Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1574/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 11698 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 300 manatın və ödənilmiş 125,99 manat dövlət rüsumu, olmaqla cəmi 12123,99 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent X3 arasında xx.xx.2017-ci il tarixində AS-748 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X7 Departamenti tərəfindən **********02400 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 markalı 1002AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarf’nm tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazın talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 974,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 162 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 220,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 207,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt əsasında 711 manat, ,xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt əsasında 142,20 manaf, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2020-ci il tarıxlı ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarıxlı ******* saylı akt əsasında 2656.80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarıxlı ******* saylı akt əsasında 482,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1728 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, cəmi 11050 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 648 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 11698 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə qəbul olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Daha sonra iş üzrə cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qiyabi qətnamə ləğv edilmiş və iddiaya mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, 2018-ci ildə ünvanına quraşdırılmış sayğac işləməmiş, o da həyətində olan saxlanc kimi istifadə etdiyi tikiliyə sayğacdan kənar xətt çəkmişdir. Bununla bağlı İddiaçı İB-nin əməkdaşları ona icazə vermişlər. O da 2018-ci ilin qış aylarında təxminən 3 ay müddətində həmin xətt vasitəsilə ancaq su qızdırmaq üçün istifadə etmişdir. Belə ki, hava soyuq olduğundan saxladığı mala suyu qızdırıb vermişdir. Həmin xətti yalnız saxlanc kimi istifadə etdiyi tikilidə olan sobaya quraşdırmışdır. Daha sonra isə həmin xətt ləğv edilmiş və o, bir daha qeyri-qanuni xəttdən istifadə etməmişdir. Daha sonra isə qonşuluqda yaşayan qardaşının evinə sayğacdan gedən qaz xəttindən, qardaşının icazəsi ilə öz evinə qaz xətti çəkmiş və hal-hazıradək də həmin qazdan istifadə edir. Belə ki, onun evinə verilən təbii qaz dayandırılmışdır. Hazırda da qardaşının ünvanına quraşdırılmış sayğcanın göstəricisinə əsasən istifadə edilmiş qaz dəyərinin məbləğinin yarısını qardaşına ödəyir. Həmçinin bildirdi ki, o, yalnız 2018-ci ilin qış aylarında, yəni yanvar, fevral və mart ayında təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etmiş, həmin xətt ləğv edildikdən sonra bir daha qeyri-qanuni xətt çəkməmişdir. Onun ümumiyyətlə ünvanı ilə əlaqədar tərtib edilmiş aktlar barəsində məlumatı olmamışdır. Yazılmış borcun məbləği ilə isə icra şöbəsinə dəvət edildiyi zaman bilmişdir. Hazırda 2018-ci ilin mart ayından sonra tərtib edilmiş aktları qəbul etmir və həmin aktları əsassız hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə cavabdehin ünvanına keçirilmiş yerli baxış zamanı cavabdehin ünvanında saxlanc kimi istifadə etdiyi balaca tikilinin olduğu, həmin tikilidə bir ədəd dəmir qaz sobanın olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qonşu ünvandan cavabdehin evinə əlavə qaz xətti çəkilmiş və cavabdeh təbii qazdan həmin xətt vasitəsilə qonşunun sayğacından istifadə edir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, cavabdeh tərəfindən quraşdırılmış qeyri-qanuni xətti aşkar edən şəxslərdən biri də odur. Cavabdehə kənar xətlə bağlı aktı 2-3 dəfə tərtib tmişdir. Qeyri-qanuni xətt aşkar edildiyi zaman cavabdehin iştirakı təmin edilməmişdir. Gecə vaxtı saat 02 radələrində bunu ediblər. Belə ki, hesab edir ki, cavabdehin iştirakı olmadan da bu barədə müvafiq akt tərtib etmək səlahiyyətləri vardır. Aktların surətləri abonentə təqdim etməmişlər. Həmçinin qeyd etmişdir ki, qeyriqanuni xətt aşkar edilməsi zamanı cavabdehin ünvanına baxış keçirilməmiş və həmin xətt vasitəsilə hansı avadanlıqdan istifadə etməsi müəyyən edilməmişdir. İş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X7 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə hüquqi yardıma görə “Mirzəyev və Partnyorları vəkil bürosuna 300 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan cavabdehin adına olan abonent saldosundan və “Gasrep” hesabdan çıxarışdan ( abonent kodu **********02400) görünür ki, cavabdehin hesabına ümumilikdə 9373,39 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 974,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4 və dəmir soba) əsasında 162 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4 və dəmir soba) əsasında 220,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4 və dəmir soba) əsasında 207,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4 və QSSQ) əsasında 133,20 manat, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 711 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 142,20 manat, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 142,20 manaf, xx.xx.2019-cu il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 885,60 manat, xx.xx.2020-ci il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 295.20 manat, xx.xx.2020-ci il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 2656.80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 295.20 manat, xx.xx.2021-ci il tarıxlı ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ, dəmir soba və kombi) əsasında 482,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt (nəzərə alınmış avadanlıqlar PQ-4, QSSQ və dəmir soba) əsasında 295.20 manat, cəmi 8674 manat məbləğində borc iddiaçının abonent hesabına hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2018-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə 2018-ci ilin aprel ayından 2021-ci ilin dekabr aylarında cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Bununla aktlar əsasında müəyyən edilmiş hallar barəsində məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, 2018-ci ilin aprel ayından 2021-ci ilin dekabr aylarınadək tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb olunan zərər (borc məbləği) əsassızdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən qəbul edilmiş aktlar, yəni 2018-ci ilin yanvar, fevral və mart aylarında tərtib edilmiş aktlar nəzərə alınmalı və həmin aktlar cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabadeh həmin hissədə etirafedici izahat verməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Lakin həmin aktlar əsasında dəymiş ziyanın hesablanması üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfindən istifadə olunan avadanlıq nəzərə alınmalıdır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iş üzrə cavabdeh həyətində olan saxlanc üçün istifadə etdiyi tikilidə yerləşən dəmir sobadan istifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin aktlar əsasında yalnız dəmir soba üçün nəzərdə tutulmuş qaz sərfiyyatı məbləğində zərərin dəyməsi müəyyən edilməlidir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında dəymiş zərərin hesablanmasına dair xx.xx.2018-ci il tarixli qərardan görünür ki, dəmi soba üçün 2016 m3 qaz sərfi hesablanmış, dəyəri 403,2 manat (2016 x 0.20 qəpik=403,2 manat) təşkil edir, xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, dəmi soba üçün 630 m3 qaz sərfi hesablanmış, dəyəri 126 manat (630 x 0.20 qəpik=126 manat) təşkil edir, xx.xx.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, dəmi soba üçün 857 m3 qaz sərfi hesablanmış, dəyəri 171,4 manat edir (857 x 0.20 qəpik=171,4 manat) təşkil edir. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya ümumilikdə 700,6 manat dəyərində zərər dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi aktlar əsasında cavabdehdən tələb olunan zərərə dair hissədə qismən təmin edilməli və cavabdehdən 700,6 manat məbləğində iddiaçının xeyrinə pul tutulmalıdır. Həmçinin məhkəmə iddia tələbinin cavabdehdən əlavə olaraq 648 manat məbləğində borcun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İş üzrə abonent saldosundan və “Gasrep” hesabdan çıxarışdan görünür ki, 648 manat məbləğində qalıq qalmış borc 2017-ci ilədək yaranmış 735,8 manat məbləğində borcun 1 hissəsindən ibarətdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550 və 551.2.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, 2017-ci ilədək yaranmış borcla bağlı tələb etmə hüququ beş il keçdiyindən qüvvəsini itirmiş və həmin borc cavabdehdən tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olan, yəni cavabdehin etiraf etdiyi hissədə kənar xətt vasitəsilə istehlak etdiyi qaza görə 700,6 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hüquqi yardımla bağlı 100 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin ödənilmiş 125,99 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş zərərə görə 700,6 manat məbləğində, hüquqi yardımla bağlı 100 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 700,6 manat məbləğində pul, hüquqi yardımla bağlı 100 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat, cəmi 810,6 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 115,99 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1574/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1574/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver