Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-156/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1.785 manat məbləğində pul vəsaitin və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, idarə etdiyi “Mercedez Benz E420” markalı **- RO-*** dövlət nömrə nişanlı avtomobilinə Zirə qəsəbəsi ərazisində hərəkətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 17:05 radələrində “Haval H2” minik markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobilin manevretmə qaydalarını pozaraq onun avtomobilinin sağ ön hissəsindən vurması nəticəsində toqquşma hadisəsi olmuşdur.Hadisə yerinə gələn DYP əməkdaşlarının apardığı araşdırmalardan məlum oldu ki, hadisə “əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevretmə” qaydalarının pozulması nəticəsində baş vermişdir.Bununla əlaqədar İXP6045278 saylı protokol tərtib edilmişdir.Sonradan həmin protokol əsasında TP6296904 nömrəli qərar əsasında Cavabdeh təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qəzadan sonra sığortanın çağırılmasını istəsə də, cavabdehin sığortasının olmadığı məlum oldu.Nəqliyyat vasitəsinin təmiri üçün 19 saylı avtoservisə müraciət etmiş və nəqliyyat vasitəsinə dəymiş ziyan ustalar tərəfindən 1.785 manat məbləğində dəyərləndirilmiş və bununla bağlı akt tərtib edilmişdir.O öz avtomobilini təmir etdirib.İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirmiş, 1.785 AZN iddia tələbi ilə razılaşmamış və iş üzrə ekspertizanın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 19 saylı avtoservisin müdiri T.Babayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “MERCEDEC BENZ E 420” minik markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1785 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin zədələnməsi barədə 043284 nömrəli arayışdan görünür ki, xx.xx.2024-cü ildə İddiaçı məxsus “MERCEDEC BENZ E 420” minik markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma nəticəsində sağ ön hissədən əzilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli TP6296904 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/751/2024 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan qüsur aktına əsasən 1996-cı il buraxılışlı “Mercedes Benz E420” minik markal **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci 1.785 manat müəyyən edilmişdir.Dəyişdirilməli hissələrin dəyəri 1.185 manat, təmir işlərinin dəyəri 600 manat təşkil edir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən, “Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir”. Həmin məcəllənin 1097.1-ci maddəsinən əsasən “mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin ... əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən idarə etdiyi “Haval H2” minik markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobil ilə manevretmə qaydalarını pozaraq iddiaçıya məxsus “Mercedez Benz E420” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobilinin sağ ön hissəsindən vurması nəticəsində toqquşma hadisəsi olmuşdur. “Mercedez Benz E420” markalı avtomobilə 1.785 manat dəyərində zərər dəydiyi müəyyən olmuşdur. Belə olan halda iddiaçı ona dəymiş 1.785 manat məbləğində zərəri tələb etməkdə haqlıdır.Məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 1.785 manat məbləğində pul tutulmalıdır. Dövlət rüsumu haqqında qanunun 8.1.3-ci maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarında olan 2141 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı tutulmalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməəmtəəşünaslıq növündə ekspertizanın keçirilməsinin dəyəri 50 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1.785 manat məbləğində pul vəsaiti və ödənilmiş 38 manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********) hesabına (AZ34CTRE********************) tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-156/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-156/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver