Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1537/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6605.3 manat əsas, 2.21 manat faiz və dövlət rüsumu olaraq ödənilmiş 86.48 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 6727.96 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 6605.3 manat əsas, 2.21 manat faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Lakin maddi vəziyyətində olan çətinlikləri nəzərə alaraq borcun hissə-hissə ödənilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 3010rstBANK/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" KB ASC arasında illik 1 % olmaqla 60 ay müddətinə 6727.96 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 6605.3 manat əsas, 2.21 manat faiz borcu mövcuddur. İş materiallarında olan kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair xx.xx.2019-cu il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredt müqaviləsi üzrə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq xx.xx.2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixinədək hesablanmış 138.46 manat faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun xx.xx.2022-ci il tarixinə yuxarıda göstərilən maliyyə arayışında qeyd edilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar həmin borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 385- 386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 86.48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 6605.3 manat məbləğində əsas borc, 2.21 manat məbləğində faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 86.48 manat "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6605.3 manat məbləğində əsas borc, 2.21 manat məbləğində faiz borcu, cəmi 6607.51 manat və dövlət rüsumuna görə ödənilmiş 86.48 manat alınaraq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1537/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1537/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver