Məhkəmə qərarları › İş №2(003)-1487/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1487/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1487/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı istifadə hüququnun tanınması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı İddiaçı ünvan 1 ünvanında istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o doğulduğu ildən yəni, xx xxxx 1993-cü ildən mübahisə predmeti olan ünvan 2 ünvanında ailəsilə birgə yaşamışdır. Ötən illər ərzində anası X3 ilə birgə yaşamaqla, ümumi təsərrüfat aparmışdır. Hazırki mübahisə predmeti olan yaşayış sahəsində qaz, işıq və su kimi kommunal xidmətlərlə bağlı cavabdehlərlə aralarında bir-neçə dəfə mübahisələr yaşanmışdır. Bu səbəbdən də, adına kommunal xidmətlərin açılması barədə cavabdehə müraciət etsə də, heç bir müsbət nəticə olmamışdır. Hətta cavabdehlər tərəfindən onları həmin ünvanda firavan həyat yaşamaqlarına dəfələrlə maneələr törədilmişdir. Cavabdehlərlə kommunal xidmətlərin sayğaclarının bir olması səbəbindən, onlar tərəfindən dəfələrlə qaz, işıq və su kimi kommunal xidmətlərə maneələr yaradılmışdır. Dəfələrlə həyətdə mübahisə yaratmışdırlar. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvana köçürülməsi və istifadə hüququnun tanınması barədə qtnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 hər biri ayrı-ayrılıqda mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməklə iddia tələbini etiraf etdilər və izahatlarında bildirdi ki, iddiaçının ünvan 1 ünvanında yerləşən evə köçürülmələrinə etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 23.04.1991-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə doğulmuşdur Atası Cavabdeh1, anası X1r. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ QvŞV şöbəsi tərəfindən 11.02.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, cavabdeh İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh2 məhkəməyə vermiş olduğu ərizədə İddiaçı ünvan 2 ünvanında yaşamağına etirazı olmadığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 məhkəməyə vermiş olduğu ərizədə İddiaçı ünvan 2 ünvanında yaşamağına etirazı olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh1 ilə Cavabdeh2 rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından doğulmuşdur. Məhkəmə həmçinin müəyyən etdi ki, cavabdeh İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və hazırkı mülki iş üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 ilə Cavabdeh2 iddiaçının qeyd edilən ünvnada yaşamasına etirazları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ünvan 2 ünvanda yerləşən ev özbaşına tikilidir, İddiaçı mübahisəli evdə qeydiyyatda olsa da, ev onun adına, o cümlədən iddiaçının adına rəsmi sənədlə qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən ev özbaşına tikili olduğu üçün və cavabdehlərin adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. İddiaçı isə həmin evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən mübahisəli evə (özbaşına tikiliyə) köçürülməlidir. Məhkəmə araşdırması zamanı təsdiq olunduğu kimi qanunvericiliklə bunun üçün müəyyən olunmuş razılaşdırmalar və icazələr alınmadan inşa edildiyindən, eləcə də daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçıların yaşayış sahəsinə istifadə hüquqlarının tanınması tələb etdikləri ev hal-hazırda özbaşına tikili hesab olunur. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evə dair iddiaçıların qanunla qorunan yaşayış sahəsindən istifadə hüquqları yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə yaşayış yeri kimi istifadə hüquqlarının tanınmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını tələb etmək hüquqları mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli İddiaçı ünvan 2 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülmüşdür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən evə (özbaşına tikiliyə) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar