Məhkəmə qərarları › İş №2(003)-1752/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1752/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1752/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin cavabdeh Ağayev Ağacəfər Rizvan oğluna qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayev Ağacəfər Rizvan oğlundan 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 844.04 manat, faiz borcuna görə 53.7 manat, dəbbə borcuna görə 200 manat, cəmi 1097,74 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə cavabdeh Ağayev Ağacəfər Rizvan oğlu arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsinə əsasən illik 16 % (on altı) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 1000 (bir min) manat məbləğində cavabdehə kredit verilmişdir. 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Ağayev Ağacəfər Rizvan oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 17-dən gec olmayaraq, hər ay 90,74 (doxsan manat 74 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh Ağayev Ağacəfər Rizvan oğlunun 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 844,04 (səkkiz yüz qırx dörd manat 04 qəpik) manat, faiz borcuna görə 53,7 (əlli üç manat 70 qəpik) manat, dəbbə borcuna görə 200 (iki yüz) manat, borcun cəmi məbləği 1097,74 (bir min doxsan yeddi manat 74 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Ağayev Ağacəfər Rizvan oğlu arasında 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən sonuncuya 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 844.04 manat ödənilməmiş əsas borcu, 53.7 manat faiz borcu və 200 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, "xxxx" ASC borclu Ağayev Ağacəfər Rizvan oğluna borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun ödənişinin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 600.1, 600.4, 425, 427, 439, 442, 448, 739cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 466 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 46 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə ödənilməmiş 844.04 manat ödənilməmiş əsas borcu, 53.7 manat faiz borcu və 200 manat dəbbə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Ağayev Ağacəfər Rizvan oğlundan 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 844.04 manat, faiz borcuna görə 53.7 manat, dəbbə borcuna görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Ağayev Ağacəfər Rizvan oğlundan 17 avqust 2020-ci il tarixli, NSNPU-4662 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 844.04 manat, faiz borcuna görə 53.7 manat, dəbbə borcuna görə 200 manat, cəmi 1097,74 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 1127,74 manat (bir min bir yüz iyirmi yeddi manat yetmiş dörd qəpik) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar