Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-148/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 3800 (üç min səkkiz yüz) manat məbləğində ziyanın əvəzinin ödənilməsini, həmçinin ödənildiyi 58 manat dövlət rüsumunun Cavabdeh tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, ev 2, mənzil 15-də yaşayan Cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanına su axıdılmış, mənzilinin mətbəx, dəhliz, sanitar qovşağı bərbad vəziyyətə düşümüş və nəticədə ona 3800 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı onun tərəfindən 111 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət edilmiş, xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və Cavabdeh dəfələrlə xəbərdarlıq edilsə də o, heç bir tədbir görməmiş, ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. 04 may 2023-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qismən qəbul etdiyini, ekspert rəyində qeyd olunan 608 manat maddi ziyanı etiraf etdiyi bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Mənzil-X1 1 saylı Xüsusi Təyinatlı Mənzil Komunal Təsərrüfat birliyi 111 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 224 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, ev 2, 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər Mənzil-X1 1 saylı Xüsusi Təyinatlı Mənzil Komunal Təsərrüfat birliyi 111 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, ev 2, 12 saylı mənzilinin sahibi İddiaçı şikayət ərizəsi əsasında üst qonşu Cavabdeh mənzilindən (mənzil 15-dən) onun mənzilinə su axıdılmışdır. Şikayətə əsasən baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən mənzil bərbad vəziyyətdədir. Mənzilin mətbəxinin, hamamının və dəhlizinin təmiri sıradan çıxmış, elektrin xətləri cərəyan keçirdir. Dəfələrlə xəbərdarlıq edilsə də heç bir tədbir görülməmişdir. Bakı şəhər Mənzil-X1 1 saylı Xüsusi Təyinatlı Mənzil Komunal Təsərrüfat birliyi 111 saylı Mənzil Komunal İstismar sahəsinin rəisi Z.Qəribov və sahə müvəkkili F.Ömərov aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 10/7205 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə baxış keçirilən zaman mənzildə mərtəbəarası su sızmanın ilkin əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin mətbəx hissəsinin divarlarına bərkidilmiş divar kağızının qopması, aralanması və saralması, boya qatının isə qabarması, sanitar qovşağın isə divarlarına vurulmuş kafellərin qabarması müəyyən olumuşdur. Qərardadın 2-ci sualı üzrə: Mülki iş materiallarında olan 111 saylı MKİS-nin rəisi Z.Qəribov və sahə müvəkkili F.Ömərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə həmin ünvanda yerləşən 15 saylı mənzildən su axıdıldığı müəyyən olunur. Qərardadın 3-cü sualı üzrə: İş üzrə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri halhazırki bazar qiymətlərinə uyğun olaraq -təqribən 608 manat məbləğində müəyyən olunur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, ev 2, 15 saylı mənzildə su sızması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası dəymiş ziyanı 608 manat qiymətləndirmişdir. Cavabdeh, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə müəyyən olunan 608 manat maddi ziyanı etiraf etmişdir. Məhkəmə ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin rəy real vəziyyəti özündə əks etdirdiyindən, sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 608 manat məbləğində vurulmuş maddi zərər tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 58 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 608 (altı yüz səkkiz) manat və dövlət rüsumuna görə ödənilmiş 58 (əlli səkkiz) manat, cəmi 666 (altı yüz altmış altı) manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-148/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-148/2023
08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver