Məhkəmə qərarları › İş №2(003)-153/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-153/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-153/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gülnar İsmayılovanın, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzib ati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 5446.98 ABŞ dolları, faiz borcu üzrə 7705.86 ABŞ dolları məbləğində kredit borcunun və cərimə borcu üzrə 2017.56 ABŞ dolları, eləcədə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 027L**********78 saylı kredit müqaviləsi əsasında 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti üzrə cavabdehə bankla bağladığı razılaşmaya əsasən 24 ay müddətində aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11 000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Gülnar İsmayılova iddia tələbini müdafiə eədər onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək, əsas borcu qəbul etməklə hər ay hissə-hissə 60-70 manat ödənilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında oiştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaəsn işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatnı dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 027L**********78 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı QSC-nin Lökbatan filialı arasında 120 ay müddətinə 50 000 ABŞ dolları məbləğində kreditin xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit razılaşması №027R********** görünür ki, həmin razılaşmaya əsasən bank 11 000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə kredit alana verməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh3 ilə İddiaçı QSC-nin Lökbatan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC-nin Lökbatan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli saziş №027R**********S, xx.xx.2016-cı il tarixli saziş №027R**********SA, xx.xx.2016-cı il tarixli saziş №027R**********SB, xx.xx.2017-ci il tarixli saziş №027R**********SC, xx.xx.2018-ci il tarixli saziş №027R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə 5446.98 ABŞ dolları əsas borcu, 6486.34 ABŞ dolları faiz borcu, 664.9 ABŞ dolları cərimə borcu mövcuddur. İş materiallarında olan cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 əsas borc üzrə 5935.76 ABŞ dolları, faiz borcu üzrə isə 6953.02 ABŞ dolları borcu mövcuddur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Eyni zamanda zaminlik müqaviləsinə əsasən zamin də qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmçinin, hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən tutulmalıdır. Məhkəmə əsas və faiz borcunun məbləğini müəyyən edərkən qeyd edir ki, ekspert rəyində əsas və faiz borcu tələb olunan əsas və faiz borcundan çox olduğundan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən 5446.98 ABŞ dolları əsas borc üzrə, 6486.34 ABŞ dolları faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cərimə borcunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, 664.9 ABŞ dollarını cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5446.98 ABŞ dolları əsas, 6486.34 ABŞ dolları faiz, 664.9 ABŞ dolları cərimə borcu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat cavabdehlərdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızından 5446.98 ABŞ dolları əsas, 6486.34 ABŞ dolları faiz, 664.9 ABŞ dolları cərimə, cəmi 12598.22 (on iki min beş yüz doxsan səkkiz dollar iyirmi iki sent) ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar