Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1578/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsiri hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 11518,20 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 11943,65 manat pulun məcburi qaydada tutularaq İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH: AZ03NABZ********************, SVVİFT BİİK İBAZAZƏ2X, Azəriqaz İB, VOEN: **********, İBAN: AZ721BAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində T/17049 nömrəli cQaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X1 Departamenti tərəfindən **********01340 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Smart G-4 markalı 1702A**********819 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağlda göstərikən aktlar tərtib edilmişdir: xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 1094,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 3231,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 754,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1018.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2160 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.60 manat borc hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin İddiaçı İB-nə 3404,80 manat məbləğində qalıq borcu vardır. Cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 11518,80 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barıdı məlumatlandırılmışdır. Qaşılıqlı iddia üzrə iddaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi İddiaçı tərəfindən ona (abonent kodu **********01340) əsassız hesablanmış 11518,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı ona məxsus qaz sayğacına aktlar tərtib edilməklə əsassız olaraq borc hesablanmışdır. Sözügedən aktdan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, ilk iddia üzrə İddiaçı nümayəndəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1578/2022 nömrəli qərardadı ilə ilk iddia xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 1094,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 3231,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 754,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1018.20 manat hesablanmış borcun tutulması hissəsində xitam verilmişdir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli T/17049 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan aktların surətlərindən görünür ki, Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2160 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.60 manat dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Məhkəmə ilk olaraq qeyd edir ki, ilk iddia üzrə iddaçı İddiaçı tələbi aktları əsasında hesablanmış borcun tutulması, qarşılıqlı iddia üzrə iddiaçının da tələbi məhz aktlar əsasında hesablnamış borcun silinməsidir. Məhkəmə hər iki iddiaya birgə qiymət verməyi məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, ilk iddia üzrə Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 2160 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66.60 manat borcun tutulması hissəsində iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən sayğaca müdaxilə edildiyindən xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı akt, xx.xx.2018-ci il tarixli ******* saylı aktların əsasında 3108,60 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər şəxslər yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş taariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan aktlar üzrə ilk iddia üzrə cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni olaraq istifadə etməsi halı sübuta yetirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddaəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş İddiaçı İB tərəfindən “Mirzayev and Partners legal Firm MM”-in hesabına Cavabdeh qarşı iddianın verilməsi ilə 300 manat ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı İddiaçı İB tərəfindən 125,45 manat ödəniş edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 125,45 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehdən alınıb, ilk iddia üzrə iddiaçıya verilməlidir. İlk iddia üzrə İddiaçı İB-nin qarşılıqlı iddia üzrə cavabdehdən 3404,80 manat məbləğində qalıq borcun tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə 3404,80 manat məbləğində qalıq borcun mövcud oluğunu iddia etsə də, həmin borcun mövcudluğuna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh 3108,60 manat məbləğində pul, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərclərə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 125,45 manat, ümumilikdə 3534,05 (üç min beş yüz otuz dörd mant 05 qəpik) manat tutularaq İddiaçı İB-nin ABB Kod 805153, VÖEN **********, MH: AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməli, ilk iddia qalan hissədə rədd edilməli, qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı İddiaçı tərəfindən ona (abonent kodu **********01340) əsassız hesablanmış 11518,20 manat borcun silinməsi barədə iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. İlk iddia üzrə Cavabdeh 3108,60 manat məbləğində pul, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərclərə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 125,45 manat, ümumilikdə 3534,05 (üç min beş yüz otuz dörd mant 05 qəpik) manat tutularaq İddiaçı İB-nin ABB Kod 805153, VÖEN **********, MH: AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı İddiaçı tərəfindən ona (abonent kodu **********01340) əsassız hesablanmış 11518,20 manat borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1578/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1578/2022
07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver