Məhkəmə qərarları › İş №2(003)-1592/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1592/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1592/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, X5katibliyi, İddiaçı»Bank Olmayan Kredit Təşkilatı İdeal kredit» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsivə ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsivə ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC-i ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh X10 36 ay müddətinə qaytarmaq şərti ilə illik 30 faiz dərəcəsi ilə 100000 (bir yüz min) manat və Cavabdeh1, zamini Cavabdeh3 və zamini Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 24 ay müddətinə qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 03.04.2019-cu il tarixli və Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində Azərbaycan Respublikası, Bakı şəhəri, Həsən Əliyev küçəsi 34, (1 saylı ASAN Kommunal 1-ci mərtəbə) bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi, ipoteka qoyan Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr No **********27-11301, Qeydiyyat Ne **********, Seriya RX 0510941) 16.10.2014-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən bağ evini və 03.07.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış 07/527-2019 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi İpoteka qoyan Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr Ne 00301 1000292-05101-093024. Qeydiyyat No **********, Seriya RX 0004458) 19.06.2012-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 8-ü 03.07.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi çıxış edən X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evini və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8B-2 ünvanında yerləşən 14 nömrəli mənzili açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. ünvan 1 ünvanında yerləşən bağ evi ipoteka ilə yüklü edilərkən qiymətləndirilmişdir. "xxxx" MMC-nin PR/F-14-108 saylı 24.02.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən əmlakın bazar dəyəri 280000 (iki yüz səksən min ) manat və Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8B-2 ünvanında yerləşən 14 nömrəli mənzil tərəflərin razılığı ilə 40000 (qırx min) manat qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir, tərəflər də əmlakın ilkin satış qiyməti olaraq bununla razılaşmışlar. Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən 90826,87 manat, faiz borcu üzrə 51200,97 manat, cərimə borcu üzrə 93949,53 manat, borcun cəmi məbləği 235977,37 manat və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və zamini Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli 07/527- 2019 nömrəli kredit müqaviləsinə əsasən 37446,14 manat, faiz borcu üzrə 18610,33 manat, cərimə borcu üzrə 63018,19 manat, borcun cəmi məbləği 119074,66 manat ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2 ədəd bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun tutulması; "Tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan 280000 (iki yüz səksən min) manat qiymətləndirilən ünvan 2 ünvanında yerləşən bağ evinə yönəldilməsi və Cavabdeh2 mülkiyyətində olan 40000 (qırx min) manat qiymətləndirilən Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yerləşən yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən bağ evinin və ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilin hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin bağ evindən və mənzildən qeydiyyatda olan və digər şəxslərin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən ondan 90826,87 manat əsas, faiz borcu üzrə 51200,97 manat, cərimə borcu üzrə 93949,53 manat, cəmi məbləği 235977,37 manat borcun Cavabdeh1, 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən 37446,14 manat əsas, faiz borcu üzrə 18610,33 manat, cərimə borcu üzrə 63018,19 manat, cəmi 119074,66 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2 ədəd bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması, "Tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan 280000 (iki yüz səksən min) manat qiymətləndirilən ünvan 2 ünvanında yerləşən bağ evinə yönəldilməsi və Cavabdeh2 mülkiyyətində olan 40000 (qırx min) manat qiymətləndirilən Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8- 2 ünvanında 14 nömrəli mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yerləşən yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən bağ evinin və ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilin hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin bağ evindən və mənzildən qeydiyyatda olan və digər şəxslərin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçınin nümayəndəsi X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətəndə o, iddiaçı BOKT "xxxx" MMC-i ilə 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 36 ay müddətinə qaytarmaq şərti ilə illik 30 faiz dərəcəsi ilə 100000 (bir yüz min) manat məbləğində pul götürmüşdür. Həmin müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 03.04.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, eyni zamanda iddiaçı BOKT "xxxx" MMC-i ilə 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona 24 ay müddətinə qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində pul götürmüş və öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, həmçinn həmin müqavilə üzrə Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Əlavə olaraq, o, qeyd etdi ki, Cavabdeh2 və Cavabdeh3 onun arvadıdır. Maddi çətinlik səbəbindən borcun ödənilməsində çətinlik çəkir. Amma kredit müqaviləsinə görə tələb edilən əsas borc, faiz borcu və cərimə həddən artıq şişirdilmişdir. Belə ki, o müəyyən vaxtlarda və müəyyən məbləğlərdə ödənişlər etmişdir. Ona görə də iddia tələbini qəbul etmir və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbiqismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdeh X10 36 ay müddətinə qaytarmaq şərti ilə illik 30 faiz dərəcəsi ilə 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsi üzrə 03.04.2019-cu il tarixdən 02.07.2022-ci il tarixədək hər ay 4246 manat (sonuncu ay 4200 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh3 və borclu Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 saylı əsas kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: ünvan 3 ünvanında yerləşən bağ evidir. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənverilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin PR/F-14-108 saylı 24.02.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evi ipoteka ilə yüklü edilərkən qiymətləndirilmiş, həmin əmlakın bazar dəyəri 280000 (iki yüz səksən min) manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2019cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdeh X10 24 ay müddətinə qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03.07.2019-cu il tarixli 07/527-2019 saylı zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh3 zaminliyi ilə təmin edilmiş və o, kredit təşkilatı qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.07.2019-cu il tarixli 07/527-2019 saylı zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və o, kredit təşkilatı qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış 03.07.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu Cavabdeh1 arasında bağlanmış 03.07.2019-cu il tarixli 07/527-2019 saylı əsas kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8B-2, mənzil 14-dür. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənverilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İş materiallarında olan X14 tərəfindən yazılmış və Bakı şəhəri 7 saylı notariat ofisində təsdiqlənmiş ərizənin surətindən görünür ki, onun Cavabdeh2 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin Bank olmayan Kredit Təşkilatı İdeal kreditə ipotekaya qoyulmasına etirazı yoxdur. İpotekanın şərtləri ilə — tanışdır. Mənzilə ödəniş yönəldiyi halda, öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəkdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən yazılmış və Bakı şəhəri 7 saylı notariat ofisində təsdiqlənmiş 02.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, onun Cavabdeh2 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin Bank olmayan Kredit Təşkilatı İdeal kreditə ipotekaya qoyulmasına etirazı yoxdur. İpotekanın şərtləri ilə — tanışdır. Mənzilə ödəniş yönəldiyi halda, öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəkdir. İş materiallarında olan X8 tərəfindən yazılmış və Bakı şəhəri 7 saylı notariat ofisində təsdiqlənmiş 02.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, onun Cavabdeh2 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin Bank olmayan Kredit Təşkilatı İdeal kreditə ipotekaya qoyulmasına etirazı yoxdur. İpotekanın şərtləri ilə — tanışdır. Mənzilə ödəniş yönəldiyi halda, öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəkdir. İş materiallarında olan X4 tərəfindən yazılmış və Bakı şəhəri 7 saylı notariat ofisində təsdiqlənmiş 02.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, onun Cavabdeh2 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin Bank olmayan Kredit Təşkilatı İdeal kreditə ipotekaya qoyulmasına etirazı yoxdur. İpotekanın şərtləri ilə — tanışdır. Mənzilə ödəniş yönəldiyi halda, öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəkdir. İş materiallarında olan X1 tərəfindən yazılmış və Bakı şəhəri 7 saylı notariat ofisində təsdiqlənmiş 02.07.2019-cu il tarixli ərizənin surətindən görünür ki, onun Cavabdeh2 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin Bank olmayan Kredit Təşkilatı İdeal kreditə ipotekaya qoyulmasına etirazı yoxdur. İpotekanın şərtləri ilə — tanışdır. Mənzilə ödəniş yönəldiyi halda, öhdəsinə götürür ki, mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəkdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsi üzrə 03.07.2019-cu il tarixdən 02.07.2021-ci il tarixədək hər ay 2196 manat (sonuncu ay 2183 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 03.07.2019-cu il tarixli arayışıç surətindən görünür ki, ünvan 5 ünvanında Cavabdeh3, X4, X14, X12, X15, X8, X13, X1 qeydiyyatdadırlar. İş materiallarında olan 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 03.04.2019-cu il tarixə kredit öhdəliyi üzrə 90826,87 manat əsas borc, 51200,97 manat faiz borcu, 93949,53 manat carimə borcu olmaqla cəmi 235977,37 manat borcu vardır. Həmçinin Cavabdeh1 03.07.2019-cu il tarixə kredit öhdəliyi üzrə 37446,14 manat əsas borc, 18610,33 manat faiz borcu, 63018,19 manat carimə borcu olmaqla, cəmi 119074,66 manat borcu vardır. İş materiallarında olan DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin "xxxx" MMC-yə ünvanladığı 02.10.2020-ci il tarixli **********23 saylı məktubun surətindən aydın olur ki, kredit təşkilatının ********** saylı, 25.09.2020-ci il tarixli elektron müraciətinə əsasən ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinin "xxxx" MMC-yə ünvanladığı 02.10.2020-ci il tarixli **********24 saylı məktubun surətindən aydın olur ki, kredit təşkilatının ********** saylı, 25.09.2020-ci il tarixli elektron müraciətinə əsasən ünvan 7 ünvanında yerləşən bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2 ədəd bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 62 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan MAPS arayışında görünür ki, Cavabdeh2 Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8B-2, mənzil 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan MAPS arayışında görünür ki, Cavabdeh3 Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8B-2, mənzil 14 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq digər cavabdehlər Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən bağ evi və Cavabdeh2 məxsus olan ünvan 8 ünvanı ipoteka ilə yüklü etmişdir. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi cavabdehlər arasında ipoteka müqaviləsi bağlanılmışdır. Eyni zamanda, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kredit təşkilatı ilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia qeyd edilən hissələrdə təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, cavabdehlərdən faiz borcunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı onunla Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435- 2019 nömrəli kredit müqaviləsinə əsasən 90826,87 manat əsas borc, 51200,97 manat faiz borcu, 93949,53 manat cərimə borcu olmaqla, cəmi 235977,37 manat məbləğində borcun və iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və zamini Cavabdeh2 arasında bağlanmış 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən 37446,14 manat əsas borc, 18610,33 manat faiz borcu, 63018,19 manat cərimə borcu olmaqla, cəmi 119074,66 manat məbləğində borcun tutulmasını tələb edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1592/2021 saylı, 03 may 2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/3751 saylı, 10.08.2021-ci il tarixli rəyindən görünür ki, 03 aprel 2019-cu İl tarixli 04/435-2019 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03 aprel 2019-cu il tarixli 04/435-2019 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 01.03.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) BOKT "xxxx" MMC-yə olan borcu 128849,62 AZN məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 90826,87 manat və faiz borcu isə 38022,75 manat məbləğində təşkil edir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 20.04.2021-ci il tarixdə 2000,00 AZN məbləğində ödəniş edilmişdir. 2000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh1 01.03.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) BOKT "xxxx" MMC-yə 126849,62 AZN (128849,62- 2000,00) məbləğində borcu qalacaqdır Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 90826,87 manat və faiz borcu isə 36022,75 məbləğində təşkil edir. Həmin ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, 03 iyul 2019-cu il tarixli 07/527-2019 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03 iyul 2019-cu il tarixli 07/527-2019 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 01.03.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) BOKT "xxxx" MMC-yə 51026,15 manat məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 37446,14 manat və faiz borcu isə 13580,01 manat məbləğində təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərəkhesabedirki, ekspertrəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi ilə 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsi üzrə müəyyən edilən faiz borcu üzrə 15178,22 manat (51200,97-36022,75=15178,22) məbləğində fərq də nəzərə alınaraq, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən 36.022,75 manat məbləğində faiz borc tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspert rəyi ilə 03 iyul 2019-cu il tarixli 07/527- 2019 saylı kredit müqaviləsi üzrə isə müəyyən edilən faiz borcu üzrə 5.030,32 manat (18.610,33-13.580,01) məbləğində fərq də nəzərə alınaraq, qeyd edilən hissədə qismən təmin edilərək, cavabdehdən 13.580,01 manat manat məbləğində faiz borc tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia faiz borclarının cavabdehdən tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 03 aprel 2019-cu İl tarixli 04/435-2019 saylı kredit müqaviləsi üzrə yaranmış 36.022,75 manat məbləğində faiz borcu və 03 iyul 2019-cu il tarixli 07/527-2019 saylı kredit müqaviləsi üzrə yaranmış 13.580,01 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın penyanın ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən penya əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış 93949,53 manat cərimə borcunu (dəbbə pulunu) tənasübsüz surətdə yüksək sayır və onun miqdarının 1500 manat məbləğində, 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış 63018,19 manat cəriməni (dəbbə pulunu) isə 1000 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh3 Və Cavabdeh2 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsi üzrə iddiaçı BOKT "xxxx" MMC olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından bununla da iddiaçı qarşısında olan Cavabdeh1 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərinə götürmüşdür. Buna görə də Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, cavabdehlər Cavabdeh3 və Cavabdeh2, digər Cavabdeh1la birlikdə 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsi üzrə iş üzrə iddiaçı BOKT "xxxx" MMC qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaklara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklar yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaklara yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1592/2021 saylı, 03 may 2021-ci il tarixli qərardadı əsasında təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının həvalə olunduğu "X11" MMC-nin 29.06.2021-ci il tarixli, QXM/08M saylı rəyindən aydın olur ki, ünvan 3 ünvanında yerləşən bağ evinin bazar dəyərinə uyğun qiymətləndirilmiş likvid dəyəri 255000 (iki yüz əlli beş min) manat təşkil edir. Həmçinin bildirilmişdir ki, digər əmlak ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilə baxış keçirilməsinə şərait yaradılmadığı üçün qiymətləndirmə mümkün olmamışdır. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə heab edir ki, ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzilə baxış keçirilməsinə şərait yaradılmadığı üçün qiymətləndirmə mümkün olmadğndan və tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmeti olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzil 40000 (qırx min) manat dəyərində qiymətləndirilən həmin mənzilin dəyəri 40.000 (qirx min) manat götürülməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materilları ilə ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 14 nömrəli mənzil üzrə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında 40.000 (qirx min) manat dəyərində müəyyən edilməsi və həmin mənzilin müstəqil qiymətləndirici tərəfindən mənzilə baxış keçirilməsinə cavabdeh tərəfindən şəraitin yaradılmaması səbəbindən qiymətləndirilməsinin mümkün olmadığı müəyyən olunur. Belə olan halda məhkəmə tərəflər arasında fərdi yaşayış evinin ilkin satış qiyməti barədə razılıq olmamasını, qiymətləndirmə aparmış "X11" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun tərəfindən aparılmış qiymətləndirməni ünvan 3 ünvanında yerləşən bağ evinin ilkin satış qiyməti olaraq qəbul edilməsini mümkün hesab edir. Bu baxımdan ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməli olduğundan və bağ evinin real bazar dəyəri 255000 manat olduğundan bağ evi real bazar dəyəri ilə satışa çıxarılmalıdır. Həmçinin tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmeti olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzil 40000 (qırx min) manat dəyərində qiymətləndirildiyindən və məhkəmə tərəfindən təyin edilmiş qiymətləndiricinin həmin əmlakı qiymətləndirməsi üçün cavabdeh tərəfindən şərait yaradılmadığından, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzilin 40000 manata satışa çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 aprel 2019-cu İl tarixli 04/435- 2019 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə ipotekaya qoyulmuş ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti 255000,0 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Kredit borcu ödənildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, 03 iyul 2019-cu il tarixli 07/527-2019 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə ipotekaya qoyulmuş ipoteka predmeti olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzililin ilkin satış qiyməti məhkəmə tərəfindən 40000,0 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə eyni zamanda, iddia tələbinin bağ evinə və mənzilə tutma yönəldikdən və onlar satıldıqdan sonra həmin bağ evindən və mənzildən qeydiyyatda olan və digər şəxslərin çıxarılmasına”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən bağ evi və mənzil ipoteka müqavilələri üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqlarından, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mübahisəli bağ evi və mənzil mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, habelə cavabdehlər ipoteka müqaviləsi bağlanarkən həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqlarından, iddia qeyd edilən hissədə də qismən təmin edilməklə, müvafiq olaraq Cavabdeh3və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən bağ evindən, Cavabdeh2 Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzildən çıxarılmalıdır. İddia tələbinin bağ evindən və mənzilindən qeydiyyatda olan və digər şəxslərin çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində konkret olaraq qeyd olunan bağ evində və mənzildə qeydiyyatda olan və digər şəxslər qeyd edilməklə cavabdehlərin dairəsi müəyyən edilməmiş, qeyri-müəyyən şəxslərin evdən çıxarılması qeyd edilmişdir ki, bu halda həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Məhkəmə iddianın “ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehlərdən ümumi ümumi qaydada tutulması”na dair hissəsində iddiaçının dəlillərini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələb qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, 15 manat isə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına görə ödənilmiş 62 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində olan hissəsi cavabdehlərdən müştərək qaydada və 50,0 manat məbləğində olan hissəsi isə iddiaçıdan alınaraq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir. İşə əlavə edilmiş "X11" MMC-nin məktubundan aydın olur ki, qiymətləndirmə işinin dəyəri 1000 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 500,0 manat məbləğində olan hissəsi cavabdehlərdən müştərək qaydada və 500,0 manat məbləğində olan hissəsi isə iddiaçıdan alınaraq "X11" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən tərəflərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Həmin Məcəlləni 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qatnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 03.07.2019cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 37446,14 manat, faiz borcu üzrə 13580,33 manat, cərimə borcu üzrə 1000,0 manat olmaqla, ümumilikdə 52026,47 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Tutma ipoteka ilə yülü edilməş və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2, 14 nömrəli mənzilə yönəldilsin. Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzil ilkin satış qiyməti 40000 (qırx min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunan pul vəsaiti "xxxx" MMC-yə olan borcun qaytarılmasına ödənilsin. Borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan ünvan 9 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılsın. Cavabdeh1 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90826,87 manat, faiz borcu üzrə 36.022,22 manat, cərimə borcu üzrə 1500 manat, olmaqla, ümumilikdə 128.349,62 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş вə Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən bağ evinə yюnəldilsin. İpoteka predmeti olan ünvan 2 ünvanında yerləşən bağ evi ilkin satış qiyməti 255000 (iki yüz əlli beş min) manat olmaqla açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti "xxxx" MMC-yə olan borcun qaytarılmasına ödənilsin. Borc məbləği ödənildikdən sonra qalan pul vəsaiti Cavabdeh3 qaytarılsın. İpoteka predmeti olan olan ünvan 2 ünvanında yerləşən bağ evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh1 və X16 həmin mənzildən çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində olan hissəsi cavabdehlərdən müştərək qaydada və 50,0 manat məbləğində olan hissəsi isə iddiaçıdan alınaraq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 500,0 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada və 500,0 manat məbləğində pul isə iddiaçı "xxxx" MMC-dən alınaraq "X11" MMC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddianın təmin olunmuş hisəsinə uyğun olaraq 15,0 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin, qalan 15,0 manat isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar