin və mediasiya prosesinə dair ödənilmiş 50,0 manat xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, övladı 01.04.2005-ci il təvəllüdlü X2 üçün hər ay qanunla müəyyən edilmiş 193,0 manat məbləğində alimenti ödəməyə razıdır və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 2(003)-249/2011 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 04.04.2003-cü il təvəllüdlü X6 və 01 aprel 2005-ci il təəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi və Cavabdeh Sərban oğlundan 04 aprel 2003-cü il təvəllüdlü X6 və 01 aprel 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına itanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz əkkiz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və Cavabdeh Sərban oğlundan 04 aprel 2003-cü il təvəllüdlü X6 müalicəsi ilə əlaqədar hər ay cavabdehdən 50 (əlli) manat əlavə xərc tutularaq İddiaçı ödənilməsi ödənilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 07.09.2011-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan 01.04.2005-ci il təvəllüdlü X9 Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında olan nikah 07.09.2011-ci il tarixdə pozulmuşdur, tərəflərin birgə nikahından doğulmuş 01.04.2005-ci-cı il təvəllüldlü X9 və hazırda uşaq iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün 200,0 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəyə bilməsi üçün kifayət qədər gəlirinin olmasını sübuta yetirə bilmədi. Məhkəmə,“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu əsas götürərək, cavabdehin hər ay 193,0 manat alimentin tutulmasına etiraz etmədiyini, cavabdehdən tutulacaq sabit pul məbləğində alimentin bir uşağa görə 193,0 manat həcmində müəyyənləşdirilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə uşağın mənafeyini uşağın təminatının mümkün qədər maksimal saxlanması və cavabdehin maddi imkanlarını nəzərə alaraq hesab edir ki, Xəzər rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli 2(003)-490/2019 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, 01.04.2005-ci il təvəllüldlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə verilərkən mediatora ödənilmiş 50,0 manat xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddianın dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Bundan başqa məhkəmənin hesabına ödənilməli olan 50 manat dövlət rüsumu da Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2. qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə ödənilməli olan 50,0 (əlli) manat tutularaq dövlət gəlirlərinə, mediatora ödənilmiş 50 manat məbləğində pul isə tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Xəzər rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli 2(003)-490/2019 saylı qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, 01.04.2005-ci il təvəllüldlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Xəzər rayon Məhkəməsinin 17.01.2019-ci il tarixli 2(003)-490/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 01.04.2005-ci il təvəllüldlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193,0 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya sessiyası üçün ödənilmiş 50,0 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50,0 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1441/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1441/2022
27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver