Məhkəmə qərarları › İş №2(003)-1544/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1544/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1544/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman qanunla müəyyən edilmiş qaydada adiyyatı üzrə Xəzər Rayon Məhkəməsinə dövlət rüsumu ödənilməmiş və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə etdiyi ********** və ********** nömrəli qəbzlərdən görünür ki, o, Bakı şəhəri Suraxanı rayon məhkəməsinə 60,00 manat manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəmə rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənildiyi, lakin ödənişin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hesabına köçürüldüyü müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, iddia ərizəsi verildiyi zaman məhkəmə rüsumunun məhz həmin məhkəmənin depozit hesabına ödənilməsi zəruridir. Rüsumun düzgün məhkəməyə ödənilməməsi prosessual hüquq pozuntusuna səbəb olmaqla, iddia ərizəsinin icraata qəbul edilməsinə hüquqi maneə yaradır. Eyni zamanda, rüsumun ödənilməsinin formal xarakter daşımadığı, məhz aidiyyəti üzrə düzgün məhkəməyə ödənilməsinin vacibliyi nəzərə alınaraq, iddiaçının ərizəsi qanunvericiliyə müvafiq olaraq geri qaytarılmalıdır. Beləliklə, məhkəmə rüsumunun məhkəmənin xüsusi hesabına düzgün qaydada ödənilməsi təmin edildikdən sonra iddia ərizəsinin yenidən təqdim olunması mümkündür. Belə olan halda, İddiaçı MMC-nin ********** və ********** nömrəli saylı qəbzlərlə ödənilmiş 60,0 manat dövlət rüsumunun hazırkı işə aid edilməsi düzgün yanaşma olmamaqla, məhkəmə tərəfindən qəbul edilə bilməz. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar