Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1475/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yerləşmə sxeminin verilməsinə törədilən maneənin aradan qaldırılması tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən evə yerləşmə sxeminin verilməsi ilə bağlı törətdiyi maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən həyət evində ailə üzvlərilə qeydiyyatda olmaqla yaşayır. X1 həmin mənzili 1956-cı ildə tikmişdir. Atası 1985-ci ildə rəhmətə getmişdir. 2008-ci ildə anası rəhmətə gedəndən sonra cavabdeh heç kimi məlumatlandırmadan atasına məxsus olan mülkü faktiki olaraq 3 yerə bölmüşdür. 2010-cu ildə özünə ayırdığı hissədə 3 otaqlı qanunsuz ev tikmişdir. Atasına keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitənin 10 avqust 1956-cı il tarixli iclas protokolu ilə (N-45) fərdi yaşayış evi tikmək üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin təsərrüfatbaşına kitabdan başqa, mərhum atasının adına Şüvəlan qəsəbəsi M.B.Qasımov ev 32 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair Texniki Pasport və hər hansı digər sənəd yoxdur. Həmin sənədlərin əldə edilməsi ilə əlaqədar AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Yazılı cavabla bildirilmişdir ki, qeyd olunan sənədlərlə bağlı heç bir məlumat aşkar edilməmişdir. Odur ki, vərəsə olaraq mərhum atasının adına olan daşınmaz əmlaka hüquqlarının qeydiyyatı mümkün deyildir. Mərhum X1nun adına olan miras əmlakı vərəsəlik yolu ilə əldə etmək üçün yerləşmə planının verilməsinə zərurət yarandığından Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin Cavabdeh Qəsəbə Sovetindən gələn nümayəndəni həyətə buraxmadı və yerləşmə sxeminin çəkilməsinə maneəçilik törətmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, bildirmişdir ki, torpaq 4 sot olmuş və 3 yerə bölünmüşdür. İcra hakimiyyətinə müraciət olunmuş, lakin İcra Hakimiyyətinin nümayəndəsi yerləşmə sxemini çəkməkdən imtina edir, arada hasarın olduğunu və münaqişənin olduğunu bəhanə edir. İcra Hakimiyyətinin nümayəndəsi öz işini görmək istəmir. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin mahiyyətindən görünür ki. iddiaçı atasına keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitənin 10 avqust 1956-cı il tarixli iclas protokolu ilə (N-45) fərdi yaşayış evi tikmək üçün ayrılmış 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün torpaq ayırmış Xəzər rayon İcra hakimiyyətinə plan sxemin verilməsi üçün müraciət etmişdir. Lakin icra hakimiyyəti qonşular arasında mübahisənin olduğunu bəhanə edərək plan cizginin tərtib edilərək verilməsindən imtna etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci bəndlərinə əsasən Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.[59] Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Göründüyü kimi iddiaçı yerləşmə sxeminin verilməsi ilə bağlı ilkin olaraq aidiyyəti üzrə İcra Hakimiyyətinə müraciət etməli, inzibati orqan tərfindən imtina veriləcəyi təqdirdə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yerləşmə sxeminin verilməsinə törədilən maneənin aradan qaldırılması barədə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iddiaçıya aidiyyəti üzrə inzibati orqana və (və ya) inzibati məhkəməyə şikayət etmək hüquqlarının olması izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı yerləşmə sxeminin verilməsinə törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1475/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1475/2024
22.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver