Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1635/2020 14.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 8258 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8588 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 03/3821 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00011 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********36 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” növbəti aktlar tərtib edilmişdir: xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3078 kub metr dəyəri 307.80 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 kub metr dəyəri 66.60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 972 kub metr dəyəri 97.20 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 972 kub metr dəyəri 97.20 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 kub metr dəyəri 133.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 kub metr dəyəri 142.20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32.40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 kub metr dəyəri 32,40 manat, cəmi 1317.60 manat. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə olunmuş abonentin saldosundan göründüyü kimi cavabdeh kənar qaz istifadə etməklə İddiaçınə cəmi 8258 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalan”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 8258 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8588 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbinin müdafiə edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 8258 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8588 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, o, cəmi bir ay, 2017-ci ilin qışında sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Onun ünvanında dair tərtib olunmuş aktlar tamamilə əsassızdır. Həmin aktların əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən, iddia tələbinin yalnız bir aya hesablanmış borc hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutları araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Bakı X4 Departamenti ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» xx.xx.2017-ci il tarixdə 03/3821 saylı müqavilə bağlanmışdır. Göstərilən hallar təsdiq edir ki, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00011 sayla qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı İB tərəfindən xx.xx.2017-ci il tarixli akt üzrə 3078 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 666 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 972 kub metr, xx.xx.2018-ci il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 972 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1332 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 1422 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-cu il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr, xx.xx.2019-ci il tarixli akt üzrə 324 kub metr zərər hesablanmışdır. İşin məhkəmə iclasında baxılması zamanı, cavabdeh 2017-ci ilin qışında bir ay qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsini bildirərək, iddia tələbini yalnız həmin hissədə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bundan əlavə, işin ədalətli araşdırılması məqsədilə xx xxxx 2020-ci il tarixdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 mənzil 1A ünvanına baxış keçirilən zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma vardır. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərək, Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğunu təsdiq edilmiş hesab edir. Cavabdehin izahatından göründüyü kimi, o, 2017-ci ilin qışında bir ay təbii qazdan qeyri-qanuni istifadə etmiş və xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş akta əsasən, iddiaçı tərəfindən ona 307.80 manat məbləğində borc hesablanmışdır. Lakin hazırda İddiaçı cavabdehdən digər aktlar üzrə pul tələb etməsinə baxmayaraq, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini cavabdeh tərəfindən 2017-ci ilin qışına təsadüf edən 30 gün istisna olmaqla, təbii qazdan qeyriqanuni istifadə edilməsinə dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni 2017ci ilin qışında 30 gün istifadə etdiyi təbii qaza görə yaranmış 307.80 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 1.10 manat məbləği iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 307.80 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 1.10 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 307.80 (üç yüz yeddi manat səksən qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 1.10 (bir manat on qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1635/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1635/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver