Məhkəmə qərarları › İş №2(003)-1683/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1683/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1683/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1680/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, cavabdeh X3 onun xeyrinə iki uşaqlarının saxlanılması üçün hər ay onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1680/2020 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə 130 amant sabit pul məbləğində alimentin onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda məhkəmə qətnaməsinə əsasən təyin edilmiş 130 manat aliment uşağın saxlanılmasına çatmır və bundan əlavə ona məlum olub ki, cavabdeh işləyir ona görə də, alimentin məhkəmə qaydasında artırılması istəyir. Məhkəmə iclasında İddiaçın iddia ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbrdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 ilə cavabdeh X9 arasında Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 534 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X5 nikah pozulduqdan sonra anaları X10 nikah pozulduqdan sonra anaları X6 yanında saxlanılması və xx.xx.2017-ci il təvəllüldü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh X3 iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimnetin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahında doğulmuş olan xx.xx.2017-ci il təvəllüldü X7 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə 130 manat alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı məhkəmə qətanməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, Cavabdeh əmək haqqının 1/3 hissəsində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissə miqdarda aliment tutulub İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-1680/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissə miqdarda aliment tutulub İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar