Məhkəmə qərarları › İş №2(003)-1586/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1586/2020

27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1586/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 digər Cavabdeh2 verdiyi ona çatası 3000 manatın iş üzrə Cavabdeh2 onun xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və doğulduğu gündən orda yaşayır. Sözü güdən ünvan onun ata-baba yurdudur. Ona vəsiyyət yolu ilə keçib. Həmin ünvanın 0,0783 ha. torpaq sahəsi və 64.2 m2 ev onun mülkiyyətində olub. Uzun illərdi bu qaydada hasar qonşu olan iş üzrə Cavabdeh2 ilə heç bir narazılıq olmadan yaşamışlar. Aygün onun qardaşının qızıdır. 2018-ci ilin oktyabr ayında o həyatyanı torpaq sahəsinin bir hissəsini yaxınlıqda yaşayan Bəxtiyar adlı şəxsə satmaq qərarına gəlmişdir. Aralarında olan danışıqlara əsasən o ona məxsus 0,03 ha. torpaq sahəsinin iş üzrə cavabdeh olan Bəxtiyara 25000 manata satmışdır. Alqı-satqı Xəzər rayon ərazisində yerləşən 31 saylı notariat kontorunda baş vermişdir. Bütün olanlar da elə bundan sonra başlamışdır. Belə ki, cavabdeh Bəxtiyar ona çatası 25000 manat puun 3000 manatını iş üzrə cavabdeh olan Aygünə çatacağını deyərək onun evində ondan 3000 manatı alıb Aygünə verib. Bunu niyə belə etdiyini soruşduqda satılan həyatyanı torpaq sahəsində guya Aygünündə payının olmasını və halallıq üçün ona da nəsə verilməli olduğunu bildirmişdir. Bundan sonra o uzun illər qonşu kimi yaşadığına baxmayaraq qonşusu Bəxtiyarla söz-söhbətləri oldu. Hər dəfə pulu istədikdə onun 3000 manatının Aygündə olduğunu və mübahisənin onunla aydınlaşdırılması bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahatında bldirmişdir ki, 0,0783 ha torpaq sahəsi olub, həmin torpaq sahəsinin 0,03 ha sahəsi Bəxtiyara satmışdır, bir müddət sonra Bəxtiyar ona demişdir ki, onun qardaşı qızı Aygün satılmış torpaq sahəsində onun da payı olduğunu və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Aygündən razılaşmaq üçün ona 3000 manat verilməsini demiş və Aygünə verilməsi üçün Bəxtiyara 3000 (üç min) manat pul vermişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o 2018-ci ildə alqı-satqı müqaviləsi ilə İddiaçı 3 sot torpaq sahəsi almışdır. İddiaçı 3 sot torpaq sahəsini ona 25000 manata satmağa razlaşmışdır. Ondan torpağa aid sənəd istədiyikdə ona bir sıra onun adına rəsmiləşdirilmiş sənədlər təqdim etmişdir. Ona satılan torpaq sahəsində köməkçi hissələr var idi. Həmin hissələrin sökülməsi üçün o, iddiaçıya 1000 manat pul vermişdir. Kamil həmin köməkçi hissələri sökdürdü və ona aid torpaq sahəsində tikilməsi üçün yenidən ondan 1000 manat pul aldı. Bundan bir müddət sonra Cavabdeh2 onu evinə dəvət edərək bildirmişdir ki, onun aldığı torpaq sahəsinə onun da payı var və ona əlində olan sərəncamı təqdim etmişdir. Aygün demişditr ki, torpağı qaytarmaq üçün məhkəmə müraciət edəcəkdir. O Aygündən uzun müddət keçdiyi, nəyə görə bu günə kimi torpağı adına rəsmiləşdirməyini soruşmuş, Aygün cavab olaraq bildirmişdir ki, maddi imkanı olmadığından bu məsələ ilə məşğul ola bilməmişdir. Cavabdeh2 torpaq sahəsini neçiyə aldığını ondan soruşmuş, ona bildirmişdir ki, İddiaçı torpaq sahəsini 25000 manata satmağa razılaşmışdır. Həmin sahədə artıq tikinti işlərinə başladığından Aygünə razılaşmaq qərarına gəlmiş və o, həmin 25000 manatın 5000 manatının ona verildiyi təqdirdə bu məsələnin tamamilə bağlanacağına dair söz vermişdir. Kamil 5000 manat verilməsinə etiraz etmiş və yalnızca 3000 manat verə biləcəyinə dair razılaşmışdır. Qəsəbə nümayəndəsinin vasitəçiliyi ilə Cavabdeh2 3000 manat müqabilində razılmaşmasını bildirmişdir və o, İddiaçı razılığı ilə 3000 manatı Aygünə vermişdir. Sonra o, Cavabdeh2 ona aid qalmış torpaq sahəsinin sənədlərin düzəlməsi üçün 250 manat pul vermişdir. 2019-cu ildə İddiaçı ona demişdir ki, Aygünün torpaq sahəsinə heç bir hüququ yoxdur, əlində heç bir sənədi yoxdur və Aygünə verilmiş 3000 manatın ona qaytarılmasını ondan tələb etmişdir. Bu məsələ ilə bağlı İddiaçı ondan və Cavabdeh2 Polis Bölməsinə şikayət etdi, lakin cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, İddiaçı onun əmisidir. X1 1992-ci ildə, anası X7 2007-ci ildə vəfat etmişdir. Mübahisəli torpaq sahəsi atası və iddiaçının arasında bölünmüşdür. Atası vəfat etdikdən sonra sərəncam verilmiş və 8 sot torpaq sahəsi anasına ayrılmışdır. Cavabdeh1 mübahisəli torpaq sahəsini almaq istədiyini bildiyi zaman o onu evinə dəvət etmiş və ona satılmış torpaq sahəsinidə onun da payı olduğunu bildirərək məsələni izah edərək İddiaçı ona da aid olan torpaq sahəsini ona satğını bildirmiş və bunla bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh1 artıq torpaq sahəsində tikinti işinə başladığından razılığa gəlməsini xahiş etmişdir. Bəxtiyar İddiaçı 3 sot torpaq sahəsini ona 25000 manata satdığını, o həmin 25000 manatın 5000 manatının ona verildiyi təqdirdə bu məsələnin tamamilə bağlanacağına dair söz vermişdir. Kamil 5000 manat verilməsinə etiraz etmiş və yalnız 3000 manat verə biləcəyinə dair razılaşmışdır. Qəsəbə nümayəndəsinin xahişi ilə o, həmin məbləği qəbul etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,783 ha. torpaq sahəsinin 0,03 ha. hissəsini İddiaçı Cavabdeh1 25000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsiində S.Vurğun küçəsi 41 saylı evin ½ hissəinə İddiaçı, ½ hissəinə X3, ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə X2 mülkiyyət hüququ qeydə alınmışdır. İş materaillarında olan Bakı şəhəri Əzibəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 662 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsiində S.Vurğun küçəsi 41 saylı evin texniki pasportuna dəyişiklik edilərək, X4 məxsus olan iki yaşayış otağıdan sahəsi 18.0 kv. metr.. köməkçi sahəsən sahəsi 44.1 kv.metr., həyətyanı torpaq sahəsində tövlə. Hovuz, su quyusu, hamam, mətbəx, ayaqyolu tikilmiş 851,0 kv. Metr torpaq torpaq sahəsinə S.Vurğiun küçəsi 41 a ünvanı verilməsi Bakı şəhər Texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən xahiş edilmşdir. İş materaillarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam olaraq mülkiyyətindədir. Məhkəmə iclsında müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsiində S.Vurğun küçəsi 41 saylı evin ½ hissəinə İddiaçı, ½ hissəinə X3, ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə X2 mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsiində S.Vurğun küçəsi 41 saylı evin texniki pasportuna dəyişiklik edilərək, X4 məxsus olan tikili və 851.0 kv.m. torpaq sahəsinə 41 a ünvanı verilmişdir. ünvan 3 ünvanında yerləşən 79.1 kv.m. fərdi yaşayış evi və 0.0388 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 tam olaraq mülkiyyətindədir. Məhkəmə həmçinin müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən 0,783 ha. torpaq sahəsinin 0,03 ha. hissəsini İddiaçı Cavabdeh1 25000 manata satmışdır. Eyni zamanda məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsini Cavabdeh1 25000 manata satmaq barədə qarşılıqlı razılıq əldə edilmişdir. Alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 25000 manat pul İddiaçı ödənilmiş, sonuncu həmin puldan satılan torpaq sahəsinidə Cavabdeh2 da payı olduğundan 3000 manatının ona verilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin hallarından da göründüyü kimi İddiaçı Məmməddqulu oğlu tərəfindən tərəfindən Cavabdeh1 vasitəsilə Cavabdeh2 verilən 3000 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən satılmış torpaq sahəsində Cavabdeh2 payı olması səbəbindən və buna görə onun məhkəmədə iddia qaldırmaması üçün tərəflər arasında razılaşdırılmış pul vəsaiti kimi ödənilmişdir. Bundan başqa məhkəmə tərəflər arasında borc müqaviləsinin bağlanması və ya cavabdeh tərəfindən qeyd edilən 3000 manatın qaytarılması ilə bağlı hər hansı bir öhdəlik götürülməsi halı aşkar edilməmişdir. İddiaçının iddia etdiyi 3000 manat isə iddiaçının razılığı ilə Cavabdeh2 verildiyi tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə sübuta yetirilmişdir. Görünüyü kimi iddiaçı tərəfindən Cavabdeh2 digər Cavabdeh1 vasitəsi ilə ödənilmiş olan pul məbləği borc və ya başqa öhdəliklərin icrası edilməsi məqsəi ilə verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh1 digər Cavabdeh2 verdiyi ona çatası 3000 manatın iş üzrə Cavabdeh2 onun xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 digər Cavabdeh2 verdiyi ona çatası 3000 manatın iş üzrə Cavabdeh2 onun xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar