Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1597/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehlərin nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə və evin istifadəsinə yaradılan hər hansı maneənin aradan qaldırılması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvand yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 69.1 kv.m icarəsində olan bağ evinin cavabdehlər tərəfindən istifadəsinə yaradılmış manelərin aradan qaldırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, həmin bağ sahəsi və bağ evinə sərbəst daxil olmasına, gələcəkdə cavabdehlər tərəfindən həmin bağ sahəsi və bağ evinin istifadəsində olarkən hər hansı maneənin törədilməsinə görə cavabdehlərin üzərinə öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evin istifadəsinə yaradılan hər hansı maneənin aradan qaldırılması barədə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 508A №-li bağ sahəsi və üzərindəki tikililər keçmiş X2 və İstismarı Birliyi ilə bağlanılmış 25272 №-li 26 oktyabr 1993-cü il tarixli müqavilə ilə mənə icarəyə verilmişdir. 18 yanvar 2008-ci il tarixdə cavabdeh Rəna Əsgərova ilə bağlanılmış nikahları pozulmuş, bundan sonra o, Qazaxstan Respublikasına çalışmağa getmişdir, bununla bağlı 2008-ci ildən başlayaraq ona Qazaxstan Respublikasının Almatı şəhəri Məşğulluq və Sosial Proqramlar İdarəsi tərəfindən xarici işçi qüvvəsinin Qazaxstan Respublikasına cəlb edilməsinə dair icazə verilmişdir. Qeyd etdiyi X2 və İstismarı Birliyi ilə bağlanılmış müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 508A №-li bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 69,1 kv.m. olan bağ evi 30 dekabr 2016-cı il tarixdə adıma dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı adıma Seriya RX ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Lakin cavabdehlər həmin bağ sahəsi və bağ evi ilə istifadəmə maneçelik törətmiş, ümumiyyətlə bağa onu buraxmamışdırlar. Bununla bağlı onların cavabdehlər ilə məhkəmə mübahisələri olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə onun Cavabdeh2 qarşı bağ sahəsi və bağ evindən çıxarılmasına dair iddia ərizəsi təmin edilməmiş, eyni zamanda qarşılıqlı iddia üzrə Cavabdeh2 və Cavabdeh1 ona qarşı həmin bağın daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətim təmin edilməmiş, Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2018ci il tarixli qətnaməsi ona qarşı olan qarşılıqlı iddia üzrə hissəsində ləğv edilmiş, ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində olan bağ evi üzrə mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və həmin qeyd əsasında adına verilmiş çıxarış etibarsız hesab edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayətim təmin edilməmişdir. Bundan sonra da cavabdehlər icarədar olan bağ sahə və bağ evimin istifadəsində maneçelik törətmiş, ümumiyyətlə onu bağa buraxmamışdırlar. Bu problemi aradan qaldırmaq üçün cavabdehlərlə aparılan söhbətlərdə heç bir nəticə baş verməmişdir. Cavabdehlərin bu cür hərəkətləri faktiki sahibi və mülkiyyətimdə olan bağımdan istifadə etməkdən məni məhrum etmişdirlər. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X3 ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 69.1 kv.m olan bağ evinə iddiaçınn köçürülməsi və həmin bağ sahəsi və bağ evinin istifadəsinə yaradılan hər hansı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdehlərin nümayəndəsi və vəkili X6 iddia tələbini etiraf etməyərək, izahatında bildirmişdir ki, tərəflər əvvəllər bir ailə olmuşlar, hazırda ayrılmışlar. Onların birgə yaşamaları mümkün deyildir. Hazırda evdə cavabdehlər yaşamaqdadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli 2(003)-29/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı bağ sahəsi və bağ evindən çıxarılmaya dair ilkin iddia ərizəsi eləcədə, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 29.08.2018-ci il tarixli 2(103)- 7733/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.02.2018-ci il tarixli 2(003)-29/2018 saylı qətnaməsi ləğv edilməklə ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 69.1 kv.m olan bağ evi üzrə İddiaçı mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.03.2019-cu il tarixli 2(102)-1519/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 29.08.2018-ci il tarixli 2(103)-7733/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda-həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 26.10.1993-cü il tarixli 25272 saylı müqaviləyə əsasən Mərdəkan qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 508 A saylı bağ sahəsi, sahəsi 34.3 kv.m olan 2 otaqdan ibarət bina və yardımçı binalar İddiaçı, onun ailə üzvləri Cavabdeh2 və Cavabdeh1 icarəsinə verilmiş, müqavilənin 9-cu bəndinə əsasən icarədarla birlikdə bağdan istifadə edən, sərbəst əmək haqqı olan ailə üzvlərinin hamısı bu müqavilə ilə əlaqədar icarədarın bütün öhdəlikləri ilə bağlı idarə qarşısında həmrəylik məsuliyyəti daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh2 və Cavabdeh1 müqavilənin bağlandığı 1993-cü il tarixdən hal-hazıradək mübahisəli bağ sahəsindən istifadə edirlər. Göründüyü kimi, İddiaçı mübahisəli evin əsas icarədarıdır və o, mübahisəli evlə əlaqəsini kəsməmişdir. Belə ki, tərəflər arasındakı münasibətdən irəli gələn əsaslar nəticəsində onun mübahisəli evdə daimi olaraq yaşamaq imkanı olmamışdır. Cavabdeh2 onun gəlini, Cavabdeh1 isə Ədalət Əhmədovun oğludur-ailə üzvləridirlər. Məhkəmə hesab edir ki, İddiaçı müvəqqəti olaraq mübahisəli evdə yaşamaması nəticəsində o, mübahisəli evdən yaşayış sahəsinə olan hüquqlarından məhrum olmadığından, onun iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 69.1 kv.m olan bağ evinə köçürülməli, onun evdə yaşamasına (istifadə etməsinə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrə qadağa qoyulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 69.1 kv.m olan bağ evinə köçürülsün və onun evdə yaşamasına (istifadə etməsinə) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maneələrə qadağa qoyulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1597/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1597/2021
29.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver