Məhkəmə qərarları › İş №2(003)-1608/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1608/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1608/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 033R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 17446.04 ABŞ Dolları məbləğində kredit borcu, 14394.24 ABŞ Dolları məbləğində faiz borcu və 26959.51 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 58799 (əlli səkkiz min yeddi yüz doxsan doqquz) ABŞ Dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evinə (1.1 m2 tikintialtı sahədən ibarət daş hasar) yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracda satılması və ümumilikdə cəmi 58799 (əlli səkkiz min yeddi yüz doxsan doqquz) ABŞ Dolları 79 (yetmiş doqquz) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənılmış 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ümumi müştərək qaydada tutulması, Cavabdeh8 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümums sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh8, X4 və Cavabdeh1 Əmar oğlunun istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.02.2014-cü il tarixli 33L000000112 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 «AccessBank” QSC ilə bağladığı 05.12.2014-cü il tarixli 033R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.03.2015-ci il tarixli 933R**********8 saylı, 04.03.2016-cı il tarixli 033R**********SA saylı, 29.04.2016-cı il tarix 033R**********SB saylı, 25.10.2016-cı il tarixli 033R**********SC saylı və 26.10.2016-cı il tarixli 033R**********SD saylı razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.08.2017-ct il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7553.96 ABŞ Dolları ödəmiş, onun 17446.04 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu va faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.10.2020-ci il tarixə 1158 gün üçün hesablanmış faiz borcu 14394.24 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.3-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 66 məbləğində cərimə ödəməlidir. 05.10.2020-ci il tarixə 1158 gün üçün hesablanmış cərimə 26959.51 ABŞ Dollan təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin saə yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit mabləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan Cavabdeh1 və Bank arasında bağlanılmış 20.11.2014-cü il tarixli 033M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhərinin notariusu Əli A.Hüseynov tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evi (Literl:1.dəmir darvaza, Literll1: 1.1 m? tikintialtı sahıdın ibarət daş hasar) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər saylı Ərazi İdarəsi tərəfindən 278 reyestr kitabının 25857 vərəqində qeydiyyata alınmış RX ******* saylı çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evi (Literl:1.dəmir darvaza: Literll : 1.1 m2 tikintialtı sahıdın ibarət daş hasar) Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı X4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evi (Literl:1.dəmir darvaza, Literli: 1.1 m2 tikintialtı sahıdın ibarət daş hasar) İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. Daha sonra Cavabdeh1 ilə Cavabdeh8 arasında bağlanmış 18.02.2016-cı il tarixli ******* saylı alğı-satqı müqaviləsi müqaviləsi əsasında Cavabdeh1 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, olan 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evini Cavabdeh8 satmış və həmin əmlak sonuncun adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər saylı Ərazi İdarəsi tərəfindən 278 reyestr kitabının 25857 vərəqində qeydiyyata alınmış RX ******* saylı çıxarışla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2ci döngədə, xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evinin yüklülüyünə dair əlavə qeydiyyat aparılmışdır. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X6 iddia tələbini qismən qəbul etməklə izahatında iddia tələbinin əsas borca dair hissəsində iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilmiş məbləğlə razı olduğunu bildirmiş, lakin tələb olunan faiz borcunun azadılmasını və cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 28.02.2014-cü il tarixli 33L000000112 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh1 120 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit xəttinin açılması haqqında bağlanmışdır. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 05.12.2014-cü il tarixli 033R********** saylı kredit razılaşmasından görünür ki, həmin müqavilə bank məbləği 25000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 36 ay müddətinə kredit alana verilməsi, kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmagı öz öhdəsinə götürməsi haqqında bağlanmışır. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 12.03.2015-ci il tarixli 033R**********S kredit razılaşmasından görünür ki, bank ilə kredit alan arasında 28.02.2014-cü il tarixli 33L000000112 saylı uzunmüddətli kredit razılaşmasının ayrılmaz hissəsi olan 05.12.2014-cü il tarixli ödəniş planına dəyişiklik barədə razılaşma olmuş və razılaşma üzrə yeni ödəniş planı üzrə ödənişlərin ödənilməsini barədə kredit alan tərəfindən üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 04.03.2016-cı il tarixli 033R**********SA kredit razılaşmasından görünür ki, bank ilə kredit alan arasında 28.02.2014-cü il tarixli 33L000000112 saylı kredit xətti müqaviləsi üzrə 05.12.2014-cü il tarixdə bağlanmış 033R********** kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləği 04.03.2016-cı il tarixdən aylıq 1,6667%, 22.08.2017-ci il tarixdən 0% dərəcəsi ilə faizlər hesablanır. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 29.04.2016-cı il tarixli 033R**********SB kredit razılaşmasından görünür ki, bank ilə kredit alan arasında 28.02.2014-cü il tarixli 33L000000112 saylı uzunmüddətli kredit razılaşmasının ayrılmaz hissəsi olan 05.12.2014-cü il tarixli ödəniş planına dəyişiklik barədə razılaşma olmuş və razılaşma üzrə yeni ödəniş planı üzrə ödənişlərin ödənilməsini barədə kredit alan tərəfindən üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 25.10.2016-cl il tarixli 033R**********S kredit razılaşmasından görünür ki, bank ilə kredit alan arasında 28.02.2014-cü il tarixli 33L000000112 saylı uzunmüddətli kredit razılaşmasının ayrılmaz hissəsi olan 05.12.2014-cü il tarixli ödəniş planına dəyişiklik barədə razılaşma olmuş və razılaşma üzrə yeni ödəniş planı üzrə ödənişlərin ödənilməsini barədə kredit alan tərəfindən üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan kredit alan Cavabdeh1 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 26.10.2016-cl il tarixli 033R**********S kredit razılaşmasından görünür ki, bank ilə kredit alan arasında 28.02.2014-cü il tarixli 33L000000112 saylı uzunmüddətli kredit razılaşmasının ayrılmaz hissəsi olan 05.12.2014-cü il tarixli ödəniş planına dəyişiklik barədə razılaşma olmuş və razılaşma üzrə yeni ödəniş planı üzrə ödənişlərin ödənilməsini barədə kredit alan tərəfindən üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan zamin Cavabdeh6 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 28.02.2014-cü il tarixli 33S000000225 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan zamin Cavabdeh4 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 28.02.2014-cü il tarixli 33S000000233 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan zamin Cavabdeh5 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 28.02.2014-cü il tarixli 33S000000233 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan zamin Cavabdeh3 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 05.12.2014-cü il tarixli 033S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan zamin Cavabdeh7 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 25.10.2016-cı il tarixli 033S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan zamin Cavabdeh2 ilə İddiaçı QSC-nin Maştağa filialı arasında bağlanmış 25.10.2016-cı il tarixli 033S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməsi və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC-nin Maştağa filialı ilə ipoteka verən Cavabdeh1 arasında 20.11.2014-cü il tarixdə bağlanmış 033M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Bankla Cavabdeh1 arasında bağlanmış 28.02.2014-cü il tarixli 33L000000112 saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 55,5 m2 yardımçı, 50,9 m2 yaşayış, 106,4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 22 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 033R********** saylı 05.12.2014-cü il tarixli kredit razılaşması üzrə 05.10.2020ci il tarixə 17446,04 ABŞ dolları əsas, 14394,24 ABŞ dolları faiz, 26959,51 ABŞ dolları cərimə borcu, cəmi 58799,79 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan 03.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 033R********** saylı 05.12.2014-ci il tarixli kredit razılaşması üzrə 02.11.2018ci il tarixə 17446,04 ABŞ dolları əsas, 6558,54 ABŞ dolları faiz, 10308,65 ABŞ dolları cərimə borcu, cəmi 34313,23 ABŞ dolları borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, ev 22 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur və İddiaçı QSC-nin Maştağa filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh8 arasında bağlanmış 18.02.2016-cı il tarixli ******* saylı alğı-satqı müqaviləsi müqaviləsindən görünür ki, Cavabdeh1 onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngədə, olan 0.03 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 55.5 m2 yardımçı, 50.9 m2 yaşayış, 106.4 m2 ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı, 22 nömrəli fərdi yaşayış evini Cavabdeh8 satmış və həmin əmlak sonuncun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, ev 22 tam mülkiyyət hüququ üzrə Cavabdeh8 məxsusdur. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh7 borcunun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 26.01.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 borcunun ödənilməsinə dair xəbərdarlıq edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 saylı evə yönəldilməsi proseduruna başlayacağı bildirilmişdir. İş materiallarında olan 01.02.2021-ci il tarixli 2640 nömrəli ərizədən görünür ki, bank DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 evə tutmanın yönəldilməsi haqqında bildirişinin qeydə alınmasını xahiş etmiş, tutmanın yönəldilməsinə dair bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəindən 03.02.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan ərizələrin surətindən görünür ki, cavabdeh X4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 evin İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razı olduqlarını, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu qeyrişərtsiz tək edəcəklərini öhdələrinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 25.05.2021-ci il tarixli 9/3306 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 05.12.2014-cü il tarixli 033R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 02.11.2018-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 23945,75 ABŞ dolları məbləğində müəyyən edilir, əsas borc 17446,04 ABŞ dolları, 6499,71 ABŞ dolları təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 30.05.2021-ci il tarixli 12 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 evin bazar qiyməti 80.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, Cavabdeh1 tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Cavabdeh1 05.12.2014-cü il tarixli 033R********** saylı müqavilə üzrə 17446,04 ABŞ dolları əsas, 6499,71 ABŞ dolları faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilələr üzrə hesablanmış dəbbə tənasübsüz yüksək olduğundan cavabdehdən 05.12.2014-cü il tarixli 033R********** saylı kredit müqaviləsi üzrə 3500 ABŞ dolları dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddianın ipoteka ilə yüklü edilmiş Cavabdeh8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 evə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra yaşayış hüququ olmaqla qeydiyyatda olan Cavabdeh8, Cavabdeh1 və X2 istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin hesabatı (rəyi) əsasında 80.000 manat manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 05.12.2014-cü il tarixli 033R********** saylı müqavilə üzrə 17446,04 ABŞ dolları əsas 6499,71 ABŞ dolları faiz borcu, 3500 ABŞ dolları cərimə alınaraq İddiaçı QSC-yə ödənilməli, tələb ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 saylı evə yönəldilməli və ilkin satış qiyməti 80.000 manat olmaqla açıq hərracdan satılmalı, həmin əmlaka tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdehlər tərəfindən müvafiq olaraq onlara aid olan ipoteka ilə yüklü edilmiş yaşayış sahələri 1 (bir) ay ərzində tərk edilmədikdə həmin sahələrdən çıxarılmalı, ipoteka predmetlərinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu ödənilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin ümumi qaydada tutulması hissəsinə qiymət verərək qeyd edir ki, göstərilənlər qətnamənin icrası zamanı həll edilməli məsələ olduğundan, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi mənzilin boşaldılması və alıcıya təhvil verilməsi hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə görə isə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi qanunda və tərəflər arasındakı müqavilələrin şərtlərində bankın belə bir hüququ təsbit edilməmişdir ki, kredit öhdəlikləri icra edilmədikdə o, ipoteka predmeti olan mənzilin boşaldılması və boşaldılmış vəziyyətlə ipoteka saxlayana verilməsi predmetli iddia ilə çıxış edə bilsin. Hazırda iddiaçı subyektiv huquqa malik olmadığından iddianın “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi mənzilin boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi qanuni və əsaslı hesab edilə bilməz. “İpoteka haqqında” Qanunun qeyd edilən müddəasının mənasına görə bu halda bank yalnız ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarının təmin edilməsi predmetli iddia qaldıra bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı kimi bank həm də cavabdehlərin və mənzildə qeydiyyatda olan digər şəxslərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi predmetli iddia qaldırmaq hüququnun subyekti də deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də “İpoteka haqqında” Qanunda bankın cavabdehlərə və mənzildə qeydiyyatda olan digər şəxslərə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi predmetli iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda həmin tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olunduğundan məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 033R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 17446.04 ABŞ Dolları məbləğində kredit borcu, 6499,71 ABŞ Dolları məbləğində faiz borcu və 3500 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 27445,75 (iyirmi yeddi min dörd yüz qırx beş) ABŞ Dolları 75 (yetmiş beş) sent ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, həmçinin iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı QSC-yə ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 saylı evə yönəldilsin və ilkin satış qiyməti 80.000 (səksən min) manat olmaqla açıq hərracdan satılsın. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, 2-ci döngə, 22 saylı ev tutma yönəldildikdə o, satıldıqdan sonra, cavabdehlər Cavabdeh8, Cavabdeh1 və X4 tərəfindən 1 (bir) ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılsınlar. İpoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar