Məhkəmə qərarları › İş №2(003)-1616/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1616/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1616/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Adıgözəl oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Adıgözəl oğluna qarşı borc tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət edərək, Cavabdeh Adıgözəl oğlundan onun xeyrinə 45000 ABŞ dolları və 13600 manatın, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahişetmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Adıgözəl oğlu ilə münasibətləri yaxşı olmuşdur. Cavabdeh Binə ticarət mərkəzinin sahibi Kəbirə xanımın Şıxov qəsəbəsində yerləşən evində təmir işləri aparmışdır. Elvinlə görüş zamanı söhbət əsnasında ona bildirmişdir ki, işlədiyi evə tikinti materialları, avadanlıqlar və s. alınmalıdır. Həmin əşyaların nağd qiyməti kreditə münasibətdə daha ucuz olur. Buna görə də, ona təklif etmişdir ki, həmin material və avadanlıqların nağd pula alınması üçün ona pul versin və o, həmin malları ucuz alacağı təqdirdə əldə edəcəyi gəlirin yarı hissəsini ona verəcəkdir. O, Elvinə inandığı üçün ilkin olaraq ona 2019-cu ilin aprel ayında 3000 manat borca pul vermişdir. Elvin həmin puldan 3000 manat əldə etdiyi gəlirdən ona 1500 manat pul verdi, lakin əsas borcdan ödəniş etməmişdir. Elvinin 3000 manat pula görə 1500 manat gəlir verdiyini görüb ona əlavə olaraq 10000 ABŞ dolları məbləğində borc pul vermişdir. Elvin həmin puldan əldə etdiyi gəlirdən ona ilkin olaraq 2000 manat pul vermiş və əlavə olaraq verəcəyini bildirmişdir. Lakin əsas borcdan ödəniş etməmişdir. Sonradan Elvin ondan hissə-hissə olmaqla borc almışdır. Elvin ümumilikdə ondan ilkin olaraq 3000 manat pul almış və onun əvəzində ona 3500 manat pul qaytarmışdır. Sonradan isə 45000 ABŞ dolları və 13600 manat (həmin dövrə manatın məzənnəsi ilə 8000 ABŞ dolları) borc pul almışdır. O, bir neçə dəfə Kəbirənin evinə getmiş və Elvin həyətdən çölə çıxaraq ondan pulları almışdır. Lakin Elvin sonradan ona nə əldə etdiyi gəlirdən verməmiş, nə də ki, borca aldığı 53000 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Hər dəfə pulu tələb etdikdə pulu qaytaracağını demişdir. Sonuncu dəfə isə pulu qaytaracağını demiş, lakin bazar yandığına görə 1-2 ay vaxt istəmişdir. Buna baxmayaraq aldığı pulu bu günədək ona qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, pullar cavabdehə borc verilmişdir faizə deyil. Məhkəmə iclasında Cavabdeh Adıgözəl oğlu iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçıdan 45 000 ABŞ dolları və 13600 manat almış, həmin məbləğləri qaytarmamışdır. Lakin iddiaçıya ümumiyyətlə tərəfindən 130000 ABŞ dolları faiz ödənilmişdir. Hazırda isə iddiaçı ondan yenə də pul tələb edir. Odur ki, verdiyi puldan 45000 ABŞ dollarını və 13600 manatı çıxdıqdan sonra artıq qalanının ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib vəiş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinyət işinin başlanılması rədd edilmişdir. Qərarın surətindən həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh Adıgözəl oğlu bildirmişdir ki, İbrahimlə dostluq münasibəti olmuş, təxnminən bir il yarım əvvəl ona 3000 manat pul lazım olduqda İbrahimdən 3000 manat pulu 15 faizlə borca almış, bir müddət sonra Elvin İbrahimə 3000 manat pulu və pulun faizini qaytarmışdır. Yəni, İbrahimdən müxtəlif vaxtlarda ümumilikdə 53000 ABŞ dollar pulu 15 faizlə birlikdə qaytarmış, İbrahimə ümumilikdə 120 000 ABŞ dolları pul qaytarmış və hal-hazırda İbrahimə borcu yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda özünün məhkəmə iclasında veridyi yazılı və şifahi izahatları ilə müəyyən edildi ki, cavabdeh iddiaçıdan aldığı 45000 ABŞ dolları və 13600 manatı ona qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsitərəflərinrazılaşmasıiləşifahivəyayazılıformadabağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsiyazılıformadabağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2018-ci ildə iddiaçı tərəfindən cavabdehə sonuncunun işlər görməsi məqsədilə 45000 ABŞ dolları və 13600 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanılmamış, şifahi qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2018-ci il tarixdə şifahi qaydada bağlanmış 45000 ABŞ dolları və 13600 manat pul pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə xx.xx.2017-ci il tarixli qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 45000 ABŞ dolları və 13600 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfin özünün yazılı və şifahi izahatları həmin məbləğlərin sonuncuya verilməsini təsdiq təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən 45000 ABŞ dolları və 13600 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Adıgözəl oğlundan verilmiş borca görə 45000 ABŞ dolları və 13600 manat və iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Adıgözəl oğlundan verilmiş borca görə 45000 (qırx beş min) ABŞ dolları ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası Manatı ilə, 13600 (on üç min) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar