Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1447/2022 18.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı X2 xeyrinə 1500 (bir min beş yüz) ABŞ dolları və 46 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11.07.2020-ci il tarixdə tanışları Abuzər və Novruz adlı şəxslərin vasitəçiliyi və iştirakları ilə özünü təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edən Cavabdeh istifadəsində olan tikilini və torpaq sahəsini adına özəlləşdirməsi üçün kömək edəcəyinə görə 10000 ABŞ dolları pul vermiş, lakın Cavabdeh onu aldadaraq vədinə əməl etməmişdir. 2021-ci ilin yay aylarından başlayaraq hissə-hissə ümumilikdə 8500 ABŞ dolları geri götürmüş, qalan 1500 ABŞ dolları isə ödəməkdən yayınmışdır. Cavabdeh əməllərinə dələduzluq kimi qiymət verərək Xəzər RPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, X5 onun dosdudur. Cavabdeh ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rastlaşmış, onlara reyestr xidmətində müəyyən işlərinin həllində köməklik göstərmişdir. Sonradan o daşınmaz əmlaka çıxarış düzəldilməsi məqsədi ilə ona 40000 manat lazım olduğunu bildirmiş, lakin Teymur ona 17000 manat pul vermişdir. Hadisə 2020-ci ilin iyun ayında olmuşdur. Onları bu yolla aldatmışdır. Cavabdeh ünvanına dəfələrlə gedərək, ondan pulu geri istəmiş, həmin puldan 5000 ABŞ dolları, ümumilikdə 8500 ABŞ dolları pulu almış, 1500 ABŞ dolları isə qalmışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahin Şirəliyev tərəfindən qəbul edilmiş 15.02.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, X2 31.08.2020-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında Cavabdeh 2020-ci ilin yay aylarında Teymurla təsadüfən tanış olduğunu, sonralar yaxın münasibətləri yarandığını, iş adamı İddiaçı biznesini artırmaq üçün 10000 ABŞ dolları borc pul aldıığını, bir müddət sonra Teymurun, ona olan borcunun əvəzinə Pirallahı qəsəbəsində yerləşən və yaxın vaxtlarda hərraca çıxarılacaq obyektini almağını, əlavə xərcini özü ödəyəcəyini təklif etdiyini, o da Temurun bu təklifi ilə razılaşdığını, lakin sonradan həmin obyektlə bağlı mübahisə yarandığından hərraca çıxarılmadığını bildirmiş və Teymura olan borcunu hissəhissə geri qaytardığını, hazırda onun Teymur Tahirova 1500 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X5 11.07.2020-ci il tarixdə tanışları Abuzər və Novruz adlı şəxslərin vasitəçiliyi və iştirakları ilə Cavabdeh istifadəsində olan tikilini və torpaq sahəsini adına özəlləşdirməsi üçün kömək edəcəyinə görə 10000 ABŞ dolları pul vermiş, lakın Cavabdeh onu aldadaraq vədinə əməl etməmişdir. Cavabdeh 2021-ci ilin yay aylarından başlayaraq hissə-hissə olmaqla, ümumilikdə 8500 ABŞ dolları geri götürmüş, qalan 1500 ABŞ dolları isə cavabdeh ödəməkdən yayınmışdır. Göründüyü kimi, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Eyni zamanda mülki iş materiallarında və tərəflərin vermiş olduğu izahatından görünür ki, Cavabdeh pul ABŞ dolları ilə verilmiş və hazırda iddiaçının tələbi cavabdehdən 1500 ABŞ dollarının tutulmasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 46 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 46 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində pul və 46 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə) və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1447/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1447/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver