Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1536/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Hal-hazırda X6 16 yaşı var. Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır, əlavə məşğələyə gedir. Həkim tərəfindən təyin olunmuş dərman alınır və qəbul edir. Ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Cavabdeh hətta məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmək istəmir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rədd cavabı alınmışdır. Uşağın bütün qayğısı tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh uşağa qarşı diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla həm də maddi tələbatlarını ödəmək ona çox çətindir. Ona görə də, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220,0 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş edir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2731/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılması və Cavabdeh xx.xx.2006cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220,0 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlə birgə nikahlarından iki uşaqları vardır. Digər uşaqları xx.xx.2004-cü il təvəllüdlü X18 yetkinlik yaşına çatmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş,məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçı X5 ona qarşı alimentin artırılaraq X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit məbləğdə pul tutulması barədə məhkəmədə iddia qaldırmışdır. O, cavabdehlə xx.xx.2003-cü ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Nikahları Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, övladları X18 və X7 analarının yanında saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılmışdır. Məhkəmə qətnamələrinə əsasən təyin olunan aliment tam şəkildə cavabdehə ödənilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən oğlu X18 onun himayəsinə verilmiş və ona görə o, aliment öhdəliyindən azad edilmişdir. Hal-hazırda Rəhim Məmmədov onun himayəsindədir və onunla birlikdə yaşayır. İddiaçının himayəsində qalan X7 Bakı şəhəri 322 saylı orta məktəbin 9-cu sinifini qurtardıqdan sonra Naxçıvanski adına Liseyə qəbul olunmuş və 1 ildən artıq həmin liseydə təhsil almışdır. Lakin orada təhsilini davam etdirməkdən imtina etmişdir. Hal-hazırda 322 saylı məktəbin 11-ci sinifində oxuyur. X10 adına Liseydə təhsil alarkən dövlət təminatında olmasına baxmayaraq, o, iddiaçının heç bir yerdə işləməməsini nəzərə alaraq Əbdülrəhman Məmmədova görə alimentdən azad edilməyi barədə məhkəmədə iddia qaldırmamışdır. Həmin müddət ərzində də iddiaçıya aliment ödəmişdir. O, iddiaçı ilə nikahları pozulduqdan sonra X13 ilə ailə həyatı qurmuşdur. Ondan iki azyaşlı uşaqları X19 və X17 anadan olmuşdur. İkinci həyat yoldaşı heç bir yerdə işləmir. Himayəsində olan oğlu Rəhim Məmmədov da işləmir. O, özü X9 BRQİD-nin Sabunçu TİX üzrə çilingər işləyir. Orta aylıq əmək haqqı 605,53 manatdır. Ailədə beş nəfərdirlər. Aldığı bu əmək haqqı yanında olan uşaqlarınınmaddi tələbatını belə ödəmir. Hal-hazırda iddiaçı ondan 220 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanununa əsasən əmək qabilliyətli şəxslərin yaşayış minimumu 2023-cü il üçün 261 manat, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün isə 220 manat müəyyən edilmişdir. O, dövlət işində işləməklə hər ay 605,53 manat əmək haqqı alır. Ailədə 3 nəfər əmək qabiliyyətlidir və bununla yanaşı iki nəfər də azyaşlı uşaqları var. Tək o işləyirəm. Aldığı əmək haqqından başqa heç bir qazancı və gəliri yoxdur. Belə olan halda aldığı əmək haqqı yanında olan şəxslərin maddi tələbatını ödəmir. Onlara hər ay yaşayış minimumuna görə 1223 manat pul lazımdır. Ailənin bu çətin maddi durumuna baxmayaraq, Əbdülrəhman Məmmədov da onun övladımır. O, yetkinlik yaşına çatmayıb, onun uşağın yaşaması üçün aliment ödəməyi zəruridir. Ancaq o, sabit məbləğdə hər ay 220 manat aliment ödənilməsi barədə olan iddia ilə razı deyil. Ona görə ki, oununheç bir yerdən başqa bir qazancı və gəliri yoxdur. Məhkəmənin ona alimentin miqdarının artırılması ilə bağlı ölkə üzrə yaşayış minimumu haqqında qanununu rəhbər tutub aliment təyin etməsi məqsədəmüvafiq hesab edilməməlidir. Belə hesab edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsi deyil, 76.1.1-cı maddəsinə əsasən onun əmək haqqından bir uşağa görə dörd də bir hissə tutularaq cavabdehə ödənilməlidir. Həmin məbləğ təxminən 151 manat edir. Əgər ondan bundan çox aliment tutularsa, həmin alimenti ödəmək imkanı yoxdur. Odur ki, iddiaçı X3 iddiası qismən təmin edilməsi və ondan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 151 manat aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 2(003)-996/2017 saylı, xx.xx.2017ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-2731/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2004-cü il təvəllüdlü X18 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 136,0 manat aliment tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, atası Cavabdeh anası X14 olan xx.xx.2006-cı il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə X14 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğvd edilməsi barədə akt qeydləri kitabında xx.xx.2011-ci il tarixli, 197 saylı qeyd ilə qeyd edilmişdir. İş materiallarında olan ƏƏSMN 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 “Əmək və Məşğulluq” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş mart 2023-cü il əmək haqqı barədə arayışdan görünür ki, Cavabdeh əmək haqqı 605,53 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3266/2021 saylı xx.xx.2021-c il tarixli qətnamədən görünür ki, Cavabdeh ilə cavabdeh X3 birgə nikahlarından dünyaya gəlmiş 15 aprel 2004-cü il təvəllüdlü X11 cavabdeh X2 alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən, 15 aprel 2004-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment öhdəliyindən azad edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2004-cü il təvəllüdlü X18 və xx.xx.2006-cı il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-996/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 136,0 manat aliment tutulması müəyyən edilmişdir. xx.xx.2004-cü il təvəllüdlü X18 yetkinlik yaşına çatmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici,uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə dəuşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-996/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220,0 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-996/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220,0 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1536/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1536/2023
02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver