Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1612/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə və X6(üçüncü şəxs X20) qarşı əmlakdan sahiblik və istifadəyə yaradılan maeələrin aradan qaldırılıması barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi (10a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m. torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 tələbkar kimi ona olan 63000 (altmış üç min) manat borcu ilə əlaqədar 52 saylı notariat kontorunun 25.01.2018-ci il tarixli icra qeydinə əsasən Xəzər rayon İcra və Probasiya Şöbəsində 29.01.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra tərbirlərinə başlanmışdır. Lakin indiyə kimi icra sənədinin icrası təmin edilməmişdir. 2019-cu ildə cavabdeh “xxxx KB” ASC-nin tələbi ilə bağlı eyni borcluya X13 qarşı eyni icra şöbəsində - Xəzər rayon İcra və Probasiya Şöbəsində icraata başlamaq haqqında qəbul edilmiş və qısa müddətdə həmin icra sənədi icra edilmişdir. Ondan illər sonra cavabdehin icra işinin başlamasına baxmayaraq onun icra sənədi dərhal icra edilmişdir. Belə ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evi tələbkara olan kredit borcuna görə hərrac vasitəsilə tələbkar “xxxx KB” ASC-yə verilmiş və həmin evə bankın adına çıxarış verilmişdir. Beləliklə, onun icra sənədi eyni borcluya qarşı eyni icra şöbəsində illərlə qalmış, ondan bir ildən artıq müddət sonra başqa tələbkarın eyni borclu ilə bağlı icra sənədi dərhal icra edilib başa çatdırılmışdır. Buna görə o həmin icra şöbəsinin rəhbərliyinə və aidiyyəti nazirliyə, aidiyyəti qurumlara çoxsaylı şikayətlər etmişdir. Lakin nəticə olmamış, onun tələbi ilə bağlı icra sənədinin icrası hələ də təmin olunmamışdır. Yuxarıda qeyd etdiyi şikayətləri davam edərkən borclu X20 evinin bir hissəsinin borca görə “xxxx KB” ASC-yə verdiyini, yəni çıxarışın ehtiva etdiyi hissəni onlara təhvil verdiyini, evin yanında ona məxsus əlavə 7,5 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin sənədləşməsini başa çatdıraraq borcunun əvəzində ona verəcəyini vəd etmiş, ya torpağı, ya da onun satışından əldə edilən vəsaitlə ona olan borcunu ödəyəcəyini bildirmişdir. E.Əliyev cavabdeh bankın da bütün olanlardan xəbərdar olduğunu, bankla da bu məsələni razılaşdırdığını bəyan etmişdir. Odur ki, səy göstərib həmin torpaq sahəsini satmalı olduğunu, satış zamanı beh alıb torpaq sahəsinin sənədləşdirilməsini təmin edəcəyini bildirir, eləcə də həmin torpağı ondan başqa heç kəsin sənədləşdirmək, həmçinin mülkiyyət sənədi almaq imkanının olmadığını bəyan edir, bu barədə sadəcə özünün ixtiyarlı olduğunu ifadə edərək təsdiqedici sənədlər göstərirdi. Belə ki, E.Əliyevin nümayış etdirdiyi sənədlərdə icra sənədlərində özünə aid və cavabdeh banka aid sənədlərdə evin hərraca çıxarılmasına dair sənədlər və çıxarışlarda, habelə texniki sənədlərdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi döngə 2-də istifadədə olan 0 02165 hs torpaq sahəsəndə yerləşən 1 mərtəbəli 3 otaqlı, 54 kvm yaşayış qeyri-yaşayış 743 kv/m köməkçi sahədən ibarət 10a nömrə fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə özünə məxsus olduğunu, öz adına daşınmaz əmlakın dövlət reyestnndə 46 nömrəli reyesir kitabının 4182 nömrəli vərəqində qeydiyyata alındığını reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi 28.03.2007-ci il olan çıxarışın ona verildiyini bildirmişdir Həmin çıxarış üzrə ona məxsus olan daşınmaz əmlakı “xxxx KB ASC-yə girov qoyduğunu, ipoteka borcuna görə həmin əmlak icra qaydasında hərrac vasitəsilə "xxxx KB" ASC-nin mulkiyyətinə keçdiyini, AR ƏMDK yanında DƏDRX-in Bakr şəhər Ərazı İdarəsi tərəfindən “xxxx KB” ASC-yə verilmiş ********** qeydiyyat nömrə çıxarışda da eyni həcmdə əmlak, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də istifadədə olan 0,02185 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 54 kv/m yaşayış, qeyriyaşayış, 74.3 kv/m köməkçı sahədən ibarət 10a nömrəli fərdi yaşayış evi qeyd edilmişdir. Yalnız çıxarışın ehtiva etdiyi əmlakı banka girov qoyduğunu reyestrdə qeydiyyata alınmamış əmlakın onsuzda ipoteka qoyulmasının mümkun olmadığını, hərraca da məhz çıxarışda qeyd olunan əmlakın çıxdığını, digər əmlakın hərracla satılmasının mümkün olmadığını, bununla da cavabdeh bankın həmin çıxarışa daxil edilməyən ona məxsus əlavə torpaq sahəsi və yardımçı tikiliyə heç bir hüququnun olmadığını, bu huququ sonradan da əldə etməsinə hüquqi imkanı olmadığını bəyan etmişdir. Odur ki, çıxarışını ehtiva etmədiyi torpaq sahəsi və yardımçı tikililərə yalnız önün özünün mülkiyyət sənədi almağa ixtiyarlı olduğunu bildırmiş və bankın da bundan agah olduğunu vurğulamışdır. Lakın sənədləşməsi özü tərəfindən aparılmalı olan əmlak və “xxxx KB” ASC adına qeydiyyata alınmış əmlak hasarlanmış ümumi ərazidə yerləşdiyindən ayrı-ayrı satışa çıxarılması qiymətin bir qədər aşağı düşməsinə səbəb ola biləcəyindən, nəticədə onun borcunun ödənilmiş hissəsi azalacağından, o, cavabdeh bankla və onunla razılaşaraq bütünlüklə hasarlanmış ərazini və evi ümumilikdə satış üçün təklif edilməsində maraqlı olduğunu qeyd etmişdir. Beləliklə, E.Əliyev sözügedən ünvanda 10a nömrəli fərdi yaşayış evi və yanındakı əlavə olaraq ona məxsus torpaq sahəsinin ayrı şəxslərə aid olsa da birlikdə, ümumilikdə satışa çıxarılmasını daha məqsədəuyğun olduğunu, satışdan əldə edilən vəsaitin isə borclu olduğu iki tələbkar — o və “xxxx KB” ASC çatacağını, 50000 manat banka, 40-50 min manat vəsaitin (ərazinin evlə birlikdə 90-100 min manata satışını təxmin edirdi, pandemiya və karantin relfimindən əvvəl ona 110 min manatdan yuxarı məbləğlər təklif edildiyini bildirirdi) ona çatacağını bildirmişdir. O buna etiraz etmədiyini demişdi. Buzovna qəsəbəsində torpaq sahəsinin 100 kv.m qiymətinin 10000 manat civarında olduğu hər kəsə məlumdur. Lakin xeyli müddət keçdikdən sonra Eldar Əliyevdən bir xəbər çıxmadığını görəndə narahat olmağa başladı və ona iradlarını bildirdi. O, satışla bağlı müxtəlif müştərilərlə davamlı danışıqlar apardığını qeyd edir ancaq hələ ki, yekun nəticə olmadığını söyləyirdi. O belə olan halda torpağı ona təhvil ver və imkan yarat özü satsın dedi. Əgər sata bilməsə də borcun müvafiq hissəsi əvəzində torpağı elə özü götürə bilər, sənədləşməni isə əlbətdə sən həli etməlisən, bu sənin ixtiyarındadır dedi. Bu mövzuda müzakirələr nəticəsində onlar qarşılıqlı razılaşma əldə etdilər və 16.10.2020-ci il tarixində “borcun ödənilməsinin tənzimlənməsi barədə” müqavilə bağladılar. Müqavilə bağlanan vaxt — 16.10.2020-ci il tarixində səhər vaxtı onlar, ünvan 2 ünvanına gəldik, yerindəcə şəxsən Eldar Əliyev ona təhvil verəcəyi 0,04 ha torpaq sahəsinin sərhədlərini bilavasitə müəyyənləşdirdi, göstərdi, 400 kv.m mişar daşları ilə mərzlənmişdi, o borc məbləği çox olduğu üçün daha artıq sahə verməli olduğunu xatırlatdı, O, artıq ölçüb ayırdığı 0,04 ha torpaq sahəsini ona təklifində israr etdi və onlar razılaşdılar. Həmin vaxt orada o, Əliyev Eldar, onun arvadı Məlahət Əliyeva, vəkil X12, qonşu və əmlak vasitəçiləri də iştirak edirdi. Beləliklə orada onlar müqaviləni imzaladıq, dərhal da müqaviləyə əsasən sözügedən 0,04 ha torpaq sahəsi və üzərindəki kiçik yardımçı tikili ona təhvil verildi və buna dair akt imzalandı. E.Əliyev ona təhvil verdiyi 400 kv.m sahədən əlavə ərazidə banka aid olmayan 250 kv.m-dən artıq sahə olduğunu və bu sahədən özü bildiyi kimi istifadə edəcəyini və üzərində sərəncam verəcəyini bildirirdi. 2021-ci ilin fevral ayının sonlarında E.Əliyevin arvadı Məlahət Əliyeva ona bildirdi ki, cavadbeh bank onların əşyaları və onun qızının əşyalarını evdən çıxarıb küçəyə atıb (E.Əliyev ailəsi ilə onlar əvvəllər quda olmuşuq, ona görə qızımın cehiz əşyaları onların evində qalmışdı, qızı ilə onun oğlunun nikahı 2020-ci ildə pozulub), qonşu Gülağa kişinin heyifi gəlib, qar-yağışın altından əşyaları götürüb öz evinə yığdırıb, deyəsən bank ərazini satmaq istəyir və heç kimi qapıdan içəri buraxmır. O bir neçə nəfərlə birlikdə oraya getdi və həqiqətən onları oraya buraxmadılar. Həmin vaxtadək onlar oraya istədikləri vaxt maneəsiz gedib gəlirdik. Nazim adlı şəxs qapıda dayanıb, buraya onu nəzarətçi təyin etdiklərini bildirir və heç kəs içəri daxil ola bilməz deyirdi. Biz onunla mübahisə etdilər, sonra iki şəxs də gəldi, onlarla da mübahisə etdilər, sənədləri təqdim etdik, baxdılar, lakin onlar da bildirdilər ki, bura bankındır, bu sahəyə artıq heç kim buraxılmayacaq, əgər etirazınız varsa məhkəməyə müraciət edə bilərsiniz. Mübahisələri bir nəticə vermədi. Buna görə də mən məhkəməyə müraciət etməyə məcbur oldum. Beləliklə hazırda cavabdeh bank mübahisə predmeti olan torpaq sahəsinə qanuna zidd olaraq özbaşınalıqla sahiblik edir və ondan istifadə edir, hətda üzərində sərəncam verəcəyini bəyan edir. E.Əliyev bəyan etmişdir ki, cavabdeh bank ona faizlərlə birlikdə 50000 manat borc hesablamışdı, lakin 50000 manat borcun əvəzində ipoteka qoyduğu 10a nömrəli evdən başqa bank indi ona məxsus olmaqla onun sahibliyiə verdiyi 40-50 min manat dəyərində əmlakı da zəbt edərək qanunsuzluqla əlavə 40-50 min manatlıq əmlak ələ keçirmək niyyətindədir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh “xxxx KB” ASC tərəfindən təqdim edilən 20 may 2021-ci il tarixindəki məhkəmə iclasında tədqiqi zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən 10a nömrəli fərdi yaşayış evinin satılmasına dair “xxxx” KB ASC ilə X9 arasında 15.01.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Bunla da onlara aşkar olunmuşdur ki, həmin sahədə bank nümayəndəlirindən başqa olna şəxslər kimlərdir, onlar haməsı bank nümayəndələri hesab edirik. Onları sahiblikdən məhrum edən, həmin sahəyə buraxmayan şəxslər arasında Bank nümayəndələrindən başqa Nizaməddin adlı şəxs və onun yaxınları da var idi. İndi məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə cavabdeh bank və X9 tərəfindən qanunsuz olaraq sahiblik edilir, onlar tərəfindən qanuni və faktiki sahib olan onun və üçüncü şəxsin sahiblik hüquqları pozulur. Onlar həmin sahəyə yaxınlaşanda qapıları bağlayan və zorakılıqla onları sahəyə buraxmayanlar cavabdeh bankla birlikdə X9 və onun nümayəndəsi, yaxınları və qohumları olmuşdur. Onlar əlbir olaraq onların sahiblik və istifadə hüquqlarını qadağan edilmiş özbaşınalıqla, zorakılıqla pozmuşlar, onları sahiblikdən özbaşına məhrum etmişlər. Odur ki, X9 da cavabdeh kimi işə cəlb olunmalı və qanunsuz əməllərə son qoyulması ondan da tələb olunmalıdır. Cavabdehlərin hər ikisi əlbir hərəkət edərək onların əlindən sahəni alaraq evlə birlikdə onu satmaq və külli miqdarda qazanc əldə etmək niyyətindədirlər. X3 ona və cavabdeh banka borcu olmuşdur. O, Banka borcunu ödəyə bilmədiyinə görə ona məxsus girov qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evi (128,3 kv.m. ümumi sahə, 0,01634 ha torpaq sahəsi olmaqla) hərrac vasitəsilə cavabdeh bankın mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evi ümumi sahəsi 128,3 kv.m. olan tikililərdən ibarətdir, evin qabağında 0,075 ha torpaq sahəsi də evlə birlikdə uzun illərdir ki, X2 və istifadəsində olmuş, onun ata-baba evi və torpağı olmuşdur. E.Əliyev həmin torpaq sahəsini banka verməmişdir, bank da bu sahənin ona aid olmadığını bilmişdir. Ona olan 63000 (altmış üç min) manat borcunu da ödəyə bilməyən borclu (hazırki iş üzrə üçüncü şəxs) E.Əliyev yeganə sahib olduğu əmlak — həmin evin qabağındakı 0,075 ha torpaq sahəsinin 0.04 hektar hissəsini onun sahibliyinə və istifadəsinə vermiş, daha sonra da mülkiyyət sənədlərini düzəltdikdən sonra satılıb əldə edilən vəsaitin ona olan borcundan çıxılacağını, yaxud sahə münasib qiymətə satılmazsa borc məbləğinin müqabilində torpaq sahəsinin özünün mülkiyyətini onun adına rəsmiləşdirəcəyini öhdəsinə götürmüşdür. Bu şəkildə aralarında razılaşma olmuş və bu razılaşmanın təsdiqi kimi aralarında 16.10.2020-ci il tarixli “borcun ödənilməsinin tənzimlənməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin imzalanması tarixindən həmin sahə ona təhvil verilmişdir, sahə onun faktiki sahibliyində olmuşdur. E.Əliyev ona olan borcuna bütünlüklə xitam verilməsi üçün təkçə 0,04 ha (4 sot) deyil qalan sahəni də (7,5 sot) ona verəcəyini bəyan etmişdir, lakin 16.10.2020-ci il tarixli müqavilədə və təhvil-təslim aktında 0,04 ha və üzərindəki yardımçı tikili qeyd olunduğundan o həmin əmlakın sahibliyinə qaytarılmasını tələb edir. E.Əliyev zəbt edilmiş digər sahələr üçün ayrıca iddia qaldıracağını bəyan etmişdir. Beləliklə 16.10.2020-ci il tarixindən etibarən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin qabağında yerləşən 0,04 ha (4 sot) torpaq sahəsi və üzərindəki yardımçı tikili mənim qanuni olaraq faktiki sahibliyimdə və istifadəmdə olmuşdur. Həmin tarixdən evin qabağındakı ümumi torpaq sahəsinə E.Əliyev və mən birlikdə sahiblik etmişik, istifadə etmişik, istədiyimiz zaman getmişik, gəlmişik, satışla bağlı təklif olanda alıcılarla sahəyə getmişlər, baxmışlar, müxtəlif əmlak vastəçiləri ilə dəfələrlə sahədə olmuşuq, əmlakın satılması ilə bağlı danışıqlar, müzakirələr aparmışıq. O bu zaman ərzində düşünmüş ki, əgər münasib qiymətə satış mümkün olmazsa o zaman borcun əvəzində torpaq sahəsini adına rəsmiləşdriməklə əldə edər, necə ki E.Əliyevlə razılaşmışıq. E.Əliyev də sənədləşmə işini başa çatdırar və adına mülkiyyət sənədi hazırlanar, həmin torpaq sahəsini dəyəri həcmində də E.Əliyevin borcuna xitam verilər. Bu məzmunda tərəflər arasında tam razılıq və qarşılıqlı anlaşma olmuşdur. Lakin qəflətən, gözlənilmədən, 2021-ci ilin fevral ayının sonunda, cavabdehlərin özbaşınalıqla ərazidəki onların əşyaları bayıra atdıqları və qapılar: bağlayaraq heç kimi sahəyə buraxmadıqları məlum olmuşdur. Bundan sonra onlar dəfələrlə sahəyə getsələr də, cavabdehlər onların qarşısını kəsmiş onları içəri buraxmayacaqlarını, lazım gəlsə zor işlədəcəklərini bəyan etmişlər. Bununla da cavabdehlər onun və üçüncü şəxs E.Əliyevin ünvan 4 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin qabağındakı torpaq sahəsi və üzərindəki yardımçı tikiliyə olan sahiblik hüquqları qadağan edilmiş özbaşınalıqla pozulmuşlar. Cavabdehlər sözün həqiqi mənasında sözügedən torpaq sahəsini zorakılıqla zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinə dair qüsuslarını təsdiq edən heç bir sənəd yoxdur. Cavabdehlərin təqdim etdikləri bütün sənədlərdə mülkiyyət sənədlərində, ipoteka girov və hərracla bağlı sənədlərdə məhkəmə sənədlərində notarial qaydada bağlanan daşınmaz əmlakın alqı-satqısı müsaviləsi və ona əlavə edilən sənədlərdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda 128 3 kv.m ümumi sahə 0,01634 ha torpaq sahəsindən ibarət Xəzər rayonu Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsi döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayı evi qeyd olunub ümumi sahəsi 128,3 kv.m olan torpaq sahəsi 0,01634 ha. olan daşınmaz əmlak xaricində olan əmlaka cavabdehlərin heç bir hüquq yoxdur. Qalan sahəni — ümumilikdə 0,075 ha torpaq sahəsi və üzərindəki yardımçı tikililəri cavabdehlər zorakılıqla zəbt etmişlər. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin (128,3 kv.m. ümumi sahə, 0,01634 ha torpaq sahəsi olmaqla) qabağındakı torpaq sahəsinə yalnız torpağın və üzərindəki tikilinin qanuni sahibi və istifadəçisi olmuş, ilkin sənədlərə sahib olan X11 mülkiyyətinin qeydə alınma hüquqi imkanı mövcuddur, başqa şəxslərin belə bir hüququ yoxdur. Cavabdehlərin bu hüququ yoxdur. İddiaçı ilə üçüncü şəxs X17 məhz bunu nəzərdə tutaraq “borcun ödənilməsinin tənzimlənməsi barədə” müqavilə bağlamış, həmin müqaviləyə əsasən əmluk iddiaçıya təhvil verilmiş, onun sahiblik və istifadəsinə verilmiş, faktiki sahib İddiaçı olmuş, E.Əliyev həmin əmlaka dair hüquqi sənədlər, mülkiyyət sənədləri hazırlanmasını öz öhdəsinə götürmüşdür. E. Əliyev cavabdehlərin onu aldadaraq və zorakılıqla əmlakını zəbt etdiyini və əmlak hüquqlarını pozduğunu bəyan edir, həmçinin iddiaçının əmlak hüquqlarının pozulduğunu və iddia predmeti üzərində iddiaçının hüquqlarını təsdiq edir. Beləliklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2 ünvanda yerləşən 10a nömrəli fərdi yaşayış evinin (128,3 kv.m. ümumi sahə, 0.01634 ha torpaq sahəsi olmaqla) qabağındakı 0,04 ha torpaq sahəsi və üzərindəki kiçik yardımçı tikilinin qanuni sahibi və istifadəçisi İddiaçıdır faktiki sahib odur əvvəllki faktiki sahib E.Əliyev olmuşdur cavabdehlərin həmin əmlakdan istifadə etməsi ona sahiblik etməsi habelə onun üzərində sərəncam verməsinin heç bir qüquqi əsası yoxdur və ola da bilməz. Cavabdehlər zorakılıqla iddiaçını həmin əmlaka sahiblikdən məhrum etmişlər. Qeyd edilənlərə əsasən qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasına son qoyulması, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi (həmin ünvanda 10a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m. torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmənin 09.06.2021-ci il tarixli iclasında İddiaçı nümayəndəsi və vəkili X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edlməsini xahiş etdi. Həmçinin bildirdi ki, torpaq sahəsinə dair hər hansı bir sənədi yoxdur. Mübahisəli ərazi zəbt edilmişdir. Məhkəmənin 09.06.2021-ci il tarixli iclasında cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X14 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 09.06.2021-ci il tarixli iclasında cavabdeh X9 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, hazırkı mübahisəli ev onun mülkiyyətindədir. Həmin ev bankdan 50000 manata almışdır. Tərəfindən hər hansı torpaq sahəsi zəbt olunmamışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan 28.03.2007-ci il tarixli, seriya MH ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3-də istifadədə olan 0,02185 ha. torpaq sahəsində yerləşən 10 a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 4182 nömrəli vərəqədə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli 2(003)-2247/2017 nömrəli qətnaməsindən görünür ki, X15 və X7 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsinda bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsinə görə əsas Kredit borcu üzrə 23044.79 ABŞ dolları, faiz borcu üzrə 6075,27 ABŞ dolları, cərimə borcu üzrə 105,12 ABŞ dolları, cəmi 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutulması, tələbin ipoteka predmeti olan X11 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə yönəldilsin. Bu əmlakın hərracda satılması və onun satışından əldə olunmu pul vəsaiti hesabına cavabdeh X18 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsi üzrə 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X24, X20, X10 və X19 çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçılar X18, X16, və X5 qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” KB ASC-yə qarşil : “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi, X15 ekspertiza tədqiqatının dəyəri hesabına 70 manat tutularaq, X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTR£E******************** hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticləri haqqında yekun Y-130 nömrəli Protokolun surətindən görünür ki, ünvan 1 saylı ev “xxxx” KB ASC tərəfindən alınmışdır. İş materiallarında olan seriya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 30.10.2019-cu il çıxarışın surətindən görünür ki, ünvan 3 ev 10 a “xxxx” KB ASC-nin mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan 15.01.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, “xxxx” KB ASC mülkiyyətində olan ünvan 3, 10 a saylı fərdi yaşayış evi X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 01.02.2021-ci il çıxarışın surətindən görünür ki, ünvan 3 ev 10 a X4 mülkiyyət hüququ qeydə alınmışdır. Həmçinin çıxarışda daşınmaz əmlakın ümumi sahəsinin 102,3 m2 olduğu, torpaq saəhisinin dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Mülki işin materiallarında göründüyü kimi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.11.2017-ci il tarixli 2(003)-2247/2017 nömrəli qətnaməsi ilə X15 və X7 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsinda bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 23044.79 ABŞ dolları, faiz borcu üzrə 6075,27 ABŞ dolları, cərimə borcu üzrə 105,12 ABŞ dolları, cəmi 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutulması, tələbin ipoteka predmeti olan X11 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə yönəldilsin. Bu əmlakın hərracda satılması və onun satışından əldə olunmu pul vəsaiti hesabına cavabdeh X18 21.10.2014-cü il tarixli UM-31/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.10.2014-cü il tarixli 85/14 saylı əlavə kredit müqaviləsi üzrə 29225,18 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, İpoteka predmetinin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, döngə 2-də yerləşən 10A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X24, X20, X10 və X19 çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçılar X18, X16, və X5 qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” KB ASC-yə qarşil : “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qət edilmişdir. Məhkəmə həmçinin müəyyən edti ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticləri haqqında yekun Y-130 nömrəli Protokola əsasən ünvan 1 saylı ev “xxxx” KB ASC tərəfindən alınmış və əmlaka “xxxx” KB ASC-nin mülkiyyət hüququ qeydə alınmış, 15.01.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” KB ASC mülkiyyətində olan ünvan 3, 10 a saylı fərdi yaşayış evi X1 və sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Çıxarışa əsasən mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyət hesab olunur. İşdən göründüyü kimi X11 mübahisələndirilən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmamış və onun torpaq sahəsi üzərində sərəncam vermək hüququ olmadan İddiaçı torpaq sahəsi ilə bağlı hər hansı hüquqların ötürülməsi ilə bağlı müqavilə bağlaması qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məhkəmə həmçinin qeyd edir ki, X20 ilə İddiaçı arasında daşınmaz əmlaka dair bağlanmış əqd notarial qaydada təsdiq olunmadınından iddiaçının mübahisəli torpaq sahəsi üzrəndə hüquqları əmələ gəlməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə (həmin ünvanda 10 a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə dair hüququ dövlət reyestrində qeydə alınmamışdir. Hazırkı halda isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Yuxarıda qeyd oluduğu kimi məhkəmə araşdırması zamanı müəyyən edilmiş hal olaraq mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu aşkar edilmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə müraciət etmək hüquq İddiaçı yox, dövlətin müstəsna səlahiyyətindədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi topraq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər “xxxx” KB ASC-yə və X6 qarşı qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasına son qoyulması, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi (həmin ünvanda 10a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m. torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər “xxxx” KB ASC-yə və X6 qarşı qadağan edilmiş özbaşınalıq yolu ilə sahibliyin pozulmasına son qoyulması, ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi (həmin ünvanda 10a nömrəli fərdi yaşayış evinin də yerləşdiyi ətrafı hasarlanmış olan ərazidə mişar daşları ilə işarələnib ayrılmış 400 kv.m. torpaq sahəsi) və üzərindəki yardımçı tikiliyə sahiblik və istifadəyə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1612/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1612/2021
10.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver