Məhkəmə qərarları › İş №2(003)-1733/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1733/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1733/2020 16.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakları ilə, İddiaçı «İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 8959,48 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 9289,48 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, T/17058 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00870 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1302AZ**********37 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1252 m3 dəyəri 125,20 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1090 m3 dəyəri 109 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1172 m3 dəyəri 117,20 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1010 m3 dəyəri 101 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 456 m3 dəyəri 45,60 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 376 m3 dəyəri 37,60 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 216 m3 dəyəri 21,60 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 112 m3 dəyəri 11,20 manat, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1659 m3 dəyəri 165,90 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 4011 m3 dəyəri 401,10 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,2 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1469 m3 dəyəri 146,90 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3 dəyəri 133,2 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32.40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat borcu vardır. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü: kimi cavabdeh dəfələrlə sayğacdan kənar qazdan istifadə etməklə İddiaçınə cəmi 8959,48 manat manat manat ziyan vurmuşdur. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı «İddiaçı” İstehsalat Birliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli T/17058 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1252 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1090 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1172 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1010 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 456 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 376 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 216 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 112 m3, xx.xx.2017-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1659 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 4011 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1469 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1332 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 666 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə halı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1252 m3 dəyəri 125,20 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1090 m3 dəyəri 109 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1172 m3 dəyəri 117,20 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1010 m3 dəyəri 101 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 456 m3 dəyəri 45,60 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 376 m3 dəyəri 37,60 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 216 m3 dəyəri 21,60 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 112 m3 dəyəri 11,20 manat, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1659 m3 dəyəri 165,90 manat, xx.xx.2018ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 4011 m3 dəyəri 401,10 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,2 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1469 m3 dəyəri 146,90 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1332 m3 dəyəri 133,2 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 666 m3 dəyəri 66,60 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-ci il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri 142,20 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32.40 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri, 32,40 manat, xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri 32,40 manat müəyyən edilmiş və itirilmiş qaz sərifiyyatı üzrə hesabatlar aparılmışdır. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Hazırkı halda da İddiaçı nümayəndələri bu hüquqdan istifadə etməklə cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarını aşkar etmiş və müvafiq akt tərtib etməklə itirilmiş qaz sərfiyyatını müəyyən etməklə müvafiq hesabatlar aparılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində sayğacdan kənar istifadə edilməsi nəticəsində 8959,48 manat ziyan dəymiş olduğunu iddia etsə də, məhkəməyə təqdim etmiş olduğu aktlarda 2630,50 manat olduğu müəyyən edilmişdir. Digər borcun mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat xərcin tutulmasını xahiş etsə də, həmin xərclərin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli xx.xx.2017ci il tarixli ******* saylı akt əsasında 125,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 109 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 117,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 101 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2017-ci il tarixli, 012766 saylı akt əsasında 37,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 21,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 11,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 165,90 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 401,10 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 146,90 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat olmaqla, cəmi 2630,30 manat İddiaçı İB-nin xerinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 20 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2630,30 manat və 10 manat məbləğində dövlət rüsumu, cəmi 2640,30 (iki min altı yüz qırx manat 30 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar