Məhkəmə qərarları › İş №2(003)-1734/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1734/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1734/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 12856,25 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 (manat) dövlət rüsumu, olmaqla cəmi 13186,25 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı"” İstehsalat Birliyi xx.xx.2018-ci il tarixli, T/17376 saylı "Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********76 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" növbəti aktlar tərtib edilmişdir: xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 25104 m3 dəyəri, 2510,40 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri, 142,20 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1565 m3 dəyəri, 156,50 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3294 m3 dəyəri, 329,40 manat, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri, 142,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3 dəyəri, 142,20 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3024 m3 dəyəri, 302,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 864 m3 dəyəri, 86,40 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri, 32,4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri, 32,4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 deyeri, 32,4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri, 32,4 manat, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 dəyəri, 32,4 manat cəmi: 3973,70 manat təşkil etmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 12695,10 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafıq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdehin ünvanından əvvəllər sayğacdan kənar xətdən istifadə edilməsi barədə aktlar tərtib edilmişdir. Həmin ünvanda mövcud olan qaz sayğacında xəta baş verməsi ilə əlaqədar olaraq qaz sağacı birliyin əməkdaşları tərəfindən çıxarılmış və laboratoriyada xətanın səbəbləri araşdırılmış və sonradan həmin sayğac yenidən quraşdırılmışdır. Abonent 20-25 gün müddətində sayğacsız qalmış, bu müddət ərzində sayğacı başqa sayğac ilə əvəz edilməmişdir. Birliyin nümayəndələri tərəfindən sayğac çıxarılarkən, cavabdeh tərəfindən şəbəkəyə qanunsuz olaraq qoşulmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat veərərk bildirdi ki, onun ünvanına qoşulmuş olan qaz sayğacında xəta baş verməsi ilə əlaqədar olaraq, İddiaçı nümayəndələri tərəfindən qaz sayğacı çıxarılmış və qaz sayğacında mövcud olan qüsurun araşdırılması məqsədi ilə aparılmışdır. Həmin qaz sayğacı laboratoriyaya aparılıb qaytarılması 20-25 gün davam edirdi, həmin müddətdə məcburiyyət qarşısında qalaraq qanunsuz şəbəkəyə qoşulmalar olmuşdur. Halbuki, həmin müddət ərzində ona məxsus olan ünvana qaz sərfiyyatı ilə bağlı başqa sayğac quraşdırılmalı idi. Qeyd edilənlərə əsasən iddia tələbini təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı «İddiaçı” İstehsalat Birliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli T/17376 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna 12695,10 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 25104 m , xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2018-ci il tarixli akt 3 üzrə itirilmiş qazın miqdarı 1565 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3294 m3, xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1422 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 3024 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 864 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3, xx.xx.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 324 m3 təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların təsdiq edilmiş surətlərinindən görünür ki, təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə halı aşkar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018 saylı, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 117 gün, xx.xx.2018-ci il tarixli tarixli hesabata əsasən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 33 gün, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 28 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, hesablanmışdır. Lakin qeyd edilən aktlar arasında mövcud olan gün fərqləri üzrə hesabat 30 gün aparılmalı olduğu halda hesabatlar müxtəlif gün fərqləri ilə hesablanmışdır ki, bu da istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018 saylı, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 117 gün, xx.xx.2018-ci il tarixli tarixli hesabata əsasən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 33 gün, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 günhesabat aparılmışdır. Göründüyü kimi itirilmiş qaz sərfiyyatı üzrə hesabat 30 gün və ya akt tərtib edilən vaxtdan sonrakı gün arasında olan gün fərqi üzrə aparılmalı olduğu halda xx.xx.2018 saylı, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 117 gün müddətə, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 33 gün, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün, xx.xx.2018-ci il tarixli hesabata əsasən xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün müddətə hesabat aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2018 saylı, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 117 gün yox, 30 günlük hesabat aparılmaqla aktın tərtib edildiyi mövsümə uyğun olaraq (6x2x20x30=7200 m3), xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün yox 23 günlük hesabat aparılmaqla (1,2x6x23=165,6 m3, 1.5x10x23=345 m3, 1.4x18x23=579,6), xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 33 gün yox 30 günlük hesabat aparılmaqla (1,2x6x30=216 m3, 1.5x10x30=450 m3, 1.4x18x30=756), xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 90 gün yox, 30 günlük hesabat aparılmaqla (1,2x6x30=216 m3, 1.5x10x30=450 m3, 1.4x18x30=432), xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaz sərfiyyatı 30 gün yox, 28 günlük hesabat aparılmaqla (1,2x6x28=201 m3, 1.5x10x28=420 m3, 1.4x18x30=705,6) hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlarından və təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehə məxsus olan ünvana quraşdırılmış sayğacda qüsur olması ilə bağlı G-4 markalı, 1402AZ**********76 nömrəli qaz sayğacı İddiaçı İB-nin əməkdaşları tərəfindən çıxarılsa da, sayğac yenisi ilə əvəz edilməmiş və həmin ünvana akt üzrə çıxarılmış sayğacda düzəliş edilməklə yenidən G-4 markalı, 1402AZ**********76 nömrəli qaz sayğacı abönentin ünvanına quraşdırılmışdır. Həmçinin sayğac laboratoriyada yoxlanılması ilə bağlı ünvandan götürüldükdən sonra həmin abonentin ünvanına müvəqqəti sayğac quraşdırılmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində sayğacdan kənar istifadə edilməsi nəticəsində 12695,10 manat ziyan dəymiş olduğunu iddia etsə də, məhkəməyə təqdim etmiş olduğu aktlarda 3973,70 manat olduğu müəyyən edilmişdir. Digər borcun mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində pozulmuş hüquqların bərpası ilə bağlı 300 manat xərcin tutulmasını xahiş etsə də, həmin xərclərin mövcudluğuna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş aktları cavabdehin sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul etməklə, həmin aktlar əsasında qazın itkisinə görə hesablanmış məbləğin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli xx.xx.2018ci il tarixli, ******* saylı akt (hesabat xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir) əsasında 720 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt (hesabat xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir) əsasında 109,02 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt (hesabat xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir) əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 70,56 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat,xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 86,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat olmaqla, cəmi 1844,58 manat İddiaçı İB-nin xerinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 20 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1844,58 manat və 10 manat məbləğində dövlət rüsumu, cəmi 1854,58 (bir min səkkiz yüz əlli dörd manat 58 qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) manatı İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar