Məhkəmə qərarları › İş №2(003)-1674/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1674/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1674/2020 17.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3qarşıkredit müqaviləsi üzrə borcun tutulması tələbinədair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli, 126.LN.2102.310815.00005 saylı kredit müqaviləsi üzrə 1607,04 ABŞ dolları əsas, 567,02 ABŞ dolları faiz borcu olmaqla 2174,06 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 126.LN.2102.310815.00005 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 23 fazilə 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixə Cavabdeh1 banka xx xxxxxx 2015-ci il tarixli, 126.LN.2102.310815.00005 saylı kredit müqaviləsi üzrə 1607,04 ABŞ dolları əsas, 567,02 ABŞ dolları faiz olmaqla cəmi 2174,06 ABŞ dolları borcu yaranmışdır. Məhkəməiclasındaiddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, əsas borc hissəsində qəbul etdiyini bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 126.LN.2102.310815.00005 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı ASC-nin Gənclik filialı arasında 18 ay, müddətinə 23 % ilə 5000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 126.CL.310815.00005/c və 126.CL.310815.00005/b zaminlik müqavilələrindən görünür ki Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC ilə Cavabdeh1nın arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126.LN.2102.310815.00005 nömrəli krediti müqaviləsi üzrə Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 5000 ABŞ dolları Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, borclular kredit müqaviləsi üzrə borc barədə xəbərdar edilmişlər. İş materiallarında olan İddiaçı ASC-nin Gənclik filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/38 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 126.LN.2102.310815.00005 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1607,04 ABŞ dolları, 567,02 ABŞ dolları faiz borcu mövcuddur. 2165,29 ABŞ dolları əsas, 289,89 ABŞ dolları faiz borcu üzrə ödəniş “Azərbaycan Respublikasında fıziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar kompensasiya ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Eyni zamanda kreditalan məhkəmə iclasında iddia tələbini qismən qəbul etməklə yalnız ödəməyə maddi imkanının olmasını bildirmişdir. Həmçinin, Digər cavabdeh də (zamin) məhkəmə iclasından xəbərdar olmaqla iddiaya qarşı hər hansı etiraz irəli sürməməklə məhkəmə iclasında da iştirak etməmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. İddiaçının cavabdehlərdən müştərək qaydada 567,02 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli problemli kreditin kompensasiyası barədə arayışdan görünür ki, bank olan borc restruturizasiya edilmiş və restrukturizasiya məbləği 2731,96 manat (1607,68 ABŞ dolları), kompensassiya edilmiş məbləğ isə 2568,40 manat müəyyən edilmişdir. Həmin borc üzrə kompensassiya məbləği bank tərəfindən ödənilməli olan əsas və faiz borcu üzrə kredit müqaviləsi üzrə borc məbləği üzrə tutulmalar aparıldıqdan sonra müəyyən edildiyindən, hazırkı mülki iş üzrə faiz borcu əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126.LN.2102.310815.00005 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 1607,04 ABŞ dolları əsas borcun Azərbaycan manatının ödəniş gününə olan məzənnəsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 126.LN.2102.310815.00005 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 1607,04 ABŞ dolları əsas borcun Azərbaycan manatının ödəniş gününə olan məzənnəsi nəzərə alınmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar