Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-174/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı Bakı şəhəri Cavabdeh1 tərəfindən ona vurulmuş zəzərin əvəzinin ona ödənilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən pensiyasından tutulma haqqında məhkəmə qərarı olmadığı halda Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələbləri icra etməməklə geri qaytarılması, Cinayət Məcəlləsinin 309cu və 313-cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardadın çıxarılması və elektron resursa onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və ƏƏSM-nin tabeliyində olan DSMFin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi, ona dəymiş real zərər olaraq 6098.8 manatın ona ödənilməsi, Mərkəzi filialın xx.xx.2017-ci il tarixinədək icra sənədi üzrə Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələblərinin icra etməməsi və geri qaytarması, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron informasiya resursuna onun haqqında yerləşdirmiş yalan məlumatlarır silinməsi, ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayə:" məsuliyyətinə cəlb olunmalarını, xüsusi qərardad çıxarılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində pensiyası ona 50% az, 261.40 manat ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialının əməkdaşı telefon vasitəsilə ona bildirmişdir ki, mərkəzə Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsindən hər ay pensiyasından 50% tutulma haqqında tələb daxil olmuş, onlar tələbi yerinə yetirmişlər. O, 2013-cü ildə "xxxx", "xxxx" KB, "xxxx" ASC-lərindən istehlak krediti almış, Xəzər Rayon Məhkəməsinin müvafiq məhkəmə aktları ilə həmin banklardan istehlak kreditini aldığı və onlara borclu olduğunu müəyyən etmişdir. Lakin məhkəmə, məcburi icra tədbiri olaraq, pensiyasından hər ay tutulma haqqında məhkəmə aktı qəbul etməmişdir. Maddi və prosessual hüquqa görə bunu etmək mümkünsüzdür. Çünki “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində yazılmışdır ki, “tələb, sosial sığorta üzrə, habelə işsizliyə görə müavinətlərə yalnız məhkəmənin qərarına, alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir”. Göründüyü kimi maddədə sadalanan hüquqi predmetə və subyektə onun aidliyi yoxdur. Məhkəmə pensiyasından hər ay tutulma haqqında qərar qəbul etməmiş və qərar qəbul etməyi mümkünsüzdür. Bakı şəhəri Cavabdeh1 məhkəmə qərarı olmadan, icraata başlamaq haqqında qərarı ona təqdim etmədən, vəzifə səlahiyyətlərini aşkar surətdə aşaraq, hüquqlarına mühüm zərər vuraraq, "xxxx", "xxxx" KB, "xxxx" ASC-lərinin xeyrinə pensiyasından hər ay 30 % tutma haqqında may 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra DSMF-nun İdarəsi) tələb yönəltmişdir. Yüksək hakimiyyət instansiyalarına etdiyi şikayətlər nəticəsində Bakı şəhər Cavabdeh1 qanunsuz əməllərini dayandırmağa məcbur olmuş, 26838/7R saylı xx.xx.2017-ci il tarixli inzibati aktla bütün icra sənədlərini DSMF-nun İdarəsindən geri çağırmışdır. Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 % tutulma haqqında inzibati aktın məzmunu, qəbul olunma tarixi, qeydiyyat nömrəsi barədə ona məlumat verilmədən icraya yönəldilmişdir. 17 ay ərzində qanunsuz etibarsız inzibati akt əsasında pensiyasından 4443 manat 80 qəpik məbləğ tutulmuşdur. O, 1999-cu ildə 44 yaşında olan zaman Daxili İşlər orqanından ağır xəstəliyi ilə əlaqədar pensiyaya çıxmışdır. Hər ay zəruri dərmanların alınmasına 300-320 manat xərcləyir. Pandemiya dövründə xərclərin birə üç artdığı halda pensiyasının 50 % azaldılması, lazımınca qidalanmasını və zəruri dərmanların almasını həddən artıq çətinləşdirmişdir. Məcburiyyət qarşısında qalaraq, X1 xx.xx.2020-ci il tarixində hər ayın 20-də 30% ödəmək şərtilə 250 manat məbləğində borc almışdır. İndiyədək ona 1275 manat ödəmişdir. O, “Azərbaycan Respublikasında fiziki şəxslərin probleml kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Prezident fərmanının əhatə dairəsindədir. Həmin fərmana əsasən dövlət büdcəsindən ödənilən kompensasiyanın hesabına "xxxx" ASC-yə qalıq borcu – 647.58 manat təşkil edir. Aprel 2020-ci ildən indiyədək davam edən qanunsuz inzibati aktın icrası nəticəsində 4443 manat 80 qəpik puldan məhrum olunmuşdur. İcra sənədi üzrə icraata iki dəfə xitam verilmişdir. Birinci dəfə xx.xx.2017-ci il tarixində Bakı şəhəri Cavabdeh1 26838/7R nömrəli inzibati aktı ilə, ikinci dəfə Prezident Fərmanının 6.2-ci bəndinin tələbinə görə ən geci xx.xx.2019-cu il tarixində. Hüququndan istifadə edərək məzmunu, qəbul olunma tarixi, qeydiyyat nömrəsi ona məlum olmayan Bakı şəhəri Cavabdeh1 inzibati aktının icrasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsi MXMT(112)-2/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixində onun Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı aktın icrasının dayandırlması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi mümkün sayılmaması barədə qərardad çıxarılmışdır. Həmin qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, hazırki tələblə bağlı icra sənədini vermiş ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Həmin qərardaddan Bakı şəhəri Cavabdeh1 inzibati aktının qəbul olunma tarixi və məzmunu ona məlum olmuşdur. xx.xx.2020-ci ildə qəbul olunmuş inzibati akt göstərilir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən ondan "xxxx" KB ASC-nin xeyrinə cəmi 3620.98 ABŞ dolları tutulmalıdır. Bakı şəhəri Cavabdeh1 qanunsuz tələbi həmin tarixdən icraaya yönəlmişdir. Bakı şəhəri Cavabdeh1 vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasının, Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin, İnzibati Prosessual Məcəlləsinin, İnzibati İcraat haqqında və İcra haqqında Qanunların əsas prinsiplərini və müvafiq normlarından, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər etmişlər, onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar. Onların əməlləri, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin əlamətlərini tam əhatə edir. Onun üzərinə təzyiqi artırmaq, əngəl yaratmaq məqsədi ilə onlar tərəfindən vəzifə saxtakarlığına da yol verilmişdir. Belə ki, o, fevral 2006-cı ildən sentyabr 2009-cu ilədək aliment ödəyicisi olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə bu dövr ərzində pensiyasından hər ay 30 % tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2.1-ci maddəsi əsasında xx.xx.2009-cu il tarixində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilmişdir. 2020-ci ilin ortalarında informasiya resursuna onun aliment ödənişinə görə borclu olduğu haqqında yalan məlumat yerləşdirilmişdir. Bakı şəhəri Cavabdeh1 vəzifəli şəxslərinin əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinin əlamətlərini tam əhatə edir. Məhkəmə, Bakı şəhəri Cavabdeh1 tərəfindən onun haqqında informasiya resursima yerləşdirilmiş yalan məlumatların silinməsi barədə müvafiq məhkəmə altı qəbul etməlidir. Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı (bundan sonra Mərkəzi filial) Bakı şəhəri İcra şöbəsinin qanunsuz tələbini aprel 2020-ci ildən icra edir. 17 ay ərzində hər ay pensiyasından 261 manat 40 qəpik tutulmaqla, 4443 manat 80 qəpik məbləğdən onu məhrum etmişdir. “İcra haqqında” Qanunun 67-ci maddəsinin göstərişinə əsasən pensiyasından tutulma haqqında tələb, yalnız məhkəmə qərarına əsasən irəli sürülə bilər. “Mərkəzi filial” qanunvericinin tələblərinə məhəl qoymadan Bakı şəhəri Cavabdeh1 cinayət xarakterli xx.xx.2020-ci il tarixli tələbini yerinə yetirməklə faktiki olaraq cinayətin iştirakçısına çevrilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cu maddəsinə əsasən “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir”. Bakı şəhəri Cavabdeh1 qanunsuz xx.xx.2020-ci il tarixli tələbi nəticəsində ona dəymiş real zərərin hesabatını təqdim edir : aprel 2020-ci ildən avqust 2021-ci ilədək pensiyasından tutulmuş 4443.80 manat, həyatda mövcüd olmaq üçün xx.xx.2020-ci il tarixində X1 hər ay 30% ödəmək şərtilə aldığı borc məbləğ-250 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək ödəmiş, cəmi 1525 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumuna görə 30 manat, ümumilikdə 6098 manat 80 qəpik. İddiaçı, daha sonra iddia tələbinin həcmini artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Cavabdeh1 qanunsuz əməlləri ilə ona vurduğu real zərərin 10953 manat məbləğin əvəzinin ona ödənilməsi, “Mərkəzi filial” pensiyasından tutulma haqqında məhkəmə qərarı olmadığı halda Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələbləri icra etməməklə geri qaytarılması, Cinayət Məcəlləsinin 309-cu və 313cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardad çıxarılmaqla Baş Prokuror yanında Korrupsiya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsi, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron resursa onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, may 2016-cı ildən "xxxx" ASC-nin xeyrinə pensiyasından hər ay 30 % tutma haqqında “Mərkəzi filiala” tələb yönəlmişdir. “Mərkəzi filial” qanunsuz tələbi xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixinədək icra etmiş, 2111 manat 40 qəpik "xxxx" ASC-nin xeyrinə pensiyasından tutulmuşdur. Etdiyi şikayətlər nəticəsində Bakı şəhəri Cavabdeh1 qanunsuz əməlləri dayandırılmış, 26838/7R nömrəli xx.xx.2017-ci il tarixli inzibati aktla bütün icra sənədləri “Mərkəzi filial”dan geri çağırılmışdır. xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədi əsasında pensiyasından hər ay 50% tutulma haqqında “Mərkəzi filiala” tələb yönəlmişdir. “Mərkəzi filial” qanunsuz tələbi icra edərək aprel 2020-ci ildən aprel 2022-ci ilədək pensiyasından 6586 manat 60 qəpik tutulmuşdur. X1 xx.xx.2020-ci il tarixində hər ayın 20-də 30 % ödəmək şərtilə 250 mant məbləğində borc almışdır. Ona 75 manat x 24 ay, 1800 manat ödəmişdir. Onun qarşısında xx.xx.2022-ci il tarixində 250 manat + 75 manat, cəmi 325 manat məbləğin ödəməsi öhdəliyi vardır. Cəmi məbləğ 2125 manat təşkil edir. Bakı şəhəri Cavabdeh1 qanunsuz əməllərindən çəkdiyi real maddi zərər 8698 manat + 2125 manat +100 manat (hüquqi yardım) + 30 manat (dövlət rüsumu), ümumilikdə 10953 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Xəzər Rayon Məhkəməsi borcun ödənilməsinə dair işə baxaraq, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 3144.23 ABŞ dolları məbləğində əsasə borc, 446,75 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq cəmi 3620,98 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Sözügedən qətnamə xx.xx.2014-cü il tarixli, 2(003)-2877 saylı icra sənədi ilə icraya yönləndirilmişdir. Həmin icra vərəqəsi əsasında iddiaçıya təyin olunmuş pensiyadan "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə hər ay 50 faiz tutma həyata keçirilmişdir. Cavabdeh Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda da sözügedən tutma icra vərəqəsinə əsasən həyata keçirildiyi və xx.xx.2020ci il tarixdən etibarən iddiaçının əmək pensiyasından hər ay 261.44 manat "xxxx" Kommersiya Bankı ASC-nin hesabına köçürüldüyü bildirilmişdir. Göründüyü kimi mübahisə Bakı şəhəri Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 2(003)-2877 saylı icra sənədinin qanuniliyi və əsaslığı ilə bağlı olduğundan iş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala münasibətdə icrata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi icra məmuru X3 iddia tələbini etiraf etməyərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, icra sənədləri icraata qəbul edildikdən sonra müvafiq qaydada tələbin könüllü icra edilməsinə dair bildirişlə birlikdə icraata başlamaq haqqında qərar borclu İddiaçı göndərilmişdir.Həmin məktub geri qaytarılmamışdır. Yəni iddiaçı həmin məktubu almışdır. Daha sonra isə borclu tərəfindən borcun ödənilməsi üçün verilmiş müddət keçdiyindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsin əsasən tələblər onun pensiyasına yönəlmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilərək "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı 3144,23 ABŞ dolları məbləğində əsas borc, 446,75 ABŞ dolları məbləğində faiz borcu, 30 ABŞ dolları məbləğində cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla cəmi 3620,98 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulması, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinə 1 saylı əlavənin etibarsız sayılması, iş vaxtını itirməyə görə məbləğin və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh1 DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Departamentinə ünvanlamış xx.xx.2017-ci il tarixli 26838/7R nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı pensiyasından tutulması məqsədilə göndərilmiş bütün icra sənədləri üzrə tutulmaların dayandırılması və həmin icra sənədlərinin geri qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 ilə İddiaçı arasında bağlanılmış “Hüquqi yardım haqqqında” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə aktın icrasının dayandırılması barədə tapşırıq haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 100 manat pul ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə, İddiaçı və "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, tələbkar "xxxx" KB ASC-nin hesab rekvizitləri göndərilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" KB ASC-nin xeyrinə cəmi 3620.98 ABŞ dolları kredit borcunun və 20 manat dövlət rüsumunun borclunun təqaüdünün 50 %-i borcun qurtarmasınadək tutulması və tutulmalar ilə bağlı hər rüb icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraatın dayandırılması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Cavabdeh1 icra Şəfəq Neymətzadə tərəfindən icra sənədi üzrə borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması qərara alınmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan pul məbləği Cavabdeh1 tərəfindən onun pensiyasının 50 %-nə yönəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 1-1-ci maddəsin əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.2-cü maddəsin əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi halları məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından ibarətdir. Həmin Qanunun 65.4-cü maddsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin Qanunun 65.1, 65.2 və 65.3-cü maddələrinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Həmin Qanunun 67-ci maddsinə əsasən tələb sosial sığorta üzrə müavinətlərə və işsizlikdən sığorta ödənişinə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi tələbin borclunun pensiyasına yönəldilməsi məcburi icra tədbiri olmaqla tutulmalar pensiyanın 50 faizindən çox ola bilməz. Həmçinin qeyd olunan qanunvericilik normalarında əsasən tələb sosial sığorta üzrə müavinətlərə və işsizlikdən sığorta ödənişinə yönəldilyi halda yalnız məhkəmənin qərarına əsasən yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin İddiaçı pensiyasına yönəldilməsi halı yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri çərçivəsində olmaqla hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, icra sənədi üzrə borcun qanun pozuntusuna yol verilməklə iddiaçının pensiyasından tutulmaların aparılması, həmin tutulmaların aparılması nəticəsində digər şəxs qarşısında borclu qalması səbəbindən iddiaçıya zərərin dəyməsini əsassız hesab edir. Belə ki, həmin halların mövcudluğu müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən edilmədiyindən ona dəymiş 10953 manat zərərin tutulması tələbi əsassız olmaqla təmin edilməməlidir. Eyni zamanda iddia tələbinin elektron resursda onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi barədə hissəsinin icra məmurunun hərəkətinin (yəni icra sənədi üzrə tələbi iddiaçının pensiyasına yönəldilməsi) iddiaçı tərəfindən qanunsuz hesab edilməklə irəli sürülmüş tələblər olmasını, yuxarıda qeyd olunduğu kimi icra məmurun hərəkətlərindən hər hansı bir qanun pozuntusunun müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. İddia tələbində Cinayət Məcəlləsinin 309-cu və 313-cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardadın çıxarılması da göstərilsə də, məhkəmə hesab edir ki, bu hissə iddia tələbi kimi baxılmaqla qiymətləndirilə bilməz. Belə ki, Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yəni bu hal məhkəmənin səlahiyyətinə aid olmaqla qeyd edilən halların aşkara çıxması halında xüsusi qərardad çıxarılır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı Bakı şəhəri Cavabdeh1 tərəfindən ona vurulmuş zəzərin əvəzinin ona ödənilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən pensiyasından tutulma haqqında məhkəmə qərarı olmadığı halda Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələbləri icra etməməklə geri qaytarılması, Cinayət Məcəlləsinin 309cu və 313-cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardadın çıxarılması və elektron resursda onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumunu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-174/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-174/2022
18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver