Məhkəmə qərarları › İş №2(003)-1460/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1460/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1460/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili X1iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayonməhkəməsinə müraciət edərək, cavabdehdən 7000 manat məbləğində yaranmış borcu, zərərin əvəzinə 2000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar cavabdeh ilə uzun müddət qonşuluq münasibətində olmuşlar və həmin müddətdə (təxminən 2016-cı ildə) cavabdeh iddiaçıların etibarından istifadə edərək cavabdeh öz övladı üçün cehizlik əşyalarını və bundan da əlavə olaraq əlbəəl satmaq məqsədi ilə geyim, gümüş və digər əşyaları nisyə şəklində almışdır və son nəticədə cavabdehin bugünkü günə onlara 7000 manat məbləğində borcu yaranmışdır. Beləliklə, onlar cavabdehlə qonşuluq münasibəti olsa da, dəfələrlə onlara yalan vəd verərək borcunu ödəməkdən yayınmışdır. Cavabdehin qərəzli və alçaldıcı hərəkətlərə yol verdiyi səbəbindən Bakı şəhəri Xəzər rayon polis idarəsinin 1 saylı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Bakı şəhəri Xəzər rayon polis idarəsinin 1 saylı polis şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, bildirilmişdir ki, İddiaçı2 şikayətinə baxılmışdır, bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməyi məqsədəmüvafiqdir. Cavabdeh uzun müddətdir 7000 manat məbləğində borcunu ödəmədiyi üçün onlara təxminən 2000 manat məbləğində zərər vurulmuşdur. Qeyd olunanlara əsasən, cavabdehdən 7000 manat məbləğində yaranmış borcu, zərərin əvəzinə 2000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar tərəfindən cavabdehə pul verilməmişdir. İddia tamamilə əsassızdır, sübutetmə yükü iddiaçıların üzərinə düşür, lakin heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində bildirmişdir ki, iddiaçı Minarə onun uzaq qohumu və qonşusudur. O, cavabdeh Güneli Minarənin evində tanımışdır. O, danışıqlarından Günelin Minarəyə borcu olduğunu eşitmişdir. Günel onun yanında Minarəyə demişdir ki, 5 mindən çox borcu var, maaş kartını versin, Minarə borcdan çıxsın. Digər şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı Minarə onun qonşusudur. Cavabdeh ilə də evləri yaxındır. O, Günellə alış-veriş etmişdir. Günelin Minarəyə nə qədər borcu olduğunu bilmir. Tərəflərin arasında borc məsələsi olduğunu kənddə eşitmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şahid ifadələrini, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını onunla Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncuya 7000 manat dəyərində əşyalar verməsi, cavabdehin isə həmin əşyaların dəyərini qaytarmağı öhdəsinə götürməsi, cavabdehin göstərilən öhdəliyi icra etməyərək hal-hazıradək pulu ona qaytarmaması ilə əsaslandırmış, lakin iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş qonşuları təsdiq etmiş, lakin məhkəmə işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçının maraq və mənafeyinə uyğun verilən şahid ifadəsini inandırıcı saymamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində öz təsdiqini tapmadığından, borc məbləğinin qaytarılmaması ilə əlaqədar iddiaçılara dəymiş zərərin tutulması hissəsində də iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.maddəsinə müvafiq olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi əsassız hesab olunaraqrədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar