Məhkəmə qərarları › İş №2(003)-1619/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1619/2022

12.10.2022 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1619/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh ASG Helicopter Service” MMC-yə qarşı aylıq müqavinət ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ASG Helicopter Service” MMC-dən ona mərhum əri Rafiq Əhməd oğlunun ölümü nəticəsində zərər çəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən ömürlük müavinətin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xəzər X11 Dalğıc və Qəza-xilasetmə işləri idarəsinin 2 nönrəli sahəsinin 6cı dərəcəli dalğıcı işləmiş mərhum əri X9, 12 iyul 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X12 tərəfindən təhqiqat aparılmış və nəticədə Rafiq Nəhmədovun vəfatı ilə əlaqədar "xxxx" MMC tərəfindən işçinin arvadı kimi ona “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı, pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərin çərçivəsində müvafiq ödənişlər edilmişdir. Bu baxımdan, tərəflər arasında mübahisəli hüquq münasibəti yarandığı zaman tətbiq edilməli olan maddi hüquq norması qismində Əmək Məcəlləsinin 225-ci və 239-cu maddələri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında “ 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə nizamlanmışdır. 12 iyul 2009-cu ildə baş vermiş qəza nəticəsində əri X4 ölümü ilə əlaqədar ona zərərçəkmiş şəxs kimi xx.xx.2009-cu il tarixdən 1574,96 manat, xx.xx.2016cı il tarixdən isə həmin məbləğ indeksasiya edilərək, 2260,43 manat aylıq ödənişlər təyin olunmuşdur. Ödənişlər xx.xx.1994-cü iltəvəllüdlü X10 xx.xx.1998-ci il təvəllüdlü X8 nəzərə alınmaqla ödənilmişdir. Artıq ödənişlər hər ikisinə 23 yaşına çatdığı üçün dayandırılmışdır. Qanunvericiliyə əsasən ona da aylıqödəniş ödənilməlidir. Lakin xx.xx.2012-ci il taruxdən ona İİ qrup əlillik təyin edilməsinə baxmayaraq öna ödənişlər ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iddianı etiraf etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştiak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında xx.xx.1993-cü il tarixli Vİ-JQ № 345805 saylı şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə həmin tarixdə Sumqayıt şəhər nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 425 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəhmədov, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli AZ-İ № 369749 saylışəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 22/649-Ç9/ASGHS/ÜR nömrəli məktubda qeyd edilmişdir ki, Barışıq razılaşması barədə ərizənizə (d/o NoM-61 xx.xx.2021) Cavabdeh MMC mütəxəssisləri tərəfindən baxılmışdır. Məlumunuz olduğu kimi, 2016-cı ildən başlayaraq əmək münasibətlərdən irəli gələn, mabahisə üzrə - ailə başcısının itirilməsi ilə əlaqədar ödənclərin ödənilməsinə dair övladlarınızın maraqlarını təmsil edərək Cavabdeh MMC qarşı iddia ərizələri ilə dəfələrlə məhkəmələrə müraciət etmisiniz. Həmin iddialar ya rədd edilmiş, ya da iş üzrə icraata xitam verilmişdir. Sonuncu dəfə Xəzər rayon və Bakı Apellyasiya məhkəmələrində xeyrinizə qəbul edilmiş qətnamələr Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv edilmiş və mülki iş yenidən baxılmaq üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılmışdır. Qeyd etmək istərdik ki, mülki iş üzrə ödənclə bağlı məsələlərdən biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1122 maddəsinin tələbləri ilə əlaqəli idi və Azərbaycan Respublikası Ali Məhkəməsinin geniş tərkibli kollegiyasında müzakirə olunmuş, hüquqi qiymət verilərək Ali Məhkəmə kollegiyasının vahid mövqeyinə tək iddia tələblərinizin həcmi hissəsində həmin məbləğdə ½ dəfə azalmışdır. Tərəfinizdən təqdim edilən bir sıra sənədlərdə uyğunsuzluq barədə, habelə Cavabdeh MMC əsl cavabdeh olmadığı Sizə bəllidir. Yazılı iradənizə əsaslanaraq müəssisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinin tələblərini nəzərə alaraq aramızda olan hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edilməsini istisna etmir. Buna görə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixə təyin edilmiş Səidə Nahmədova Cavabdeh MMC qarşı 2(103)-7794/2021 nömrəli mülki iş üzrə baxışının nəticələrini gözləmədən barışıq ərizənizdə olan təklifinizə cavab olaraq 8000 (səkkiz min) manat birdəfəlik ödənişi, habelə gələcəkdə bu mülki işlə bağlı Cavabdehnə qarşı bütün iddialardan imtina edilməsi çərçivəsində barışıq razılaşmanın bağlanması təklif olunur. Yuxarıda qeyd edilənlərlə bağlı rəy və təkliflərinizi yazılı şəkildə təqdim edilməsi xahiş olunur. İş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 14/1/613-ÇŞ/ASGHS/ÜR nömrəli etirazda qeyd edilmişdir ki, İddiaçı və "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barişiq sazişində 23 sentyabr 2021-ci il tarixli Barışıq Sazişi (bundan sonra məntdə - Saziş) Bakı şəhəri, Nizami rayonu, Şərifli küç, 24/25 ev. 1, mən.3 ünvanında yaşayan İddiaçı (şəxsiyyət vəsiqəsi AA*******) öz adından imzalanmışdır, Saziş bir sıra, o cümlədən 12 iyul 2009-cu il tarixində Mİ-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) yerli vaxtla 16:30 radələrində qəzaya uğraması nəticəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkət”nin Dalğıc Qəza xilasetmə İdarəsinin 2 nömrəli İstehsalat dalğıc sahəsinin dalğıcı X5 həlak olması nəticəsində İddiaçı hal-hazıradək dəfələrlə yazılı və “ASG Helicopter Services" MMC-də qəbulda olarkən müalicə, övladların xaricdə ali təhsil müəssisəsində oxuduqlarına və digər səbəblərə görə müxtəlif Kompensasiya məbləğinin və/və ya maddi yardım ödənilməsi ilə məsələlərin tənzimlənməsi ilə əlaqədar imzalanmışdır. Tərəflər razılaşmışdılar ki, Kompensasiya Ailə üzvlərinin 12 iyul 2009-cu il tarixində baş vermiş hadisə ilə bağlı maliyyə vəsait, müavinət və ödənc almaq bütün tələb etmək hüquq və iddialarını əhatə edir və tamamlayır, verilən Kompensasiya son və yekun məbləğdir, tərəflər razılaşmışdılar ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərini rəhbər tutaraq öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər, habelə əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız Barışıq Sazişində təsbit edilənlər etibarlı olur, Sazişə əsasən ödənilən Kompensasiya Məbləğin alınması əvəzində Ailə üzvləri ”ASG Helicopter Services” MMC tam və birdəfəlik olaraq a) Bədbəxt Hadisədən b) X5 həlak olmasından, c) Bədbəxt Hadisə nəticəsində X5 şəxsi əmlakının itirilməsindən, maddi və/və ya mənəvi ziyanın vurulmasından irəli gələn, habelə bu hadisələrdən nəticələnən və ya onlarla bağlı ”ASG Helicopter Services” MMC qarşı halhazırda olan və ya gələcəkdə yarana biləcək hər hansı iddialarından və tələblərindən, o cümlədən hal-hazırda Ailə üzvlərinə məlum olan və olmayan tələblərdən birmənalı olaraq azad edir, tərəflər razılaşmışdılar ki, Ailə üzvləri və ya onların, və ya onlardan birinin adından və ya onların, və ya onlardan birinin xeyrinə hərəkət edən hər hansı şəxs və ya qurum tərəfindən Cavabdeh MMC qarşı X5 həlak olması ilə əlaqədar vurulmuş hər hansı maddi və/və ya mənəvi ziyana, və ya zərərə görə hər hansı iddia və ya tələb irəli sürülərsə, məhkəmə işi və ya digər icraat başlanarsa, Ailə üzvləri razılaşır ki, hər hansı belə iddiadan, tələbdən və ya məhkəmə qərarından irəli gələcək xərclər, o cümlədən bununla bağlı təhqiqat, hüquqi yardım və digər ağlabatan xərclər həmin təşəbbüsü irəli sürən şəxslər və ya şəxs tərəfindən ”ASG Helicopter Services” MMC tam şəkildə ödəniləcək. Barşıq sazişi qüvədədir və "xxxx" MMC sazişlə üzrəinə düşən bütün öhdəlikləri tam həcimdə vicdanla yerinə yetirmişdir. Qeyd edilənlərə əsasən hazırkı tələblər əsassızdır və tam həcmdə rədd edilməlidir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 1121.2-ci maddəsinə əsasən işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Həmin Məcəllənin 1121.3.3-cü maddəsinə əsasən zərərin əvəzi əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük olaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarına əlavə edilmiş “X18 Services” MMC- nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 22/649-Ç9/ASGHS/ÜR nömrəli məktubunun məzmunundan da görünür ki, cavabdeh “X18 Services” MMC iddiaçıya ödənişlərin onun tərəfindən aparılmasını etiraf etmiş və bununla da, özünün hazırkı iddia tələbi üzrə cavabdehlik daşıdığını dolayısı ilə etiraf etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi hazırkı mülki iş üzrə iddiaçı xx.xx.2012-ci il tarixdə İİ qrup əlillik dərəcəsi almışdır. 12 iyul 2009-cu il tarixində Mİ-8 MTV 1 vertolyotu (milli və qeydiyyat nişanı 4K-27038) yerli vaxtla 16:30 radələrində qəzaya uğraması nəticəsində “Azərbaycan Respublikası Dövlət Neft Şirkət”nin Dalğıc Qəza xilasetmə İdarəsinin 2 nömrəli İstehsalat dalğıc sahəsinin dalğıcı X5 həlak olması nəticəsində ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi hüququna onun ailə üzvləri malik olmuş və ailə üzvləri olan uşaqlarına zərərin əvəzi ödənilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi zərərin əvəzi həmçinin hadisə nəticəsində ölmüş şəxsin uşaqlarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlər, həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı ona ömürlük müavinətin təyin edilməsi ilə bağlı iddia tələbi irəli sürməkdə haqlıdır. Eyni zamanda qanunvericiliyin tələblərindən göründüyü kimi zərərin əvəzi əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük olaraq ödənilir. Mülki işin materiallarında görünür ki, X2 xx.xx.1965-ci il tarixdə doğulmuşdur və onun zərərin əvəzinin ödənilməsi hüququ əlli beş yaşdan yəni xx.xx.2020-ci il tarixdən yaranmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərin sayından asılı olmayaraq, onun ölümündən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 2.1-ci bəndinin 3-cü abzasına əsasən istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC tərəfindən X1 mərhum əri X4 ölümü nəticəsində zərərçəkmiş şəxs qismində əlli beş yaşı tama olduğu xx.xx.2020-ci il tarixdə ömürlük müavinət ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən X1 mərhum əri X4 ölümü nəticəsində zərərçəkmiş şəxs qismində əlli beş yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə ömürlük müavinət ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar