Məhkəmə qərarları › İş №2(003)-1667/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1667/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1667/2024 04.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyəmüraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23086,26 manat əsas borc, 3308,68 manat faiz borcu və 598,18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 26993,12 manat borcun və 170,98 manat ödənilmiş dövlət rüsumunun tutulmasıbarədəqətnaməçıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh İddiaçı ASC-dən illik 16% olmaqla 36 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli 15-Y-1-0-720-22 saylı Kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli15-Y-1-0-720-22 saylı Kredit müqaviləsinə Əlavə Saziş 2-nin 1.1.1. bəndinə əsasən müqavilə üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər (xx.xx.2023-cü il tarixi daxil olmaqla) kreditin ödəniş qrafiki üzrə aylıq ödənişlərinin ancaq faiz hissələrini ödəniş etmək şərti ilə güzəşt müddəti müəyyən edilmişdir.2024-cü ilin fevralın 9-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23086.26 manat əsas borc, 3308,68 manat faiz borcu və 2392,72 manat cərimə borcu olmaqla cəmi 28787,66 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2392,72 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 598,18 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 16% olmaqla 36 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 15-Y-1-0-720-22 saylı Kredit müqaviləsinə Əlavə Saziş 1-dən görünür ki, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli15-Y-1-0-720-22 saylı Kredit müqaviləsinə Əlavə Saziş 2-nin 1.1.1. bəndindən görünür ki, müqavilə üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər (xx.xx.2023-cü il tarixi daxil olmaqla) kreditin ödəniş qrafiki üzrə aylıq ödənişlərinin ancaq faiz hissələrini ödəniş etmək şərti ilə güzəşt müddəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 5 gün müddətində borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək xəbərdarlıq məktubu göndərilmiş və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edildi ki, kredit alan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuş, onun xx.xx.2024-cü il tarixinə yuxarıda göstərilən maliyyə arayışında qeyd edilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Hazırda İddiaçı ASC cavabdehdən cəmi 26993,12manat borcun tutulması xahiş edir. Məhkəmə bankın təqdim etdiyi sübutlar həmin borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə Mülki Məcəllənin 385-386, 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 23086,26 manat əsas, 3308,68 manat faiz, 598,18 manat cərimə olmaqla cəmi 26993,12 manat məbləğində borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçıtərəfindən ödənilmiş 170,98manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıyaödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 23086,26 manat əsas borc, 3308,68 manat faiz borcu, 598,18 manat cərimə borcu olmaqla cəmi 26993,12 (iyirmi altı min doqquz yüz doxsan üç manat, on iki qəpik) manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 170,98 (yüz yetmiş manat, doxsan səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar