Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-156/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetlərinə yönəldilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə əsasən 09.06.2020-ci il tarixə banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 1825,14 manat məbləğində faiz borcu, 238,96 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 9217,50 manat məbləğində pulun, məhkəməyə müraciət üçün 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh1dan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 64, 12kv.m ümumi, 45,97 kv.m yaşayış, 18, 15kv.m yardımçı, sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilnə yönəldilməsinə, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü qeydiyyatda olan X2, yaşayış sahəsinidən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1) arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084CNS-13237 saylı, «Girovlu İstehlak krediti müqaviləsi”nə əsasən Cavabdeh1 istehlak məqsədilə illik 25 faiz hesablanması şərti ilə 60 ay müddətinə 12 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı 4Girovlu İstehlak krediti müqaviləsiynə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşmaya əsasən Cavabdeh1 22 sentyabr 2015-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 12 392 manat məbləğində olan borcu illik 28 faiz hesablanması şərti ilə 50 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) məxsus olan ünvan 1 ünvanında yerləşən 64,12kv.m ümumi, 45,97kv.m yaşayış, 18,15kv.m yardımçı, sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilini 21.11.2014-cü il tarixli 138084NEDVİ1-3338 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, seriya RX № ******* qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01.10.2014-cü il). Həmçinin “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında 21.11.2014-cü il tarixli 138084-NEDVİJ-3338 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı 22.09.2015-ci 11 tarixli Razılaşma bağlanmışdır (DƏDRX-dən çıxarış, seriya RX № ******* qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01 sentyabr 2015-ci il). Lakin borclu şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliyini 22.08.2019-cu il tarixindən icra etməmiş və nəticədə cavabdehin Banka 7153,40 manat məbləğində əsas borc, 1825,14 manat məbləğində faiz borcu, 238,96 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 9217,50 manat məbləğində borcu qalmışdır. Daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia həcminin azaldılması barədə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və 22.09.2015-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinin 01 razılaşmasına əsasən 29.10.2020ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində 21.11.2019-cu il tarixindən 29.10.2020ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 238,96 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 8312,60 manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh1dan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilnə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvü qeydiyyatda olan Cavabdeh3 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia həcminin azaldılması barədə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və 22.09.2015-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinin 01 razılaşmasına əsasən 29.10.2020ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində 21.11.2019-cu il tarixindən 29.10.2020ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 238,96 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 8312,60 manat məbləğində pulun, məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat olmaqla cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh1dan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilnə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan ailə üzvü qeydiyyatda olan Cavabdeh3 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, o, iddiaçı bankdan kredit götürdüklərini və həmin kredit müqaviləsi üzrə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə əmlakın dəyəri qiymətləndirmə nəticəsində 45000 manat müəyyən edilməsi hissəsi ilə razıdır. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 21.11.2014-cü il tarixli 1380884-CNS-13237 saylı girovlu kredit müqaviləsi üzrə baş kredit razılaşmasından görünür ki, İddiaçı ASC-nin 2 saylı Nərimanov filialı ilə kredit alan Cavabdeh1 arasında 12000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi bağlanmışdır. İş materiallarında olan 21.11.2014-cü il tarixli 138084-NEDVİJ-3338 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin evin dəyəri 50000 manat qiymətləndirilmişdir. İş materiallarında olan 21.11.2014-cü il tarixli 1380884-CNS-13237 saylı girovlu kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi 22.09.2015-ci il tarixli 1 saylı razılaşma barədə 22.09.2015-ci il tarixdə mövcud olan borc kapitallaşdırılaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının 22.09.2015-ci il tarixinə mövcud olan məzənnə ilə konvertasiya edilərək) 12392 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir və Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ünvan 2 ünvanında qeydiyyatda olan X5 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, ev 25, 38 saylı mənzilin bank VTB-nin xeyrinə ipoteka ilə girov qoyulmasına və satılmasına etirazı yoxdur. İş materiallarında olan girovların qiymətləndirilməsi və manitorinqi şöbəsinin 07.02.2020-ci il tarixliekpert rəyində ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilin qiyməti 36000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin 04.03.2020-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı ərizə ilə müraciət etdilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.03.2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə dair tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan məxaric qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh1 11643 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank VTB (Azərbaycan) ASC-yə 22.09.2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsi üzrə 09.06.2020-ci il tarixə 7153,40 manat əsas, 1825,14 manat faiz, 238,96 manat cərimə borcu olmaqla, ümumilkdə 9217,50 manatdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 Bank VTB (Azərbaycan) ASC-yə 22.09.2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsi üzrə 29.10.2020-ci il tarixə 7153,40 manat əsas, 723,52 manat faiz,21.11.2019-cu il tarixdən 29.10.2020-ci il tarixədək 5 % hesabı ilə 196,72 manat faiz, cərimə borcu 238,96 manat olmaqla, ümumilkdə 8312,60 manatdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 30.05.2021-ci il tarixli 14 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzil hazırki dövrə olan orta bazar qiyməti 45000 manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 24.04.2019-cu il tarixdə ölümşdür. İş materiallarında olan 20.02.2020-ci il tarixli 530p saylı bildirişin və 12.11.2019-cu il tarixli 1193p saylı "xxxx"nın surətlərindən görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilinə yönəldilməsi proseduruna başlayacağı və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 22.05.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 (otuz) manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 6783,40 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 238,96 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 24 manat dəbbə (cərimə) pulu tutulmalıdır. İddiaçının iddia tələbinin 21.11.2019-cu il tarixdən 02.07.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 196,72 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə də münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəm hesab edir ki, kreditor hazırkı mülki iş zrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə-tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanına yönəldilməsi, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı- əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında məhkəmə tərəfindən 45000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra Cavabdeh3 ipoteka predmeti olan əmlakdan çıxarılmasına dair hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və 22.09.2015-cü il tarixli 138084-CNS- 13237 saylı kredit müqaviləsinin 01 razılaşmasına əsasən 29.10.2020-ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində 21.11.2019-cu il tarixindən 29.10.2020-ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 24 manat məbləğində cərimə borcu, ümumilikdə isə 8097,64 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiymətinin 45000 (qırx beş min) manat məbləğində müəyyən olmaqla açıq hərracdan satılmalı, həmin yaşayış sahələrinə tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdeh Cavabdeh3 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmalı və həmin yaşayış sahəsi boşaldılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat Cavabdeh1 oğlundan alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 138084-CNS-13237 saylı kredit müqaviləsinə və 22.09.2015-cü il tarixli 138084- CNS-13237 saylı kredit müqaviləsinin 01 razılaşmasına əsasən 29.10.2020-ci il tarixinə Banka borclu olduğu 7153,40 manat məbləğində əsas borc, 723,52 manat məbləğində faiz borcu, 196,72 manat məbləğində 21.11.2019-cu il tarixindən 29.10.2020-ci il tarixinədək 5% hesabı ilə faiz borcu, 24 manat məbləğində cərimə borcu, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 8157,64 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin, Tələb ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 64,12 kv.m ümumi, 45,97 kv.m yaşayış, 18,15 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 38 nömrəli mənzilə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 45000 (qırx beş min) manat məbləğində müəyyən olunmaqla açıq hərracdan satılsın, həmin yaşayış sahələrinə tutma yönəldildikdə o, satıldıqdan sonra, Cavabdeh3 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılsın və həmin yaşayış sahəsi boşaldılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-156/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-156/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver