Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1579/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, sabit alimentin artırılaraq hər uşağa 235 manat, cəmi 470 manat təyin olunması və alimentin maaşdan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 17 sentyabr 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nigahından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 iki övladı var. Ailəli olduğu müddətdə aralarında yaranan çoxsaylı münaqişələr anlaşılmazlıqlar, ailəyə baxmamağma və qızlarına mənfi təsir etdiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3072/2018 saylı, 17 avqust 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən Cavabdehdan 19 iyul 2018-ci il tarixindən başlayaraq hər ay 02 aprel 2013-cü il təvəllüdlü X7 və 11 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər uşaq üçün 125 manat, cəmi 250manat sabit pul məbləğində alimentin X11ma ödənilməsinə qərar alınmışdı. Daha sonra isə münasibətlərin daha da pisləşməsi dəfələrlə xəyanətə uğradığıma qızlarımın pisixaloji travmalar almalarına görə xx.xx.2020-ci ildə İş JVb 2(003)1576/2020-ə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakim X13mn sədrliyi ilə İddiaçı Cavabdeh qarşı nigahm pozulması, uşağın ana ilə qalması və sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxılaraq 17 sentyabr 2011-ci il tarixində Bakı nikah evində bağlanmış 1975 No-li akt qeydli nikah pozulmuş və X7xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün 08 may 2020-ci il tarixindən başlayaraq hər uşaq üçün hər ay 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə tərtib edilmişdir. Daha sonra Bakı 13 saylı X6 Heyyətinin “31” avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş BARİŞİQ SAZİŞİ MŞB/13/2023-00473 (“Mediasiya haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmışdır) əsasən 2(003)-l 576/2020 nömrəli qətnaməyə əsasən müəyyən edilən birgə nigahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014- cü il təvəllüdlü.X1 yetkinlik yaşma çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat ümumilikdə 340 manat miqdarda tutulan aliment məbləği artırılaraq, 400 manata qaldırılıb. Alimentin ödənilməsi 10 May 2023-cü il tarixindən başlayaraq hər aym 10-u tarixinə kimi ödənilməsi razılığına gəlinmişdir. Maaş almasına baxmayaraq dəfələrlə ödəyəcəm deyerək uşaqları aldatmışdır. Lakin cavabdeh bir neçə dəfə alimentin ödənilməsini gecikdirmiş, və mabləğin uşaqların saxlanmasına yetmədiyini nəzərə alınmasını istəyirəm. Qızlarımın maddi xərcləri artdığını onların hazırlıq ödənişləri bəzi tibbi və məktəb xərclərinə yetinə bilmirəm. Xatırlatmaq istəyirəm ki nikahın pozulması zamanı cavabdeh tərəfindən qızlarma mülkdən heç nə verilməmişdir. Mən nikahm pozulmasından sonra 3 il müddətinə kirayədə tək qızlarımı saxlamışam. Daha sonra 2023-cü il 08 fevral tarixində X12 dəstəyi ilə ev almışam. Hər ay 860 manat kredit ödənişi edirəm. Tək iş yerim Azərbaycan Texniki Universitetidir. İndiki dövrdə bahalığı nəzərə alaraq 2024-cü il tarixindən sabit alimentin hər uşağ üçün 235 manat olmasını nəzərə almanızı sizdən xahiş edirəm. Qızlarıma ödənilən sabit alimentin artırılmasına və cavabdehin maaşından tutulmalıdır. Çünki, cavabdehlə heç bir əlaqəsi olmasını istəmir. Bəzən alimentin maaşdan ödənilməməsinə dair problemlər yaşayır. Bu problemlərin ən önəmlisini ipotekayla ev alarkən yaşamışdır. Buna səbəbdən bank ona ilkin ödənişi yüksək təyin edmişdir. Yaşadığı problemlərin olmamasını istəmədiyinə görə alimentin cavabdehin maaşından tutulmasını tələb edir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00473 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 02 aprel 2013cü il təvəllüdlü X8 və 11 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iki uşağa görə 470 manat miqdarında aliment tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır. Lakin 900 manat əmək haqqı alır və əmək haqqının 300 manatını kreditinə ödəyir. İddia tələbini qismən qəbul edərək alimentin, hər uşaq üçün 15,0 manat olmaqla 30 manat artırılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1576/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə X9 arasında 17 sentyabr 2011-ci il tarixdə Bakı nikah evində bağlanmış 1795 №-li akt qeydli nikahın pozulması, birgə nikahdan doğulmuş 02 aprel 2013-cü il təvəllüdlü X8 və 11 avqust 2014-cü il təvəllüdlü X1 anası X3 yanında qalması, Cavabdeh X3 xeyrinə 02 aprel 2013-cü il təvəllüdlü X8 və 11 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 may 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 364665 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahına xx.xx.2020-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında ak qeydləri kitabında xx.xx.2020-ci il tarixdə, 191 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00473 saylı barışıq sazişinə əsasən tərəflər aşağıdakı məsələlər barədə razılıq əldə etmişlər: xx.xx.2020-ci il tarixli, 2(003)-1576/2020 nömrəli qətnaməyə əsasən müəyyən edilən birgə nikahlarından doğulmuş 02 aprel 2013-cü il təvəllüdlü X8 və 11 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat miqdarında tutulan aliment məbləği artırılaraq, 400 (dörd yüz) manata qaldırılsın. Alimentin ödənilməsi 10 may 2023-cü il tarixindən başlayaraq hər ayın 10-u tarixində ödənilsin (mediator: B.Y.Yusifov). Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 02 aprel 2013-cü il təvəllüdlü X8 və 11 avqust 2014-cü il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1589/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə 165 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuşdur. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00473 saylı barışıq sazişinə əsasən Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat miqdarında tutulan aliment məbləği artırılaraq, 400 (dörd yüz) manata qaldırılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutulması barədə tərəflər aralarında barışıq sazişi bağlasalarda, hazırda cavabdehin rəsmi iş yerinin olması səbəbindən iddiaçı barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqları haqqında qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Qanunverici, uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, nəzərə alınmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-ci il tarixli qərarı). Qanunvericiliyin bu müddəasından görünür ki, alimentin müəyyən olunmuş miqdarının dəyişilməsi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə əlaqələndirilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Həmin qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay tutulan alimentin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə əsaslı deyil. Məhkəmə uşaqların mənafeyini, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Bakı xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 02 aprel 2013-cü il təvəllüdlü X4 və 11 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 220 manat, iki uşağa görə 440 manat miqdarında aliment tutulmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflər arasında alimentin tutulması ilə bağlı barışıq sazişi bağlanmışdır. Tərəflər arasında alimentlə bağlı barışıq sazişi bağladıqlarından, həmin barışıq sazişi qüvvədə olduğundan və cavabdehin həmin barışıq sazişi əsasında aliment öəmək öhdəliyi olduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AMnin 100.2-ci maddəsinə əsasən mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞB/13/2023-00473 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 02 aprel 2013-cü il təvəllüdlü X4 və 11 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 220 manat olmaqla, 440 manat sabit pul məbləğində miqdarında aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1579/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1579/2024
02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver