Məhkəmə qərarları › İş №2(003)-176/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-176/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-176/2023 04.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 Qaraxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində maddi ziyanın və məhkəməyə müraciət etmək üçün ödədiyi 390 (üç yüz doxsan) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 avqust 2016-cı il tarixli AN-İ ******* No-li və 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakların alqı-satqı müqavilələrinə əsasən X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsini 20.000 (iyirmi min) manata, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata İddiaçı satmışdır. Lakin X2 arvadı, hazırkı iş üzrə Cavabdeh iddiaçıya və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X13 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin X10 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin, X13 ilə iddiaçı arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyriyaşayış sahəsinə dair AN-İ ******* No-li və AN-İ ******* No-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin evin və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi və azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4560/2017 №-li 13 iyul 2017-ci il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017- ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017- ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-xx.xx.2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh süründürməçiliyə yol verǝrǝk yenidən eyni tələblərlə İddiaçı, X10 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin ləğv edilməsi və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X13 arasında 06 iyun 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan evin və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin X10 bağışlanmasına dair daşınmaz əmlakın bağışlama müqavilələrinin ləğv edilməsi, X13 ilə iddiaçı arasında 11 avqust 2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair AN-İ ******* No-li va AN-İ ******* №-li alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin ona qaytarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmiş, eyni tarixli qərardadla iddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7460/2019 №-li 16 may 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2273/2018 №-li 30 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5338/2019 №-li 23 avqust 2019-cu il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilmiş. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7460/2019 №-li 16 may 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 12978/2019 №-li 06 noyabr 2019- cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 No-li 30 iyul 2018- ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-26/2020 №-li 24 yanvar 2020-ci il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı, X11 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4581/2020 №-li 02 iyun 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-26/2020 №-li 24 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı, X10 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li, 30 iyul 2018-ci il tarixli va 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li, 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda bildirir ki, İddiaçı ilə X12 arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli "İlkin müqavilələr” bağlanmışdır. 23 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov fərdi yaşayış evinə görə iddiaçıya ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 35.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 23 fevral 2019-cu il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 30 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov qeyri-yaşayış sahəsinə görə ona ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 30.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 28 fevral 2019-cu il tarixdə ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh yuxarıda qeyd olunan iddia tələbləri üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulduğundan o, həmin əmlaklara dair sənədləri hazırlayaraq X12 ilə alqı-satqı müqavilələri bağlamaq hüququndan məhrum olunmuşdur. İddiaçı yuxarıda qeyd olunan səbəbdən 23 noyabr və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələr üzrə öhdəliklərini icra etmədiyinə görə X12 ona qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2383 №-li 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıdan 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli İlkin müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Bildirir ki, 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələr üzrə X12 tərəfindən ona ümumilikdə 50.000 (əlli min) manat pul ödənilmişdir. Lakin ilkin müqavilələrin şərtləri iddiaçı tərəfindən pozulduğuna görə aldığı pul məbləğinin ikiqat misli qədər Ramin Məmmədova pul ödəməli olmuşdur. Həmin müqavilələrin şərtlərinin iddiaçı tərəfindən pozulması və bunun nəticəsində X8 behin iki misli məbləğində 100.000 manat pul ödəməli olmağının yeganə səbəbkarı Cavabdeh süründürməçiliyə yol verǝrǝk məhkəmədə əsassız, formal iddialar qaldırması, işə baxılan zaman 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələrin predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114.2 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması olmuşdur. Əgər Cavabdeh ərizəsi əsasında məhkəmənin qərardadı ilə yuxarıda sözügedən əmlakların üzərinə həbs qoyulmasa idi, iddiaçı 23 fevral 2019-cu il vǝ 28 fevral 2019-cu il tarixə kimi 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələrin 1.1-ci bəndlərinə müvafiq olaraq sənədləri tam hazır edib X8 təhvil verərək əmlaklara dair alqısatqı müqavilələri bağlayıb sonuncudan yerdə qalan pulunu alardı və nəticədə Ramin Məmmədov ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmazdı. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 Qaraxan oğlu bildirdi ki, X2 arvadı, hazırkı iş üzrə Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi Cavabdeh konstitusion və müki-prosessual hüququdur. Yəni heç kim Cavabdeh onun konstitusion və mülki-prosessual hüquqlarından məhrum edə bilməz. Cavabdeh həm iddia ərizəsi, həm yeni hüquqi əsaslarla iddia ərizəsi, həm də iddianın təmini tədbiri (müvəqqəti təminat tədbiri) barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı ilə X12 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 6 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli “İlkin müqavilələr” bağlanmasına”, bu işin riski İddiaçı üzərinə düşür. Çünki Azərbaycan Respublikasının məhkəmə sistemi üç pilləlidir və məhkəmə mübahisələri yalnız kassasiya qaydasında baxılıb yekun qərar qəbul edildikdən sonra tamamlanır. Sözügedən iş üzrə yekun məhkəmə qərarı iddiaçının özünün də qeyd etdiyi kimi 20 aprel 2022-ci il tarixdə başa çatmışdır. Bundan başqa iddiaçı özü bilirdi ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 nömrəli, 19 iyul 2018ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, ümumiyyətlə, baxılmamış, həmin şikayət üzrə qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən yalnız 07 dekabr 2021-ci il tarixdə qəbul edilmişdir. Yəni İddiaçı məhkəmə mübahisələri yekunlaşmadan, həmin mübahisələrin getdiyi dövrdə (23 noyabr 2018-ci il və 30 noyabr 2018-ci il) mübahisə predmeti olan daşınmaz əmlak barədə “İlkin müqavilələr” bağlanması özünün riskidir və nəticələrinə də qatlaşmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh həm iddia ərizəsi, həm yeni hüquqi əsaslarla iddia ərizəsi, həm də iddianın təmini tədbiri (müvəqqəti təminat tədbiri) barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Lakin məhkəmələr və hakimlər tərəfindən həmin ərizələr üzrə qəbul edilmiş qərarlara görə Cavabdeh hər hansı məsuliyyət daşımır. Çünki Cavabdeh müraciət etmə hüququ var, lakin həmin məsələ üzrə qərar qəbul etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət yalnız məhkəmələrə(hakimlərə) məxsusdur. Həmçinin məhkəmələrin və hakimlərin məhkəmə icraatının həyata keçirilməsi ilə əlaqədar hərəkətlərinin və hərəkətsizliyinin qanuniliyi məhkəmədə mübahisələndirilə bilməz. Yəni məhkəməyə müraciət ərizəsi ilə müraciət etdiyinə görə Cavabdeh,həmin müraciət ərizələri əsasında məhkəmələr və hakimlər tərəfindən qəbul edilmiş əsaslara görə. məhkəmələr və hakimlərin hərəkətləri məhkəmə qaydasında mübahisələndirilə bilməz və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin” surətindən görünür ki, xx.xx.1997-c il təvəllüdlü X3 adı Çingiz-dən Bilala dəyişdirilmişdir və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixli 01 saylı qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ilə X12 arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına dair 23 noyabr 2018-ci il tarixli və ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli "İlkin müqavilələrə” əsasən 23 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov fərdi yaşayış evinə görə iddiaçıya ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 35.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 23 fevral 2019-cu il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, 30 noyabr 2018-ci il tarixli ilkin müqaviləyə əsasən Ramin Məmmədov qeyri- yaşayış sahəsinə görə ona ilkin olaraq 25.000 manat məbləğində pul ödəmiş, yerdə qalan 30.000 manatı isə evin sənədləri tam hazır olduqdan sonra 28 fevral 2019-cu il tarixdə ona ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 avqust 2016-cı il tarixli AN-İ ******* No-li və 11 avqust 2016-cı il tarixli AN-İ ******* №-li daşınmaz əmlakların alqı-satqı müqavilələrinə əsasən X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyriyaşayış sahəsini 20.000 (iyirmi min) manata, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378,8 kv.m olan fərdi yaşayış evini 30.000 (otuz min) manata İddiaçı satmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər X10 və X4 qarşı “bağışlama və alqı-satqı çüqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1691/2017 №-li 14 fevral 2017-ci il tarixli qətnaməsinı sürətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4560/2017 №-li 13 iyul 2017-ci il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1691/2017 №-li 14 fevral 2017- ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10279/2017 №-li 06 noyabr 2017- ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5499/2016 №-li 26 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10279/2017 №-li 06 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2105/2018 №-li 03 aprel 2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10279/2017 №-li 06 noyabr 2017ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin bağışlama müqavilələrinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2383/2019 №-li 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X1 23 noyabr 2018- ci il tarixli və 30 noyabr 2018-ci il tarixli İlkin müqavilələr üzrə öhdəliklərimi yerinə yetirmədiyinə görə 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-15/2021 №li 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X10 və Bakı şəhəri 7 saylı notariat ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 10173/2021 №- li 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2273/2018 №-li 30 iyul 2018ci il tarixli və 2(003)-15/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2294/2022 №-li 20 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10173/2021 №-li 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən ümümi sahəsi 114,2 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. İddiaçı ilə X12 arasında həmin əmlakların alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli "İlkin müqavilələr” bağlanmış və İddiaçı 50000,0 manat məbləğində beh verilmişdir. X14 həmin əmlaklara dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia tələbi üzrə mülki işə baxılarkən məhkəmənin qərardadı ilə həmin əmlakların üzərinə həbs qoyulduğundan İddiaçı ilkin müqavilələrin şərtlərinin pozulması nəticəsində X8 behin ikimisli məbləğində 100.000 manat pul ödəməli olmağının səbəbkarı Cavabdeh hesab edir və həmin pulun ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı beh müqaviləsinin şərtlərinin pozulmasının cavabdehin hərəkətlərini nəticəsində olduğunu iddia etsə də, məhkəmə qeyd edir ki, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi Cavabdeh konstitusion və müki-prosessual hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, Cavabdeh maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmişdir, İddiaçı ilə X12 arasında mübahisəli əmlakların alqı-satqısına dair 30 noyabr 2018-ci il tarixli “İlkin müqavilələr” bağlanmasına” yarana biləcək risklər İddiaçı üzərinə düşür. Belə ki, iş materiallarında olan qətnamələrin sürətindən görünür ki, Cavabdeh müqavilələrin əsassız olmasına dair iddiası üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində 2016-cı il tarixdə qətnamə qəbul edilmiş və mülki işə yuxarı instansiya məhkəmələrində baxılmışdır, İddiaçı ilə X12 arasında isə 2018-ci il tarixli “İlkin müqavilələr bağlanmışdır. Belə olan halda İddiaçı yekunlaşmamış mübahisənin predmeti olan daşınmaz əmlaklar barədə “İlkin müqavilələr” bağlayarkən yarana biləcək riskləri nəzərə almalı və nəticələrinə də özünün cavabdeh olacağını bilməli idi və bunula da beh müqaviləsinin şərtlərinin pozulmasının tam məsuliyyətinin İddiaçı aid olmağı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 491-ci maddəsinə əsasən, Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 492.2-ci maddəsinin tələbinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Beləliklə məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, cavabdehdən tərəfindən iddiaçıya maddı zərər vurulmamışdır (cavabdeh qanunla ona verilmiş hüquqlarından istifadə etmişdir) belə ki, qanunvericiliyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının 100.000 manat pul ödəməsi və həmin pulun ödənilməsində məhz cavabdehlərin təqsirli olmasını, yəni cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, işdə olan sübutlarla iddiaçıya maddi zərər vurulması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin ödənilmiş 390 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar