Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1731/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinədair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, «Nikoyl» İKB-nin 6 saylı filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2017-ci il tarixə ödənilməmiş 3793.71 manat əsas borc, 1264.44 manat faiz borcu, 1238.76 manat dəbbə pulu, cəmi 6296.91 manat, iddia qaldırılmasıüçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehİddiaçı-nin xeyrinə tutulması, tutmanın kreditintəminatı kimi cavabdehə məxsus 2013-cü il buraxılışlı «SAİPA 132 EX» markalı, ** GF *** dövlət qeydiyyat nişanlı, NAS42110E1140672 ban, ******* mühərrik nömrəli, ağ rəngliavtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, «Nikoyl» İKB-nin (İddiaçı-nin) 6 saylı filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 16 % hesablanmaqla 48 aylıq müddətə cavabdehə 6900 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2013-cü buraxılışlı, «SAİPA 132 EX» markalı ** GF *** dövlət qeydiyyat nişanlı, NAS42110E1140672 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 8650 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, ** GF *** dövlət qeydiyyat nişanlı NAS42110E1140672 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 196 manat ümumilikdə isə 9375 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə, 100 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, 3793.71 manat əsas, 1264.44 manat faiz borcunu qəbul etdiyini bildirdi, 1238.76 manat dəbbə borcunu isə qəbul etməməklə silinməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, iddiaçı ilə aralarında bağlanmış ipoteka müqaviləsi üzrə ipoteka predmetinin qiyməti ilə bağlı etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı kreditmüqaviləsindən görünür ki, «Nikoyl» İKB-nin 6 saylı filialıiləCavabdeh arasında kredit müqaviləsiimzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 48 ay müddətinə, illik 16 % (1.11-ci bənd) hesabıilə 6900 manat məbləğində kredit vermişdir. İş materiallarındaolan xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2017-ci iltarixədək 6900 manat məbləğində kredit borcu, 2475 manat məbləğində faiz borcu, cəmi 9375 manat məbləğində borcu hər ay 196 manat sonuncu ay 163 manat olmaqla 48 ay müddətinə «Nikoyl» İKB-yə ödəməliidi. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı ipoteka müqaviləsindən görünür ki, «Nikoyl» İKB-nin 6 saylı filialı iləCavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsiüçün dəyəri 8650 manat müəyyən olunmuş, «SAİPA 132 EX» markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət X1 qeydə alınaraq, bu barədə AA seriyalı 112151 nömrəliçıxarış verilmişdir. İş materiallarındaolan xx.xx.2018-ci iltarixli 04-369 №-limaliyyəarayışındangörünürki, Cavabdeh xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixəbanka 3793.71 manat əsas borc, 1264.44 manat faiz borcu və həmin günə hesablanmış 1238.76 manat dəbbə pulu, cəmi 6296.91 manat borcuvardır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, Bank cavabdehi tələbin ipoteka perdmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli 01-071nömrəliərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AB seriyalı 708002 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyənolunur ki, 2013-cü il buraxılışlı, ağ rəngli, ban nömrəsi NAS42110E1140672, mühərrik nömrəsi ******* olan, ** GF *** dövlət qeydiyyat nişanlı «SAİPA 132 EX» markalı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan qəbzədn görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. HəminMəcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, işgörməli, xidmətlər göstərməli vəi.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçininhesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3793.71 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1238.76 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsin əəsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş cavabdeh özünə məxsus olan 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, NAS42110E1140672 ban, mühərrik nömrəsi ******* olan ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka ilə yüklü edilərəkən razılaşma olmuş, hazırda isə ipoteka qoyan məhkəmə iclasında iştirak etməklə həmin qiyməti mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 8650 manat məbləğində müəyyən edilməklə, qeyd edilən ipoteka predmeti olan əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəməhesabedirki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3793.71 manat əsas borc, 1264.44 manat faiz borcu, 200 manat dəbbə pulu vəiddia qaldırılmasıüçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulmalı, tələb Cavabdeh məxsus olan və xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «SAİPA 132 EX» markalı ** GF *** dövlətqeydiyyatnişanlıavtomobilə yönəldilməli və həmin avtomobil ilkin satış qiyməti 8650 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabınaCavabdeh İddiaçı-yə olanborcu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3793.71 manat əsas borc, 1264.44 manat faiz borcu,200 manat dəbbə pulu vəiddia qaldırılmasıüçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 5288.15 (beş min iki yüz səksən səkkiz manaty on beş qəpik) alınaraq İddiaçı-yə ödənilsin. Tələb Cavabdeh məxsus olan və xx.xx.2013-cü il tarixli 17-A-1-0-6678-13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, «SAİPA 132 EX» markalı, (ban NAS42110E1140672, mühərrik 4967295) ** GF *** dövlətqeydiyyatnişanlıavtomobilə yönəldilsin və həmin avtomobil ilkin satış qiyməti 8650 (səkkiz min altı yüz əlli) manat müəyyən edilməklə açıq hərracdan satılsın. İpoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh İddiaçı-yə olan borcu ödənilsin. Borc məbləği qaytarıldıqdan sonra qalıq məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1731/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1731/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver