Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1584/2022 17.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh X2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh X2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 tərəfindən İddiaçı İB-yə vurulmuş 960.47 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 300 manat və iddiaçı tərəfindən ödənilmiş 32.61 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 1293.08 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə abonent X3 arasında xx.xx.2020-ci il tarixdə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış müqavilə əsasında İddiaçı İB X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02100 nömrəli abonent kodu verilmiş, evə təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Elster G4T markalı 12520913 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında cəmi 885.6 manat məbləğində iddiaçıya maddi zərər dəymişdir. Həmçinin həmin məbləğdən əlavə olaraq cavabdehin 74.87 manat məbləğində qalıq borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə etməmişdir. Belə ki, onların sayğacının oğurlanması səbəbindən xx.xx.2019-cu il tarixində Birliyə müraciət edərək, yaşadıqları ünvana qaz sayğacının quraşdırılmasını xahiş etmiş, Birlik 3 ay müddətində sayğacın quraşdırılacağı və bununla bağlı 110 manatın ödənilməli olduğunu bildirmişdir. 2020-ci ilin may ayından hal-hazıradək istehlak etdikləri qaza görə 540 manat ödəniş etmişlər. Bu məbləğdə ödəniş etmələrinə sübut olaraq qəbzlər vardır. Birliyin tələb etdiyi 74 manat borcunu etiraf etməklə qeyd etdi ki, həmin borcun qarşılığı olaraq bu ilin aprel ayında 80 manat ödəniş etmişlər. 2020-ci ilin may ayında qaz sayğacı quraşdırıldıqdan sonra bu ilin may ayınadək 540 manat ödəniş etməsi nəzərə alınsa, iddiada qeyd olunan məbləğ həddindən artıq şişirdirilmişdir. Hesab edir ki, bu məbləğ doğru hesablanmaqla tutulmalıdır. Bununla yanaşı isə ondan hüququ yardıma görə 300 manatın tutulmasının tələb olunması ədalətli deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyi ilə istehlakçı X3 arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 03-2837 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının yaşadığı ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan və iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətlərindən görünür ki, 1293.08 manat cavabdehin abonent hesabına borc hesablanmışdır. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsi tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, enerji resursları — texnikanın mövcud səviyyəsinə və ya inkişafına müvafiq istifadə olunan neft, neft məhsulları, qaz, elektrik, istilik, su və atom enerjiləri, bərpa olunan və digər enerji daşıyıcıları. Həmin Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə, qeyd edilənləri və cavabdeh tərəfindən etiraf edilən halları nəzərə alaraq cavabdehin izahatını sübut kimi qəbul etməklə hesab edir ki, cavabdehin qeyd etdiyi kimi 2020-ci ilin may ayından 2022-ci ilin may ayınadək yəni 730 gün üçün 540 manat cavabdeh tərəfindən ödənildiyi halda (540:730 = 0,73) 425 gün üçün (425x0,73= 310,25 ) 310.25 manat cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin qalan hissədə təmin olunması məsələsinə qiymət verərək hesab edir ki, qalan hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə müəyyən edilən hallardan başqa iddiaçı tərəfindən yaranmış borcun tam həcmdə cavabdehdən tutulması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, tələbinin əsası kimi istinat etdiyi halları sübut edə bilməmişdir. Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdehdən yaranmış borca görə 310.25 manat məbləğdə pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş 300 manat xərcin cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməklə 75 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin ödənilmiş 32.61 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 16.61 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 16 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə yaranmış borca görə 310.25 manat məbləğində pul, hüquqi yardıma görə 75 manat və ödənilmiş dövlət rüsumuna görə 16.61 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 yaranmış borca görə 310.25 manat məbləğində pul, hüquqi yardıma görə 75 manat və ödənilmiş dövlət rüsumuna görə 16.61 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada təqdim edildikdən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(003)-1584/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1584/2022
17.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver