Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1698/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, maddi zərərin əvəzi olaraq cavabdehdən 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə Cavabdeh rəsmi qeydə alındığı yer ünvan 1idir. Məhkəmə iclasında İddiaçı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi barədə məlumatdan görünür ki, Cavabdeh ünvan 1i ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Laçın Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzi olaraq cavabdehdən 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1698/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1698/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver